Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2013
    Səhifələr : 1 2 3 4 5  #
    Əsədi vurmaq üçün 3 ölkə razılaşdı
    ABŞ, İngiltərə və Fransa Suriyaya hərbi müdaxilə mövzusunda razılaşıb. AZADİNFORM  xəbər verir ki, ABŞ, İngiltərə və Fransa Xarici İşlər Nazirliklərindən verilən açıqlamalarda üç ölkənin liderlərinin həftə sonu Suriya sərhədlərində hərbi müdaxilə mövzusunda razılaşdıqlarına dair informasiyalar yayılıb.
    İngiltərə Baş naziri Devid Cameron hərbi müdaxilə istəyərkən hökumət qaynaqları London və müttəfiqlərinin hava hücumları, uçuşa qadağan bölgə tətbiq olunması və Suriyadakı üsyançıların silahlandırılması kimi bir sıra variantı qiymətləndirməyin vacib olduğunu bildirib. 
    27.08.13 Məqaləni oxumaq
     
    “Uzaqdan Kəbənin minarəsini görəndə özümü saxlaya bilmədim, ağladım”
    Avqustun 26-da tanınmış ictimai xadim, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin ad günüdür. ANS PRESS olaraq bu ərəfədə hörmətli Şeyximizin xoş duyğularına şərik olmaq üçün onun yanında olub. Şeyxlə müsahibəmiz Azərbaycanın və bütünlükdə İslam aləminin önəmli məsələlərinə həsr edilmişdi:
    27.08.13 Məqaləni oxumaq
     
    “2” qiymət almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərib
    Təhsil Nazirliyi 2012-2013-cü dərs ilinin və təhsil alanların yekun dövlət attestasiyasının nəticələrinin təhlilini davam etdirir. Ötən tədris ilində ilk dəfə olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsi qərara alınıb. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də var.
    27.08.13 Məqaləni oxumaq
     
    Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür
    Bu gün  - avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür. Bu barədə qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Bu, xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini təsdiq edən daha bir faktdır. Müstəqillik illərində Azərbaycan muğamı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mühüm xidmətləri vardır. Məhz Azərbaycanın birinci xanımının ciddi səyləri nəticəsində muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib.
    27.08.13 Məqaləni oxumaq
     
    İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb
    Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatın görə, iclasda prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb. MSK sədri Məzahir Pənahov bildirib ki, cənab İlham Əliyevin namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
    Sonra MSK açıq səsvermə yolu ilə İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.
    27.08.13 Məqaləni oxumaq
     
    Qroznıda Qafqaz xalqları Ali Dini Şurasının toplantısı keçirildi
    Qroznıda Qafqaz xalqları Ali Dini Şurasının toplantısı keçirildi. ANS PRESS-in məlumatına görə, toplantı qürumun rəhbəri Şeyx Hacı Allahşükür Paşazadənin çıxışı ilə başladı. ANS PRESS-in məlumatına görə, H.A.Paşazadə Qafqazın nüfuzlu din xadimlərinə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırdı. O, Çeçenistan Respublikasının milli lideri Ahmed Kadırovun ad günü ərəfəsində Qroznıya gəlişinin ələmatdar olduğunu vurğuladı. Qroznının bu günki durumunu, müharibənin vurduğu yaraların sağalmasını və Çeçenistanın çiçəklənməsini A.Kadırovun şəhid ruhu üçün hədiyyə olduğunu bildirən Şeyx, onun oğlunun - Çeçenistan prezidenti Ramzan Kadırovun atasının layiqli davamçısı olduğunu qeyd etdi. 
    27.08.13 Məqaləni oxumaq
     
    Sentyabrın 10-dan sonra attestasiyadan keçməyən mollalar da imtahan verəcəklər
    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) gələn aydan Azərbaycanda attestasiyadan keçməyən mollalar üçün imtahan keçirəcək. Bunu SalamNews-a QMİ-nin Fitva şöbəsinin müdiri qazi Hacı Mirəziz Seyidzadə bildirib. O deyib ki, bu işin icrasına 2011-ci ildən başlanılıb. Həmin ildən bu günədək Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və bir sıra digər rayonlarda mollalar imtahan veriblər və onların müəyyən hissəsi attestasiyadan keçib. Bu işin icrası uzun müddət idi dayandırılmışdı. Buna baxmayaraq, yaxın 15 gündə, yəni sentyabrın 10-dan sonra attestasiyadan keçməyən mollalar da imtahan verəcəklər. O, bu imtahanların konkret hansı rayonlarda keçirilməsinin QMİ-nin iclasından sonra müəyyənləşəcəyini söyləyib.
    27.08.13 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə İordaniyaya səfər edib
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Əhl-əl-Beyt” Kral Fikir müəssisələri Akademiyasının təşkil etdiyi tədbirdə iştirak üçün İordaniyaya səfər edib. İordaniya Haşimilər dövlətinin kralı Əlahəzrət II Abdullahın himayəsi ilə fəaliyyət göstərən, şahzadə Əmir Ğazi bin Mühəmmədin rəhbərlik etdiyi Akademiya dünya miqyasında İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin tədqiqi istiqamətində qiymətli araşdırmaları, habelə dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yönündə uğurlu səyləri ilə tanınır.
    19.08.13 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Təbrikdə deyilir: “Hörmətli həmvətənlər!  Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram.
    Ramazan ayı müqəddəs kitabımız Qurani-Kərimin nazil olması ilə əlamətdardır. İnsanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı təcəssüm etdirən bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borcunu daha dolğun ödəmək fürsəti qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
    09.08.13 Məqaləni oxumaq
     
    Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan bayramı münasibəti ilə təbriki
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik yayıb. QMİ-nin mətbuat xidmətindən  verilən məlumata görə, təbrikdə Ramazanın müqəddəsliyinin “Quran”ın məhz bu ayda nazil olması ilə bağlı olduğu vurğulanıb:
    Bismillahir-rəhmanir-rəhim!  Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım! Dünya müsəlmanları üçün müqəddəs olan Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.
    09.08.13 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2013
    Yanvar(100)
    Fevral(56)
    Mart(59)
    Aprel(57)
    May(67)
    İyun(44)
    İyul(25)
    Avqust(15)
    Sentyabr(14)
    Oktyabr(17)
    Noyabr(8)
    Dekabr(12)
    Arxiv
     
    Avq.2013
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031