Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Azərbaycanda tolerantlıq, dinlərarası dialoq mövzularında konfranslar təşkil olunur. Azərbaycan bu mövzuda digər ölkələrə artıq bir nümunə kimi göstərilir. Növbəti belə toplantı yaxın vaxtlarda gözlənilirmi?
Bismillahir-rəhmanir-rəhim! Əlhəmdülillah, Azərbaycan həqiqətən bütün sahələrdə olduğu kimi, tolerantlıq, müxtəlif dinlərin ardıcılları arasında səmimi, gözəl münasibətlərin hökm sürdüyü bir məkan olaraq da bütün dünya üçün uğurlu bir nümunədir. Bu bizim qürur verən gerçəkliyimizdir. Bunun həm tarixi səbəbləri var, həm də müasir dövrümüzdə tolerantlığın dövlət siyasəti qismində dəstəklənməsi öz bəhrəsini verir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar mərasimi təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir. İftar mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasiminə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, bunun İslam dininə və milli mənəvi dəyərlərimizə yüksək ehtiramın əlaməti olduğunu söylədi.
Ömürlük yaddaşıma yazılan bir tarix: 15 may 2013-cü il. Yaşadığım 48 illik ən vacib məqamı, yaşayacağım, qismətim olsa, ömürün başlanğıc günü. İraqın “Əl-Aqsar” Şirkəti ilə Respublikamızda fəaliyyət göstərən “Haqqın yolu” Firmasının müştərək iş birliyi nəticəsində, Sabirabad rayon sakini Hüseynov Kərbəlayi Rövşənin rəhbərliyi və Əhmadov Hacı Balaseyid Ağaseyid oğlunun təşkilatçılığı sayəsində rayonunda 38 nəfər bir araya gəldik. 41 nömrəli qrup olub Məşhəd-Karbəla ziyarəti səfərinə çıxdıq.В
Azərbaycanın ilahiyyatçı alimlərindən olan Qazi Hacı Mirəziz Seyidzadə Türkiyədə keçirilən Zeynəbiyə Ramazan şənliklərinin qonağı olub. Türk mediası xəbər verir ki, iyulun 17-də baş tutan şənlikdə QMİ-nin Fətva şöbəsinin müdiri, Qazilər Şurasının üzvü Hacı Mirəziz Seyidzadə də çıxış edib. O, çıxışı zamanı gənclərə dəyərli tövsiyələr verib və Zeynəbiyə hərəkatının Türkiyə Cəfəriləri lideri Səlahəddin Özgündüzün səyləri ilə müxtəlif maneələrə baxmayaraq böyük işlər bacardığını vurğulayıb.
Türkiyənin tanınmış alimlərindən Ş.Həmid Turan, Ş. Şir Əli Bayat, Ş.Zəfər Kamacı, Ş.Əhəd Talan və Ş.Musa Ayaztəkinin də iştirak etdiyi məclisin sonunda Türkiyə Cəfəriləri lideri Səlahəddin Özgündüz Mirəziz Seyidzadəyə xatirə hədiyyəsi təqdim edib.
Ağamalı Ədil oğlunun nəsil şəcərəsinin taleyi çox keşməkeşli, əziyyətli məhrumiyyətlə dolu onilliklərdən keçib. Qərbi Azərbaycanın isveçrəsi sayılan Dərələyəz mahalında yaşayan ata-babası 20 yüzillikdə 5 dəfə qaçqın, məcburi köçkün həyatı yaşayıb, yurd-yuvası yağmalanıb. Onlar Naxçıvanda, Qarabağda, Yevlaxda yaşamalı olublar. Ağaməlı ailəsi 50 ildən çox, Salyan rayonunun Xalac kəndində yaşayıb. O, kiçik yaşlarından poeziya, şeir yazmağa başlayıb. "Kürün töhfəsidir nəğmələrimiz" almanaxında iki dəfə şeirləri çap olub. 2004-cü ildə "Vicudnamə", 2006-cı ildə "Heydər zirvəsi", 2010-cu ildə "İbrətnamə" şeirləri kitabı çapdan çıxıb. 2010-cu ildən müəyyən səbəblərdən Ağamalı Ədil oğlu ailəsi ilə birlikdə Xırdalan şəhərində yaşayır. Ailəlidir, 3 uşağı var. Şairin bəzi şeirlərini diqqətinizə çatdırırıq.