Təktanrılı dinlərin sonuncusu olan İslam ilahi bir sistemin adıdır. Hz.Muhəmmədin təbliğ etdiyi bu dinin prinsipləri Tanrının mələklərindən olan Cəbrailin vasitəsi ilə nazil edilən müqəddəs kitab Qurani-Kərimdə öz əksini tapmışdır. Təməlində sülh və barışın dayandığı İslam bəşəriyyətə haqq və ədaləti gətirmişdir. İslam sözünün etimoloji mənası “qurtuluşa çatmaq, boyun əymək, tabe olmaq; sülh bağlamaq”dır. “İslam”, “müslim”, yaxud “müsəlman” kəlmələri arasında sıx bir əlaqə vardır. Buna görə də “iman-islam”, yaxud “mömin-müsəlman” sözləri arasında, nəticə etibarilə, bir fərq yoxdur.
|