Gürcüstan artıq rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyət dairəsindən çıxarılıb. APA-nın məlumatına görə, bu barədə QMİ-nin saytında yerləşdirilmiş məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, QMİ-nin səlahiyyət dairəsi Azərbaycan, Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniyanı əhatə edir.
|