Məktəb yaşlı uşaqların təhsildən yayınmalarının səbəblərindən biri də internet aludəçiliyidir. Əlbəttə, bir çox zamanlarda internetdən istifadə uşaqların məlumatlılıq səviyyəsinə, intellektual bilik və bacarıqlarının genişlənməsinə müsbət töhfə verirsə, digər hallarda mənfi fəsadlarla nəticələnir. Təəssüf ki, biz bunu gündəlik həyatımızda hiss edir, yaşayırıq: “On bir yaşlı oğluma hər gün məktəbə gedəndə 1 manat verirdim ki, özünə peçenye, su alsın. Hərdən uşaq 2 manat alırdı ki, pul çatmır. Sonra öyrəndim ki, uşaq bir neçə aydır ki, hər gün dərsdən sonra 1 saat məktəbin yaxınlığındakı İnternet kluba gedir. Hətta 2-3 dəfə müəlliminə yalandan bizimlə qonaq getdiyini deyib son dərsdən də icazə alıb”.В
|