Bu günlərdə şair Hacı Arif Buzovnalının “Seçilmiş əsərləri” adlı yeni kitabı işıq üzü görmüşdür. Kitabda Hacı Arif Buzovnalının əvvəllər nəşr olunan toplularından seçilmiş əsərləri və son illər yazdığı yeni şeirləri yer almışdır. Oxuduqca heyran olduğum bu kitabı hər bir ali zövq sahibinə tövsiyə edirəm. Həmçinin “Kəlam” jurnalının hörmətli oxucuları üçün şairin qələmindən çıxan bir neçə şeiri təqdim edirəm. Hörmətlə, dostu Əziz PÜNHAN.
Allah-Təala yanında bəyənilmiş və təsdiq olunmuş din, Özünün buyurduğu kimi İslam dinidir. İslam dini axırıncı din olmaqla yanaşı həm də ictimai və günün tələblərinə cavab verən bir dindir.
Uzun illər sovet rejimi tərəfindən təqib olunsalar da Azərbaycan müsəlmanları demək olar ki, öz dini adət-ənənələrini qoruyub saxlaya bilmişdir. Daha doğrusu din içərisində din bəsləmişlər. Elə bu səbəbdəndir ki, şəriətin əsas qanunları olan kəbin, talaq, dəfn mərasimləri, əmr və nəhylər, halal, haram və digər dini ayinlər o dövrdə gizli və bəzən də aşkar şəkildə icra olunurdu. Güclü ateist təbliğatına baxmayaraq insan mənəviyyatını saflaşdıran gözəl əqidə və mənəvi əxlaqi dəyərlər iman sahiblərinin qəlbində elə kök salmışdı ki, bunu nəinki irtica sovet rejimi heç bir bəşəri qüvvə silə bilməzdi. "Elə buna görə də hər kimin dini yoxdursa heç nəyi yoxdur" kimi hikmətli şüar bu gün də öz aktullığında qalmaqdadır.
Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun ABŞ Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının məhkəmələr, qeydiyyat və dini azadlıqlar haqqında hesabatı ilə bağlı Trend-ə müsahibə verib: Sözügedən hesabat keçən həftə yayımlanıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təhlil edilib. Əvvəla, qeyd edim ki, adıçəkilən təşkilat dövlət qurumu deyil, qeyri-hökumət təşkilatıdır və ABŞ-ın dövlət qurumları üçün məsləhət xarakterli sənədlər hazırlayır. Təşkilatın rəhbərləri müxtəlif dini icmaların lobbiçilərindən ibarətdir. Ona görə də bu hesabatlarda ABŞ dövlətinin deyil, müxtəlif dini qurumların təəssübkeşlərinin maraqları əks olunur. Ümumilikdə, hesabatda üç əsas yanlış xətt var. İlk növbədə, ikili standartların hökm sürdüyü aşkar şəkildə görünür.
Bu gün ümummilli liderin düşünülmüş siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu barədə açıqlama ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov çıxış edib. Dövlət Komitəsinin sədri bildirib ki, bu gün ölkə Prezidentinin təşəbbüsü ilə Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar təmir bərpa olunur. “Demək olar ki, bu ibadət ocaqlarının açılışlarında Prezident şəxsən özü iştirak edir. Eyni zamanda dini icmalara dövlət tərəfindən maliyyə yardımlarının ayrılması, onların fəaliyyət istiqamətlərinin genişləndirilməsinə yaradılan şərait də bunun bariz nümunəsidir” - deyə E.İskəndərov dövlət başçısına dini icmalar adından təşəkkürünü bildirib.