Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Nigar Rəfibəylinin 100 illiyi münasibətilə tədbir keçirilib. ADU-dan verilən məlumata görə, tədbirdə bildirilib ki, Nigar Rəfibəyli milli ədəbiyyatı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır. Ana vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil edib.
|