Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İsrailin Suriyaya qarşı tutduğu mövqeni pisləyən bəyanat yayıb. QMİ-dən verilən məlumata görə, bildirilir ki, bəyanatda bölgə müsəlmanlarının dini mərkəzi olaraq son günlər ərzində Suriyanın suverenliyinə qarşı İsrail tərəfindən həyata keçirilmiş hərbi həmlələrdən, həmçinin, bu ölkədə radikal qüvvələr tərəfindən dinimizin mənəvi dəyərlərinə qarşı törədilmiş vandalizm aktlarından dərin narahatlıq bildirilir və bu kimi hallara etiraz edilərək qətiyyətlə pislənilir. Bəyanatda daha sonra deyilir: “Suriyada beynəlxalq hüquqa zidd hadisələrin cərəyan etməsi bizi narahat etməyə bilməz.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda MDB ölkələrindən və ABŞ-dan gələn şərqşünas və islamşünas alimlərlə görüş keçirilib. Şərşünaslıq İnstitutunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ABŞ-ın Miçiqan Universitetinin professoru, tanınmış islamşünas alim Aleksandr Knışın rəhbərlik etdiyi qrupa 20-yə yaxın alim daxildir. Bu qrup "İslam qlobal və lokal ölçülərdə: nəzəriyyə və praktika" proqram layihəsi çərçivəsində ölkəmizə gəlib və burada islamşünaslıq sahəsində aparılan tədqiqatlar, görülən işlərlə yaxından tanış olur. Qrupun tərkibinə Rusiya, ABŞ, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan və b. dövlətlərdən olan alimlər daxildir.
Bakıda keçirilən Cənubi Qafqaz Forumu mayın 8-də ikinci iş gününə “Funksional cəmiyyətlər naminə mədəniyyətlərarası və dinlərarası münasibətlər” və “Şəxsiyyətin plüralizmi” mövzularında paralel sessiyalarla başlayıb. “Funksional cəmiyyətlər naminə mədəniyyətlərarası və dinlərarası münasibətlər” mövzusunda birinci sessiyanın moderatoru - Misirin İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin dinlərarası və mədəniyyətlərarası dialoqun, tolerantlığın əhəmiyyətindən danışmış, bu məsələlərin müzakirəsinə imkan yaratması baxımından Forumun işini yüksək qiymətləndirib.
Bu gün Azərbaycan Mətbuat Şurasında yazıçı-jurnalist Məzahir Süleymanzadənin Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş В«Ruhun şad olsun, ustad!В» kitabının təqdimatı keçirilib. Şuradan APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov redaktoru əməkdar jurnalist Yusif Kərimovun olduğu kitabda ümummilli lider Heydər Əliyev haqqında tanınmış qələm sahiblərinin, mətbuat işçilərinin xatirələrinin, təəssüratlarının cəmləşdiyini, həmçinin müsahibələrin yer aldığını diqqətə çatdırıb.
Bütün ölkənin proletariatı birləşin! Rəsmi kommunist ehkamının bəyan etdiyi bu tezis sinifi mübarizədə yeganə vasitə kimi istifadə edilirdi. Təxminən 186 xalqı özündə birləşdirən keçmiş Sovet imperiyası bu halqanın dağılmaması üçün “bütün ölkənin proletariatını birləşdirmək” şüarından məharətlə istifadə edirdi.
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və qəbul etmək dilemması ilə qarşılaşdığı Konvensiyaların mövcudluğu sözügedən problemə münasibətdə köklü dəyişikliklər yaratdı. Beynəlxalq təcrübədən istifadə edən azlıqda qalan xalqlar hüquqlarının genişləndirilməsinə və onlara münasibətdə dövlətin siyasətində korrektələr edilməsinə cəhd göstərdilər. Əslində onların bu cəhdi tələb deyil, sadəcə istək səviyyəsindən o yana keçmirdi. Bu istəklər isə özü-özlüyündə bəzən yerli və bəzən də yersiz səslənirdi. Nədən ki, Azərbaycan dövləti müstəqilliyin ilk illərindən başlayaraq bu tip xalqların sosial-mədəni inkişafı üçün beynəlxalq təcrübədə nə varsa hamısından istifadə edib.
Tarixdə elə nadir şəxsiyyətlər olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir ölkənin “olum, ya ölüm” dilemması qarşısında qaldığı anlarda ölçüyəgəlməz bir məsuliyyəti öz üzərinə götürməkdən çəkinmirlər. Onlar bu böyük missiyanı şərəflə yerinə yetirərək “Xilaskar” adını qazanırlar. Belə nadir insanlar dünya tarixində o qədər də çox deyil və Tanrının bəxş etdiyi xoşbəxtlikdir ki, onlardan biri XX əsrdə Azərbaycan xalqının tarixinə öz adını qızıl hərflərlə yazdırmış ulu öndər Heydər Əliyevdir.
Bu məqalə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun sosial-fəlsəfə şöbəsində “Milli mədəniyyət və elm” seminarında (6.01.13) müzakirə edilmişdir. Məqalədə mədəniyyətin tərkib hissəsi olan tərəqqi, texnoloqiya və elmi arasındakı üzvü əlaqəni təqdim etmək üçün bəzi anlayışların iqtisadiyyatla məntiqi əlaqəsi yeni bucaq altında araşdırılmışdı.