"Fəxrlə deyə bilərəm ki, dövlətimizin başçı İlham Əliyevin müdrik siyasəti, xalqımızın milli mənəvi dəyərlərinə, dini irsimizə ehtiramlı münasibəti sayəsində Azərbaycanda həm müsəlman, həm də digər dini icmaların fəaliyyəti ən yüksək səviyyədə dəstəklənir, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində, ibadət məkanlarının inşası, təmir və yenidən qurulması sahəsində müvafiq addımlar atılır". Bu barədə açıqlama ilə Şamaxı Cümə məscidinin açılışında çıxış edən Şüyxülislam Hacı Allahşükür Paşazadə deyib. Şeyx bildirib ki, bütün bunlar Azərbaycanda mövcud tolerantlığın daha da dərinləşdirilməsinə şərait yaradır: "Ulu öndər Heydər Əliyevin irsini yaşadan Fondun fəaliyyəti, Mehriban xanımın səyləri sayəsində Azərbaycan mədəniyyətlərarası dialoq işinə böyük töhfələr verir.
|