Bu gün Təhsil Nazirliyində ənənəvi Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) iştirakçıları ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmiş iştirakçıları salamlayaraq bildirib ki, olimpiada Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, İDEA, “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilatçılığı ilə keçirilir.
|