Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2013
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Şuranın maliyyə yardımı ilə “Ətraf mühitin mühafizəsi təşəbbüslərinə dəstək” adlı layihənin icrasına başlanılıb
    “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ətraf mühitin mühafizəsi təşəbbüslərinə dəstək” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarətdir. Həmçinin, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş Dövlət və Milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işləri və mövcud problemləri cəmiyyətdə təbliğ etməkdir. 
    24.04.13 Məqaləni oxumaq
     
    "Seçkilər Azərbaycan xalqının öz ölkələsinin idarəçiliyindəki oynadığı rolun göstəricisidir"
    "Azərbaycan Respublikasında seçkilərin keçirilməsi, Azərbaycan xalqının öz ölkələsinin idarəçiliyindəki oynadığı rolun göstəricisidir". İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bü gün keçirdiyi mətbuat konfransında bildirib. ANS PRESS-in İranın ölkəmizdəki səfirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, brifinqdə İran – Azərbaycan münasibətlərinə, eləcə də bu ölkədəki son cərəyanlara toxunularaq qeyd edilib ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının müxtəlif səviyyələrdə bir çox ortaqlıqları və yaxşı münasibətləri mövcuddur və bu əlaqələrin istiqamətlərini dəyərləndirmək üçün, münasibətlər bütün sahələrdə genişləndirilməlidir.


    24.04.13 Məqaləni oxumaq
     
    Elşad İsgəndərov: “Azərbaycan pozitiv dünyəviliyin örnəyidir”
    Ukraynada keçirilən III Kiyev Dinlərarası Forumunda Azərbaycandan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyəti ilk olaraq ulu öndər Heydər Əliyevin Kiyevin mərkəzində yerləşən abidəsini ziyarət edib. Komitədən verilən məlumata görə, Forumun açılış mərasimində çıxış edən DQİDK-nın sədri Azərbaycanda dövlət-din münasibətləri barədə iştirakçıları məlumatlandırıb və ölkəmizin dünyaya örnək ola biləcək tolerantlıq modelinin səciyyəvi cəhətləri barədə danışıb. Dünyəvi dövlət modellərinin qlobal səviyyədə dinin mötədilliyinə təsir göstərən faktor olduğunu qeyd edən Elşad İskəndərov Azərbaycanda məhz “pozitiv dünyəvilik” modelinin inkişaf etdiyini vurğulayıb. Belə ki, bu model çərçivəsində dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin din sahəsinə qayğı və dəstəyi hər zaman yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu bildirib.
    24.04.13 Məqaləni oxumaq
     
    “Aqro Tərəqqi” İB Şuranın yardımı ilə İmişlidə layihə icrasına başlayıb
    “Aqro Tərəqqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “Kəndli-fermer təsərrüfatı subyektlərinin problemlərinin öyrənilməsi və həllinin dəstəklənməsi” mövzusunda layihənin icrasına başlayıb. Layihənin məqsədi İmişli rayonunda əhalinin sosial-iqtisadi problemlərinin öyrənilməsidir. Bu zaman əhalinin regionların sosial-iqtisadi inkişafı üzrə dövlət siyasətinə etimadını və inamını gücləndiriləcək. Həmçinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı maarifləndirmə işində vətəndaşların iştirakı təmin olunacaq, aqrar sahədə mövcud olan problemlərin həllinə qismən də çalışılacaq.  
    24.04.13 Məqaləni oxumaq
     
    Prezident: Antiislam, islamofobiya təbliğatı aparılır
    Təəssüf ki, bizim bütün səylərimizə baxmayaraq, dünyada həyəcanlı proseslər gedir. Antiislam, islamofobiya təbliğatı aparılır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də "MDB müsəlmanları sülh və sabit inkişaf naminə" mövzusunda Bakıda keçirilən konfransın iştirakçılarını qəbulu zamanı çıxışında deyib.
    Prezident İlham Əliyev dünyada cərəyan edən mürəkkəb proseslər fonunda tolerantlığın, dinc yanaşı yaşamanın və qarşılıqlı etimadın möhkəmləndirilməsinin əhəmiyyətindən danışaraq bildirib: "Biz nə qədər çalışsaq da, hər halda kütləvi informasiya vasitələrində bu terminlər işlədilir. Terrorçuları "islamçı" adlandırırlar. Terrorçunun nə milləti, nə də dini vardır".
    24.04.13 Məqaləni oxumaq
     
    DQİDK sədri Elşad İskəndərov Şamaxıda vətəndaşlarla görüş keçirmişdir
    Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Şamaxıda vətəndaşlarla görüş keçirmişdir. Görüşə Şamaxı ilə yanaşı, Şirvan regionunun digər rayonlarından olan sakinlər də qatılmışlar. DQİDK-nın sədri görüşə gəlmiş vətəndaşları narahat edən məsələləri dinləmiş, təkliflər barəsində birgə fikir mübadiləsi aparılmışdır. Görüşdə dindarlar Dövlət Komitəsinin sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparmışlar.
    23.04.13 Məqaləni oxumaq
     
    “Həzrət Peyğəmbərimiz və İnsan Onuru” adı altında tədbir keçirildi
    Park İNN otelində Türkiyə səfirliyinin Din Xidmətləri Müşavirliyinin təşkilatçılığı ilə Həzrət Muhəmməd Peyğəmbərin doğum gününə həsr olunmuş “Peyğəmbərimiz və insan onuru” adı altında tədbir keçirilib. Tədbirdə Həzrət Peyğəmbərimizin nümunəvi həyatında insanlığın onur və şərəfinə verdiyi dəyərləri özündə əks etdirən video rolik nümayiş etdirilib. Tədbiri çıxış edən Türkiyə səfirliyinin Din Xidmətləri Müşaviri Sadık Eraslan bütün qonaqları salamlayaraq Həzrət Peyğəmbərin nümunəvi şəxsiyyətindən bəhs edib. Sadık Eraslan eyni zamanda bu il Türkiyə səfirliyi, QMİ, AYB və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə ümumrespublika səviyyəsində keçirilən “Natı-Şərif” (Həzrət Peyğəmbərə həsr olunmuş şeir) müsabiqəsinin əhəmiyyətindən söz açaraq bütün qaliblərə gələcək həyatlarında uğurlar arzulayıb.
    20.04.13 Məqaləni oxumaq
     
    “Azərbaycandakı yüksək tolerantlıq ənənələri digər ölkələri üçün örnək ola bilər”
    Avropa  Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Fransanın müxtəlif  dini icmalarının və ictimai təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub. AAC-dan APA-ya verilən məlumata görə, Fransanın “Fəxri Legion” ordeni mükafatçısı, Bordo Müsəlman Məscidinin rəhbəri və Fransanın cənub-qərb bölgəsinin müftisi Tareq Ubrunun rəhbərlik etdiyi nümayəndə heyətinin  tərkibinə Fransa İslam Yardımı Təşkilatının Baş katibi və Bordo ofisinin rəhbəri xanım Xədicə Ubru, Jirond Müsəlman Federasiyasının Baş katibi Müslim Şərafəddin, Fransa Yəhudi icmasının Akvatin Şurasının və Fransadakı yəhudilərin mərkəzi məhkəməsinin Bordo regional nümayəndəsi Didye Quec, “Hexagone Partners” təşkilatının direktoru Qay Antuan Kasteks və Fransa Terror Qurbanları Assosiasiyasının vitse-prezidenti Pyer Koneza daxildir.
    19.04.13 Məqaləni oxumaq
     
    Ronaldoya "Qurani Kərim" hədiyyə edilib
    "Real" (Madrid)in dünya ulduzu kriştiano Ronaldoya müsəlmanların müqəddəs kitabı olan "Qurani Kərim" hədiyyə edilib. Futbolçu bir ərəb markasının reklam çarxında çəkilib. Bu özəl hədiyyəni də ona eyni şirkət təqdim edib. Kitab xüsusi qutunun içərisindədir və qızıl işləmələrlə hazırlanıb. Ronaldo hədiyyəyə heyran qalıb. O. "Bunu evimin ən gözəl yerində saxlayacam" deyib. 
    19.04.13 Məqaləni oxumaq
     
    Cengiz Sakmanlı: “Mən ingilis dilini elə öyrədirəm ki...”
    Onu çoxdan tanıyıram. 35 ilə yaxındır Türkiyədə ingilis dilini tədris edir. Qardaş ölkənin ən sayılıb-seçilən ingilis dili mütəxəssislərindən biridir Cengiz Sakmanlı. Onun Bakı şəhərində olduğunu öyrənincə, onunla görüşmək və həmsöhbət olmaq qərarına gəldik. Söhbətimizə də özü barədə tanışlıqdan başladıq: Türkiyənin Mərmərə Universitetində ingilis dili müəllimliyi fakültəsində təhsil almışam. Bu günədək Türkiyənin müxtəlif dövlət liseylərində ingilis dilindən dərs demişəm. Bu dillə bağlı 6 kitab yazmışam. Bu yaxınlarda həmin kitablarımı çap etdirmək niyyətindəyəm. Bu sahədə 35-ilin təcrübəsinə malikəm. Bütün bu təcrüblərimdən bəhrələnərək, ingilis dilini öyrənmək üçün yeni bir metod hazırlamışam və həmin metod əsasında ingilis dilini öyrədirəm. Yeni metodum ingilis dilini öyrənmək istəyənlər üçün çox böyük əhəmiyyətə malikdir.
    18.04.13 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2013
    Yanvar(100)
    Fevral(56)
    Mart(59)
    Aprel(57)
    May(67)
    İyun(44)
    İyul(25)
    Avqust(15)
    Sentyabr(14)
    Oktyabr(17)
    Noyabr(8)
    Dekabr(12)
    Arxiv
     
    Apr.2013
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930