Təəssüf ki, bizim bütün səylərimizə baxmayaraq, dünyada həyəcanlı proseslər gedir. Antiislam, islamofobiya təbliğatı aparılır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də "MDB müsəlmanları sülh və sabit inkişaf naminə" mövzusunda Bakıda keçirilən konfransın iştirakçılarını qəbulu zamanı çıxışında deyib. Prezident İlham Əliyev dünyada cərəyan edən mürəkkəb proseslər fonunda tolerantlığın, dinc yanaşı yaşamanın və qarşılıqlı etimadın möhkəmləndirilməsinin əhəmiyyətindən danışaraq bildirib: "Biz nə qədər çalışsaq da, hər halda kütləvi informasiya vasitələrində bu terminlər işlədilir. Terrorçuları "islamçı" adlandırırlar. Terrorçunun nə milləti, nə də dini vardır".
|