Binəqədidə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkillərinin, rayon idarə və müəssisə rəhbərlərinin, təhsil səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Heydər Əliyevin 90 illik yubileyi qeyd edilib. RİH-dən verilən məlumata görə, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başlayan tədbirdə İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, elmin, təhsilin, mədəniyyətin inkişafının əbədi surətdə Heydər Əliyevin adı ilə bağlı olduğunu, Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələrinin olduğunu bildirib.
|