Baxşeyiş Hətəmli oxuculara özünün kitabları ilə tanışdır. “Kolanı-şəhidlər yurdu”, “Seydlidə bitən qeyrət”, “Ömrün şöhrət tacı”, “Qisas bu dünyadadı…”, “Ağdam ağrıları”, “Ölərkən dünyaya gələn oğullar”, “Qəhrəmanlıq zirvəsinin fatehi”, “Ölüm son deyil…”, “Muğam çeşməsi”, “Vətənə sipər oğullar” kitabları və “Ağdam-80” jurnalı onu oxucuların yaddaşında eyni zamanda vətənpərvər bir yazıçı kimi saxlayır. Bütün ömrünü Azərbaycana gündəminə həsr edib, tarix yazmaqla məşğul olan B.Hətəmlinin təltif və mükafatları da az deyil. “Azərbaycan Bayrağı” ordeni, 708 saylı Hərbi Hissənin döş nişanı, “Qızıl qələm” mükafatı, “Vətən” Media Mükafatı, “Əməkdar jurnalist” “Peşəkar jurnalist” kimi təltif və mükafatları onun əməllərinə verilən yüksək qiymətin göstəriciləridir.
|