Qarabağ qəlbimizdə düyünə çevrilən qara yaradır. Yeri qaysaq bağlamır ki, bağlamır… Toxunsan yerinden irin-qan axır. O yaranın yalnız bir müalicəsi var: Düşmən tapdaqında nalə çəkib, fəryad edən Qarabağı düşmən işğalından azad etmək. Qarabağım, qəlblərdə qubar bağlamış dərdli bağım. Yolunda necə-neçə oğullar qurban getdi, amma yenə də əsirlikdəsən. Axı sənin sağalmaz yaranın məlhəmi nə zaman tapılacaq?! Yollara baxmaqdan gözlərinin kökü saralıb. Xocalım 613 şəhidinə ağı deyib ağlayır. Taqəti də qalmayıb. Lənətə gəlmiş düşməni üzərində gəzdirə bilmir. Köksü parça-parça olub. Əbədi sakinlərini gözləyir. Qarabağım, bəxti qara gəlmiş qara dağım! 24 bahar yola saldın. Yas içində, dərd içində. Toylu-büsatlı günlərin üçün burnunun ucu göynəyir. Şəhidlərin yadından çıxmır. Xocalıda su sonası kimi qızların, gəlinlərin əsir düşdü. Qeyrətin tapdalandı. Dərd səni əldən salıb, bilirəm. Viranə qalmış yurd yerləri yayın istisində də soyuqdan donur. Bu bahar da məzarlıqlarda uyuyanların məzarı təmizlənmədi.
|