“Bizə oxunan moizələrlə bağlı məscidlərdən çoxlu şikayət gəlir”. APA-nın məlumatına görə bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib. Şeyxin sözlərinə görə, şikayətlərdə əsasən məscidlərdə oxunan moizələrdə təkrarçılığa, qəm-qüssəyə, ağlaşmaya daha çox yol verildiyi bildirilir: “Mən bu şikayətləri, oxunan həmin moizələri yığıb baxıram. Həqiqətən də qeyd olunan xarakterli moizələr çoxluq təşkil edir, bu isə bizim dinimizi zəif formada göstərir”.
|