Dağa qalxmaq çətindir. İnsan nəfəsi bəzən dağ zirvəsinə qalxmaq üçün tükənir, yorulur, ayaqları onu idarə edə bilmir, dizləri əsir. Yorğunluğunu almaq üçün məcbur olub oturur, nəfəsini dərir və geriyə dönməyə qərar verirsən. Geri dönərkən öz-özünə düşünürsən: mənim bu dağın başında nə işim var, qoy o yüksəkliklər elə qartalların olsun. Çünki qartal zirvəni daha asanlıqla fəth edir. Qartal üçün zirvəyə qalxmaq, o zirvədən aşağı enmək adi haldır. Qartalın əbədi məskəni dağ zirvəsidir və o aşağı ehtiyacı üçün enir və yenidən o zirvəyə qalxır. Bəs, insan zirvəni necə fəth edir?..
|