O Bir Olan Yaradanın adı ilə! Artıq 21-ci ildir ki, Azərbaycan Respublikasının milyonlarla vətəndaşının iradə və hisslərini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə, planetimizin taleyi üçün məsuliyyət daşıyan dünya liderlərinə, dövlət rəhbərlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara üz tutur, israrla müraciət edirəm. Çünki əminəm ki, cahanda elə bir xalq, elə bir din ola bilməz ki ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin.
|