Bu gün parlamentin yaz sessiyanın ilk plenar iclası öz işinə başlayıb. Qaydalara görə, sesiyya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açılıb. İclasda çıxış edən MM sədri Oqtay Əsədov AŞPA-da Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının qəbul olunmamasını Azərbaycan dövlətinin və xalqının qələbəsi adlandırıb. onun sözlərinə görə, anti-Azərbaycan qüvvələrinin niyyəti həyata keçməyib, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət qalıb gəlib. Spiker sessiya çərçivəsində bir sıra qanunların müzakirəsi ilə yanaşı, Hökumətin hesabatının, 2012-ci il büdcəsinin icra vəziyyətinin, Hesablama Palatasının, Ombudsman və bələdiyyələrlə bağlı ilik hesabatın müzakirəyə çıxarılacağını deyib. O , əlavə edib ki, iclasının gündəliyində 12 məsələ var. İclasda çıxış edən deputat Fuad Muradov "Sosial ipoteka haqqında" qanunun qəbulunun tezləşdirilməsini zəruri hesab edib.
|