YAP Binəqədi rayon təşkilatı prezident seçkilərində təbliğat-təşviqat kampaniyasına start verib. Təbliğat-təşviqat kampaniyasına start rayon ağsaqqalları ilə görüşlə başlayıb. Görüşdə rayon ağsaqqalları, Milli Məclisin deputatları, Respublika Ağsaqqallar şurasının sədri, millət vəkili Fəttah Heydərov, Hacı Madər Musayev, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov və digər qonaqlar iştirak ediblər. YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov keçirilən görüşün çox əlamətdar olduğunu bildirib. O qeyd edib ki, YAP-ın 5-ci qurultayında partiya tarixi bir qərar qəbul edib və partiya seçkilərdə iştirak etmək üçün cənab prezidentin namizədliyini irəli sürüb. YAP-ın namizədi vaxtında kifayət qədər imza toplayıb və uğurla qeydə alınıb. R.Göyüşov bildirib ki, bu günkü tədbir təsadüfi deyildir:
|