“Hüseyn məndəndir və mən Hüseyndənəm”. Həzrət Peyğəmbərimiz (s) moizələrində eynilə bu ifadəni işlətmiş və ayrı-ayrı şəkildə, bu məzmunda bəyan etmişdir. Əhli-Beyt deyəndə həzrət Peyğəmbər (s) aşağıdakı şəxsləri - Əli (ə), Fatimə, Həsən, Hüseyn və 9 nəfər İmam Hüseynin nəslindən olan imamlardır ki, bunlar da 14 nəfər məsumlardır. Hansı ki, bunların adlarını həzrət Peyğəmbər (s) dəfələrlə səhabələri üçün söyləmiş və mühəddislər mütəvatir hədislərdə bəyan etmişlər. Çox yerlərdə Həzrət Peyğəmbər (s) bu hədisi: "Mən Hüseyndənəm və Hüseyn də məndəndir" kimi ifadə etmişdir. Bunun da böyük fəlsəfi məzmunu var ki, Həzrət Peyğəmbərimiz (s) qısa yolla bildirmək istəyir ki, mənim şəriətim İmam Hüseynin Kərbəla vaqiəsindən sonra yaşayacaq, onun Qanı ilə suvarılaraq cücərməyə başlayacaq...
|