“Media forum” saytının oxucularının suallarını Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Mirəziz Seyidzadə cavablandırır. Müəllim, Bakı: 2011-ci ildə Qafqaz Müsəlmanları İdarəsi ictimaiyyətə müraciət edərək yas mərasimlərində dəbdəbədən, təmtəraqlı ehsan verilməsindən çəkinməyə çağırmışdı. Heç bir nəticəsi olmadı, yas məclislərində israfçılıq davam edir. Elə Qafqaz Müsəlmanları İdarəsinin yerləşdiyi “Təzə Pir” məscidində keçirilən hüzr məclislərində də bu üzdəniraq dəbdəbənin şahidi oluruq. Niyə Qafqaz Müsəlmanları İdarəsi bu biabırçılığı durdurmaq üçün bir fətva vermir? Belə bir fətva verilə bilərmi ki, yas məclisində ehsan çay süfrəsi ilə məhdudlaşsın?
|