İslamın vacib əməllərindən biri də Həccdir (yəni imkanlı şəxslərin Məkkəyə getməsidir). Həddi-buluğa çatan insanların namazı tərk etməsi, oruc tutmaması böyük günah olduğu kimi imkanı olan şəxslərin Həcci tərk etməsi, yəni Allah-Təalanın çağırışına, dəvətinə getməməsi də böyük günahlardandır. Allah-Təala Qurani-Kərimdə buyurur: "...(Yemək, azuqə, sağlamlıq, minik baxımından) yoluna qüvvəsi çatan hər bir kəsin həccə gedib o evi (Kəbəni) ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyil." ("Ali-İmran" surəsi, ayə 97) Həcc bir neçə şərtlərlə insana vacib olar:
|