Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2013
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    200 mindən artıq şagird haqqında məlumat sistemə daxil ediləcək
    TQDK tərəfindən 2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq prosesi davam etdirilir.  2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq işləri çərçivəsində Komissiya tərəfindən “Şagird - məzun elektron məlumat bazası” yaradılaraq istifadəyə verilib. Bu sistemə respublikanın ümumi (IX sinif) və tam orta (XI) təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 200 mindən artıq şagird haqqında məlumatların daxil edilməsi nəzərdə tutulur. 
    18.01.13 Məqaləni oxumaq
     
    Xristian dini icmalarının Azərbaycanda fəaliyyəti üçün normal şərait mövcuddur
    “Xristian dini icmalarının Azərbaycanda fəaliyyəti üçün həm qanunvericilik, həm də dini mühit baxımından normal şərait mövcuddur”. Bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov “Open doors” (Açıq qapılar) təşkilatının Azərbaycanda xristian icmalarının fəaliyyətinin məhdudlaşdırılması və onların dövlət qeydiyyatına alınmaması ilə bağlı yaydığı məlumata münasibət bildirərkən deyib. E. İskəndərov qeyd edib ki, bu məlumatlar həqiqətə uyğun deyil və qərəzlidir: “Belə ki, təşkilat Azərbaycanla bağlı hazırladığı məlumatda iddia edir ki, 2010-cu ildə bütün kilsə və dini qurumlardan yenidən qeydiyyatdan keçmək tələb olunduğundan guya protestant məzhəbləri hələ də qeyri-leqal statusdadırlar. Halbuki 2010-cu ildən sonra ondan çox xristian dini icması, o cümlədən pravoslav, katolik, malakan, eləcə də Lüteran, “Yeni həyat”, “Həyat sözü” protestant dini qurumları Dövlət Komitəsində yenidən qeydiyyata alınıb. Ona görə də “Open doors” bu faktlara gözlərini açsa, öz adına daha uyğun olar”.
    18.01.13 Məqaləni oxumaq
     
    QMİ 20 yanvar faciəsinin 23-cü ildönümü münasibətilə bəyanat verib
    Bismillahir-Rəhmanir-Rəhim! Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, kədər, eyni zamanda, milli qürur günü kimi həkk olunmuş 20 yanvar ərəfəsindəyik. 23- cü ildönümünü qeyd etməyə hazırlaşdığımız Yanvar faciəsi nə qədər zaman keçməsindən asılı olmayaraq əsla unudulmayacaqdır. Haqqı tələb etdiklərinə görə minlərlə insanın gülləbaran edilməsini yaddaşlardan silmək mümkün deyil! 
    18.01.13 Məqaləni oxumaq
     
    Kriminal avtoritet “Ded Xasan” öldürülüb
    Federasiyasının paytaxtı Moskva şəhərində məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyan qətlə yetirilib. Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsindən bildiriblər ki, sui-qəsd Povarsk küçəsində gerçəkləşdirilib. Yerli vaxtla saat 14.30-da A. Usoyan “Karetnıy dvor” adlı restorandan çıxarkən snayperdən açılan atəşlə öldürülüb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, A. Usoyan 1937-ci ildə Gürcüstanda doğulub. O, Rusiyadakı ən iri kriminal qruplaşmalardan birinin lideri idi.  
    17.01.13 Məqaləni oxumaq
     
    “Azərbaycanda erqoterapiyanın tədrisi” mövzusunda “Dəyirmi masa” keçirilib
    Bu gün Təhsil Nazirliyində “Azərbaycanda erqoterapiyanın tədrisi” mövzusunda “Dəyirmi masa” keçirilib.  Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının direktoru Qvendolin Berçel erqoterapiyanın tədrisi haqqında məlumat verərək Azərbaycanda bu sahədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən bəhs edib. Görülmüş işlər sayəsində Azərbaycanda erqoterapiya üzrə mütəxəssislərin hazırlandığını bildirən qonaq bu istiqamətdə nəzərdə tutulmuş tədbirləri diqqətə çatdırıb. UAFA təşkilatının meneceri Nuranə Abdullayeva “Erqoterapiya–reabilitasiyadan real həyata körpüdür” mövzusunda təqdimat-məruzə ilə çıxış edib. Erqoterapiyanın xüsusi qayğıya ehtiyacı olan uşaqların (həmçinin böyüklərin) sosial həyatının inkişafına təkan verdiyini vurğulayan N.Abdullayeva bu sahə üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına diqqət yetirilməsinin zəruriliyini bildirib. 
    17.01.13 Məqaləni oxumaq
     
    Milli Məclisin deputatları Sudana gedir
    Sabah Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Mirkazım Kazımov və Sabir Rüstəmxanlı İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının  konfransı ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Sudana səfərə gedirlər. Yanvarın 23-dək davam edəcək tədbir  çərçivəsində  təşkilatın İcra komitəsinin, Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit,  Mədəni və hüquqi  məsələlər, Sivilizasiyalar və dinlərarası  dialoq,  İnsan hüquqları və ailə məsələləri  üzrə  komitələrin  iclasları, həmçinin  Konfransın 8-ci  sessiyası keçiriləcək. toplantılarda  sülh məqsədləri üçün müasir  texnologiyalardan  istifadə,  Yaxın Şərqin nüvə  silahından  qorunması, Sudanın suverenliyinə dəstək, müsəlman dövlətləri arasında həmrəylik və birliyin təşviqi,  təhlükəsizlik məsələləri barədə fikir  mübadiləsi aparılacaq. 
    17.01.13 Məqaləni oxumaq
     
    Xalq yazıçısı Elçinin “Qatil” əsəri Şimali Kiprdə səhnəyə qoyulacaq
    Azərbaycanlı rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşa yanvarın 18-də Lefkoşa Atatürk Mədəniyyət Mərkəzində nümayiş olunacaq. Tamaşada əsas rolları Oya Akın, Tuyğun Törə, Yılsay Özbudaq və Bilən Kılıç ifa edəcəklər. Bu tamaşanın, həmçinin Azərbaycanda da təqdim edilməsi nəzərdə tutulub.
    17.01.13 Məqaləni oxumaq
     
    “Yehova şahidləri” dini icmasının Azərbaycana gətirmək istədiyi dini ədəbiyyatlarda dini dözümsüzlük faktı aşkar edilib”
    Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) “Yehova şahidləri” dini icması ilə aralarında olan məhkəmə çəkişməsinə aydınlıq gətirib. DQİDK-dan verilən məlumata görə, icmanın komitədən məhkəməyə etdiyi şikayət predmeti olan xaricdən Azərbaycana dini ədəbiyyatın gətirilməsinə qadağa qoyulması qanunvericilik əsasında həyata keçirilir. Komitədən deyilib ki, istənilən hüquqi və fiziki şəxs tərəfindən qanunvericilik çərçivəsində xaricdən Azərbaycana dini ədəbiyyat gətirmək mümkündür: 
    17.01.13 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: Azərbaycan ilə bu münaqişə və bu rəqabət Ermənistana heç də yaxşı nəticələr vəd etmir
    "Keçən il beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib qərarlar qəbul edilmişdir. Onların arasında Qoşulmama Hərəkatının zirvə görüşündəki yekun bəyannaməni mən xüsusilə qeyd etmək istəyirəm. Qoşulmama Hərəkatında dünyanın əksər ölkələri toplaşmışdır və Azərbaycan bu təşkilata bu yaxınlarda üzv olmuşdur. Buna baxmayaraq, iştirak etdiyimiz birinci zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə, beynəlxalq hüquq normalarına söykənən çox ciddi qətnamə qəbul edilmişdir. 
    17.01.13 Məqaləni oxumaq
     
    Azərbaycan Elminin İnkişaf Konsepsiyası hazırlanıb
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Azərbaycan Elminin İnkişaf Konsepsiyası hazırlanıb. Bunu APA-ya açıqlamasında AMEA-nın I vitse prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, Konsepsiya “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında elm qarşısında duran məsələlərin icrasına nəzarət etmək məqsədilə hazırlanıb:  “Azərbaycan elminin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı 2009-cu ildə təsdiq olunub. Bu proqram 2015-ci ilə qədər elmin inkişafını özündə əks etdirir. Azərbaycan elminin bundan sonrakı inkişafı yeni hazırlanan Konsepsiyada əks olunacaq. Yanvarın 30-dək AMEA-ya tabe olan qurumlar da öz təkliflərini Rəyasət Heyətinə təqdim etməlidirlər. AMEA bu təklifləri İqtisadi İnkişaf Nazirliyinə təqdim edəcək. “Azərbaycan Elminin İnkişafı Konsepsiyası” “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının tərkibinə daxil olacaq”.
    16.01.13 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2013
    Yanvar(100)
    Fevral(56)
    Mart(59)
    Aprel(57)
    May(67)
    İyun(44)
    İyul(25)
    Avqust(15)
    Sentyabr(14)
    Oktyabr(17)
    Noyabr(8)
    Dekabr(12)
    Arxiv
     
    Yan.2013
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031