Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2013
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    “Bu ölkənin sükanında mən varam”
    Suriya prezidenti Bəşər Əsəd Şamdakı bir məsciddə camaatla birlikdə namaz qılıb. Məscidə özü istifadə etdiyi lüks avtomobillə gələn Bəşər Əsəd sükan arxasında “bu ölkənin sükanında mən varam” mesajını verib. Suriya dövlət televiziyasında canlı yayımlanan görüntülərdə B.Əsəd Baş müfti Əhməd Hassun və din işləri naziri Məhəmməd Abdülsettarla birlikdə oturub.

    25.01.13 Məqaləni oxumaq
     
    Əli Həsənov: "Biz rayon əhalisini təxribatçılara qarşı ciddi iradə nümayiş etdirməyə çağırırıq"
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İsmayıllı rayonunda baş vermiş hadisəyə münasibət bildirib. Şöbə müdiri APA-ya açıqlamasında qeyd edib ki, yanvarın 23-də İsmayıllı rayonunda baş vermiş olayla əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi müvafiq açıqlama yayıb, məsələnin təfərrüatı və həyata keçirilən tədbirlər haqqında ictimaiyyətə lazımi məlumat veriblər: “Hadisənin günahkarları artıq saxlanılıb, lazımi istintaq əməliyyatı aparılır və şübhəsiz ki, təqsirkarlar öz layiqli cəzalarını alacaqlar. 
    25.01.13 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev “GDF Suez” şirkətinin sədr müavini ilə görüşüb
    Davosda prezident İlham Əliyevin “GDF Suez” şirkətinin sədr müavini və prezidenti Jan Fransua Sirelli ilə görüşü olub. 
    Görüşdə “GDF Suez” şirkəti ilə Azərbaycan arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olundu. Gələcəkdə Azərbaycanda əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə tam təmin olunması sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.  Görüşdə “Abşeron” qaz yatağının işlənməsinə, “Şahdəniz” yatağından hasil olunan qazın alınmasına və nəqlinə dair də fikir mübadiləsi aparıldı.
    25.01.13 Məqaləni oxumaq
     
    TQDK-da Biologiya fənni üzrə elmi-metodiki seminar keçirilib
    Bu gün TQDK-da Biologiya fənni üzrə elmi-metodiki seminar keçirilib. Seminarda ümumtəhsil məktəblərin 5-ci sinifləri üçün Həyat bilgisi dərsliyi və müəllim üçün metodik vəsaitin müzakirə aparılıb.  Seminar iclasında Bakı və Sumqayıt  şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə  TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında  həmin bölgələrin müvafiq fənn müəllimləri də iştirak ediblər.  
    25.01.13 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadənin sürücüsünün törətdiyi yol qəzası ilə bağlı məlumat yayıldı
    Baş Prokurorluq Milli Məclisin deputatı Aydın Mirzəzadənin sürücüsünün törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb. Bildirilir ki, yanvarın 23-də saat 06:50-də Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində Qocayev Faiq Əşrəf oğlu idarə etdiyi, “Aztelekom” İstehsalat Birliyinə məxsus “Honda-Accord” markalı, 10 PD 199 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1955-ci il təvəllüdlü Cavadova Mariya Hidayətovnanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. 
    25.01.13 Məqaləni oxumaq
     
    Mahmud Əhmədinejad Avropaya səsləndi: Cəhənnəmə qədər yolunuz var
    Prezident Mahmud Əhmədinejad müxtəlif layihələrin açılış mərasimində iştirak etmək üçün səfərdə olduğu Həmədan əyalətində çıxışı zamanı İrana yönələn sanksiyalara münasibət bildirib. M.Əhmədinejad Avropa Birliyinin İrana qarşı neft embarqosunu tənqid edib. “Neft almırsınız almayın, cəhənnəmə qədər yolunuz var, yaxşı ki, almırsınız. İllərlə nailiyyətlər yaradan xalqımız, bunu neftləmi etdi?” - deyə Əhmədinejat sual edib.
    23.01.13 Məqaləni oxumaq
     
    Prezident ABŞ-ın qlobal layihələrinin idarəçiliyi üzrə tanınmış şirkətinin rəhbəri ilə görüşüb
    Bu gün Prezident İlham Əliyevin Davosda ABŞ-ın qlobal layihələrinin idarəçiliyi üzrə tanınmış konsaltinq şirkəti “McKinsey&Sompany”nin rəhbəri Dominik Barton ilə görüşüb. Görüşdə “McKinsey&Sompany” şirkətinin rəhbəri Dominik Barton Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. 
    23.01.13 Məqaləni oxumaq
     
    “Mən özümü Azərbaycanın da mədəniyyət tanıtma müşaviri kimi görürəm”

    Jurnalist Qadınlar Assosiasiyası Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm müşaviri Əhməd Seyyid Arslanla mətbuat nümayəndələrin görüşünü təşkil edib. Seyid Əhməd Arslan jurnalistləri maraqlandıran sualları cavablandırıb. 

    - Bakıya gəlməyimin bu gün (16.01.2013) tam bir ili oldu. Görüşümüzün də bu günə təsadüf etməsində bir xeyir var yəqin. Mənim Ankarada Mədəniyyət və Turizm Nazirliyində yüksək bir vəzifəm var idi. Buna baxmayaraq, Azərbaycan sevdam  mənim oradan buraya qədər gəlməyimə səbəb oldu. Bu gün mən bura gəlməyimdən çox şadam, yaxşı ki, bura gəlmişəm, və yaxşı ki, burda sizlərlə tanış olmuşam.

    23.01.13 Məqaləni oxumaq
     
    Korrupsiya ilə bağlı cinayət işləri daha çox özəl sektorda qeydə alınıb
    Azərbaycanda korrupsiya hüquqpozmalarına yol verən idarə və təşkilatların adları açıqlanıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il korrupsiya ilə bağlı cinayət işləri daha çox özəl sektorda qeydə alınıb. İkinci yerdə təhsil sahəsi durur ki, burada 19 cinayət işi istintaq olunaraq məhkəmələrə göndərilib.
    23.01.13 Məqaləni oxumaq
     
    "1-2 ilə doktorluq dissertasiyası yazmaq olmaz"
    “Xaricdə müdafiə olunan elmi işlərin keyfiyyəti bizi çox narahat edir. Təsəvvür edin ki, əvvəl Moskvada yaşaya-yaşaya 8-10 ilə doktorluq dissertasiyası, 5-6 ilə namizədlik dissertasiyası yazıb müdafiə edirdik. İndi isə 1-2 ilə doktorluq diplomu gətirirlər. Bu, bizi narahat edir”.
    23.01.13 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2013»
    Yanvar(100)
    Fevral(56)
    Mart(59)
    Aprel(57)
    May(67)
    İyun(44)
    İyul(25)
    Avqust(15)
    Sentyabr(14)
    Oktyabr(17)
    Noyabr(8)
    Dekabr(12)
    Arxiv
     
    « Yan.2013»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031