85 illik yubileyinə hazırlaşan Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk həftəsi 4 yeni tamaşanın hazırlanmasına start verilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, S.S.Axundov və A.Şaiqin “Qaraca qız” əsəri əsasında eyniadlı tamaşa üzərində Xalq artisti Vaqif Əsədov yaradıcılıq prosesi aparır. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur. Tamaşada Əməkdar artistlər G.Nəbiyeva, L. Vəliyeva, S. Məmmədov, aktyorlar V.Mehrəliyev, M. Dadaşov və başqaları çıxış edəcəklər.
|