Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2013
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    İbrahim Paşanın ölüm hökmü verildi
    “Möhtəşəm yüz il”in yanvarın 16-da efirə gedəcək növbəti seriyasında İbrahim Paşanın ölüm hökmü veriləcək.  Əbu Suyud əfəndinin məsləhəti ilə Paşanın özü gecə yuxuda olarkən infazına qərar verən Sultan Süleyman ölümündən əvvəl İbrahimlə eyni sürfəni paylaşır. Hürrəm, İbrahim Paşa və özünün də iştirak etdiyi üçlü yeməkdən sonra Sultan Süleyman Paşanın evində deyil, saraydakı otağında qalmasını istəyir. Paşa isə gecə yatarkən Sultan Süleymanın əmri ilə boğularaq öldürülür. 
    16.01.13 Məqaləni oxumaq
     
    Kənd təsərrüfatı naziri Aslan Aslanov toplantı keçirib
    Bu gün Kənd Təsərrüfatı Nazirliyində 20 yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş toplantı keçirilib. İlk öncə toplantı iştirakçıları 20 yanvar faciəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Nazir müavini Aslan Aslanov Azərbaycanın müstəqilliyi, öz milli azadlığı uğrunda şəhid olanların yaxınlarına və əzizlərinə başsağlığı verib, həlak olanların şəhidlik zirvəsinə qalxmasını qəhrəmanlıq simvolu kimi qiymətləndirib. A.Aslanov 20 yanvar hadisəsinə ilk olaraq ulu öndər Heydər Əliyevin siyasi-hüquqi qiymət verdiyini söyləyib. 
    16.01.13 Məqaləni oxumaq
     
    Bu gün Suriyada 181 adamın öldüyü bildirilir
    Bu gün Suriyada Bəşər Əsədə bağlı ordunun əməliyyatları və müxalif əsgərlərlə yaşanan qarşıdurmalarda ölkə daxilində 181 adamın öldüyü bildirilir. Ölənlərin 15-nin uşaq, 10-nun qadın olduğu qeyd edilir. Suriya Yerli Koordinasiya Komitələri Hələbdə 69, Humusta 61, Şam və ətrafında 20, Hamada 14, Derada 10, İdlibde 3, Deyrezzor və Rakkada 1 olmaq üzrə ölkə daxilində 181 adamın öldüyünü bildirir.
    16.01.13 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
    Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.Dövlətimizin başçısı iclası giriş nitqi ilə açmışdır. İqtisadi inkişaf naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik etdikləri qurumların il ərzində gördüyü işlər barədə məlumat vermişlər. 
    16.01.13 Məqaləni oxumaq
     
    “Əli qədəmgahı” ziyarətgahı son illərdə bir çox xeyirli işlər görür
    Buzovna qəsəbəsi “Əli qədəmgahı” ziyarətgahı son illərdə bir çox xeyirli işlərlə yanaşı, Respublikada olan Buzovna qəsəbəsində yerləşən 9 saylı ixtisaslasdırılmış ruhi-əsəb xəstəlikləri qoca və əlillər evində, ətrafda olan imkansız və bivaris, bədvaris dünyaların dəyişən insanların dəfni ziyarətgahın hesabına davam etdirilir. Mərhumların yuyulması, kəfnə tutulması ziyarətgahın hesabına aparılır. Hal hazırda kimi ziyarətgah 562 nəfəri dəfn etmişdir. Dəfn olunanların qəbrləri nömrələnir, sonraki dövrlərdə meyid sahibləri sorğu etdikləri zaman, qəbirlərin nömrəsi ilə qəbrin yeri bildirilir ki, onlar ölülərini ziyarət edirlər.
    16.01.13 Məqaləni oxumaq
     
    “Skapenin kələkləri” komediyası Musiqili Komediya Teatrının səhnəsində
    Musiqili Komediya Teatrının kollektivi 2013-cü ilin ilk premyerası olaraq Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi J.B.Molyerin  вЂњSkapenin kələkləri” komediyasını təqdim edəcək. Teatrdan  verilən məlumata görə, bu komediya böyük dramaturq J.B.Molyerin Musiqili Komediya Teatrının səhnəsində oynanılan ilk əsəridir. İki hissəli tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərov, ikinci rejissoru Əməkdar artist Boris Qrafkin, musiqi rəhbəri Emin Həsənov, quruluşçu rəssamı Vüsal Rahimdir.

    15.01.13 Məqaləni oxumaq
     
    Əlillər üçün praktik əhəmiyyət kəsb edən kitab nəşr olunub
    “Tibbi-sosial ekspertiza və reabilitasiyanın hüquqi, təşkilati və metodiki əsasları” adlı yeni kitab nəşr olunub. Bu haqda məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilib. Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənovun və şöbənin baş məsləhətçisi Mirağa Mirqədirovun tərtib etdiyi və müvafiq normativ-hüquqi aktlar barədə məlumatların təqdim olunduğu kitab eyni zamanda mühüm praktik əhəmiyyət kəsb edir. 4 bölmədən ibarət olan topluda Tibbi-Sosial Ekspert Komissiyalarında və Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində (RTSEM), reabilitasiya müəssisələrində istifadə edilən sənədlərin siyahısı barədə hüquqi-praktik bilgilər verilir, həmin sənədlərin hazırlanma formaları təqdim edilir.
    Qeyd edək ki, yeni kitabda əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi meyarları, əlilliyin səbəbləri, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya müəssisəsinə qəbul edilməsi, onların bərpa-müalicə xidməti ilə, həmçinin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu arabalarla, protez-ortopedik vasitələrlə təmin olunma və s. ilə bağlı qaydalar da yer alıb. Bu isə kitabın tibbi-sosial ekspertiza və reabilitasiya xidmət ilə bağlı hüquqi maarifləndirmə baxımından əlverişli sayılır.
    15.01.13 Məqaləni oxumaq
     
    Nazirlik məktəb-liseyin fəaliyyətini “kafi” qiymətləndirdi
    Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey, Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin akkreditasiyasının nəticələri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ümumi təhsil müəssisələrinin akkreditasiyasının ilk dəfə aparıldığını qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub. Bakı şəhər 164 nömrəli tam orta məktəbdə aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Bəhram Şiriyev bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. B.Şiriyev 164 nömrəli tam orta məktəbdə tədrisin təşkili, təhsil müəssisəsinin pedaqoji kollektivi və şagird kontingenti, məzunların ali məktəblərə qəbulu, eləcə də digər bu kimi məsələlərdən söz açıb. 
    15.01.13 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Pakistan dövlət başçısına başsağlığı verib
    Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib. Başsağlığında deyilir:  Ölkənizdə törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu qanlı əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Bu hadisələr, eyni zamanda, terrorizmə qarşı mübarizədə davamlı və birgə səylər göstərilməsi zərurətini bir daha təsdiq edir. 

    15.01.13 Məqaləni oxumaq
     
    Bəşər Əsəd və ailəsinin rus döyüş gəmilərindən birində qaldığı iddia edilir
    Prezident Bəşər Əsəd və ailəsinin Suriya açıqlarındakı rus döyüş gəmilərindən birində qaldığı iddia edilir. В Səudiyyə Ərəbistanı qəzeti "Əl Vətən" Suriya dövlət başçısının və ailəsinin Suriya açıqlarındakı Rus döyüş gəmilərindən birində qaldığını irəli sürüb. Qəzetə görə, Əsəd rus döyüş gəmisində özünü daha çox etibarda hiss edir. В "Əl Vətən" qəzetinin kəşfiyyat qaynaqlarına söykədiyi xəbərində Bəşər Əsədin ailəsi və ona yaxın adamların Rusiya qorumasında olduğu iddia edilib. "Əl Vətən"ə görə Suriya dövlət başçısı canlı təmasları və danışıqları olduğu zaman Şama vertolyotla gedir. Şamda isə vətəndaşlar arasında möhkəm bir qoruma altında hərəkət edir.
    15.01.13 Məqaləni oxumaq
     
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2013»
    Yanvar(100)
    Fevral(56)
    Mart(59)
    Aprel(57)
    May(67)
    İyun(44)
    İyul(25)
    Avqust(15)
    Sentyabr(14)
    Oktyabr(17)
    Noyabr(8)
    Dekabr(12)
    Arxiv
     
    « Yan.2013»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031