Son günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən atım müşahidə olunur. Kür çayının Surra məntəqəsində 8 sm, Salyanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 1 sm, Bankədə isə 8 sm azalma müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 385 sm (2012-ci il yanvarın 11-də 553 sm), Şirvanda 252 sm (2012-ci il yanvarın 11-də 449 sm ), Salyanda 314 sm (2012-ci il yanvarın 11-də 405 sm), Bankədə 237 sm (2012-ci il yanvarın 11-də 306 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2012-ci il yanvarın 11-də 270 sm) təşkil edir.
|