Bu il Azərbaycanda 7 teleradio şirkətinin lisenziyasının uzadılması ilə bağlı müraciətlərə baxılacaq. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bildirib. Onun sözlərinə görə, bunlar "SKY MAX" MMC (Ailə TV), "Baku and Boston TV Communication" MMC (B&B TV), “Azad Azərbaycan” kabel televiziyaları, ANS Müstəqil Yayım və Media Şirkəti, “Cənub” TV, “Xəzər” televiziyası və radiosu və “Aygün” TV-dir (Zaqatala).
|