Yanvarın 28-də Daxili İşlər Nazirliyində 2012-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, yola saldığımız ildə davamlı şəkildə həyata keçirilən quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan ictimai asayiş, insan hüquq və azadlıqları etibarlı qorunub.
|