Azərbaycanda keçirilən “Türkiyə həftəsi”nə yekun vurulub
|
Azərbaycanda keçirilən “Türkiyə həftəsi”nin yekunlarına dair mətbuat konfransı keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, mətbuat konfransı Prezident yanında Strateji Araşdırmalar Mərkəzində baş tutub.
Konfransda çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, “Türkiyə həftəsi” çərçivəsində Türkiyə və Azərbaycan “beyin mərkəzləri”nin nümayəndələri, millət vəkilləri, universitet müəllimləri və media işçilərindən ibarət nümayəndə heyəti Gəncə, Lənkəran və Ağdam şəhərlərində rəsmi səfərdə olublar. Görüşlər zamanı “Tarixdən günümüzə: Türkiyə-Azərbaycan münasibətləri” və “Azərbaycan-Türkiyə münasibətləri regional kontekstdə” mövzuları ətrafında müzakirələr aparılıb. Görüşlərdə Türkiyədən gələn nümayəndə heyəti məcburi köçkünlərlə də görüşüb, onların problemləri ilə maraqlanıblar. Onun sözlərinə görə, belə görüşlər və müzakirələrin keçirilməsinin əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına dəstək vermək, qarşılıqlı olaraq Azərbaycan və Türk ictimaiyyətini hər iki dövlət haqqında məlumatlandırmaqdır: “İctimaiyyət də hər iki dövlət haqqında məlumatlı olmalıdır. Bunun üçün əməkdaşlığımız daha da genişlənməlidir. Biz maraqlarımızı da dəqiq bildirməliyik”.
|
26.09.12 Məqaləni oxumaq
|
|
|
TQDK Azərbaycanı Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın illik konfransında təmsil edib
|
Sentyabrın 16-dan 21-dək Qazaxısatanın paytaxtı Astanada Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA- International Association for Educational Assessment) illik 38-ci konfransı keçirilib. Konfransda Azərbaycanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
”Təhsil müəssisələri və fərdlərə müsbət təsir edən qiymətləndirmə prosedurlarının layihələndirilməsi” mövzusunda keçirilən konfransda dünyanın 40-dan çox ölkəsindən 316 nümayəndə iştirak edib. Tədbirdə TQDK-nın şöbə müdirləri - Natiq Əliyev, Afiqə Batıyeva, Nəriminə Məmmədova, aparıcı məsləhətçi Aydın Qasımov və məsləhətçi Xanlar Xanlarzadə iştirak ediblər.
|
26.09.12 Məqaləni oxumaq
|
|
|
“Gənc jurnalistlər proqramı” çərçivəsində AİPS rəsmisi Layma Canusonite ilə görüş keçirilib
|
Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS), Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsinin Bakıda təşkil etdiyi “Gənc jurnalistlər proqramı” layihəsi çərçivəsində bu gün AİPS-in vitse-prezidenti Layma Canusonite ilə görüş keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, L.Canusonite planetin ən böyük idman tədbiri olan Olimpiya oyunlarını işıqlandırmağın jurnalistlər üçün o qədər də asan olmadığını səsləndirib: “Eyni vaxtda müxtəlif idman infrastrukturunda bir neçə yarış keçirilir. Yarışda qalib və məğlub olan idmançıya yanaşma tərzi tam fərqli olur”.
|
26.09.12 Məqaləni oxumaq
|
|
|
Xaricdə təhsil almağa göndəriləcək tələbələrin sayı artırılacaq
|
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu il 500 nəfərdən artıq azərbaycanlı tələbə xaricdə təhsil almağa göndəriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə təhsil nazirinin müavini Qulu Novruzov deyib.
Onun sözlərinə görə, növbəti ildə dövlət xətti ilə daha çox tələbənin xaricə təhsil almağa göndərilməsi planlaşdırılır. Q.Novruzov deyib ki, bu il xaricdə təhsil alan tələbələrin sayı xeyli artıb. Onun sözlərinə görə, ötən il xaricə göndərilən tələbələrin sayı 421, ondan əvvəlki il isə 300-dən artıq olub. Bu il 500-dən artıq olacaq, növbəti ildə isə say daha da artırılacaq.
|
26.09.12 Məqaləni oxumaq
|
|
|
“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır
|
Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
İclasda bir sıra məsələlər müzakirə olunub. Komitə sədri Ziyafət Əsgərov bildirib ki, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır. Onun sözlərinə görə, qanun layihəsi komitənin payız sessiyasının qanunvericilik işləri planına salınıb. Z.Əsgərov deyib ki, onlara daxil olan qanun layihələri ilə bağlı müvafiq qurumlardan rəylər alınır və onlar rəylər nəzərə alınmaqla yenidən işlənir: “Proses başa çatdıqdan sonra layihələr komitədə müzakirəyə çıxarılır və bundan sonra parlamentə tövsiyə olunur. Bu dəfə də məhz bu cür olacaq”.
Birinci vitse-spiker sonra qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqında” qanun layihəsində hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatı məsələləri daha geniş əksini tapacaq: “Çünki “Hərbi qulluqçuların statusu haqqında” mövcud qanun ötən əsrin 90-cı illərində qəbul olunub və təkmilləşdirilməsinə böyük ehtiyac var”.
|
26.09.12 Məqaləni oxumaq
|
|
|
Davudoğludan alman həmkarına xəbərdarlıq
|
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorkda almaniyalı həmkarı Qido Vestervellə ilə görüşüb. Nazir həmkarına Almaniyada türkləri və müsəlmanları potensial terrorçu kimi göstərən afişalarla bağlı xəbərdarlıq edib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Əhməd Davudoğlu bu afişalardan narahat olduqlarını bildirib.
Görüşdə Suriya məsələsi də müzakirə edilib. Alman nazir Türkiyənin həyata keçirdiyi işlərin beynəlxalq birlik tərəfindən təqdirlə qarşılandığını söyləyib. Əhməd Davudoğlu isə qaçqınlara yardım çağırışını təkrarlayıb. Buna cavab olaraq Vestervelle gələcəkdə qaçqınlara yardımları artıracaqlarını bildirib.
|
25.09.12 Məqaləni oxumaq
|
|
|
Zərdabi Mətbuat Mərkəzi və “Sport favorit” qəzeti yeni layihənin icrasına başlayıb
|
Zərdabi Mətbuat Mərkəzi “Sport favorit” qəzeti ilə birgə “İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsinin icrasına başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, ZMM sədri Rəhim Hüseynzadə açıqlanmasında yeni layihənin reallaşdırılmasını şərtləndirən cəhətlərə aydınlıq gətirib.
O əlavə edib ki, idman mövzusuna bütün aparıcı, müntəzəm yayımlanan KİV-lər yer ayırır: “İlk baxışda mövzunun işıqlandırılması vəziyyəti qənaətbəxş təsiri bağışlayır. Doğrudur, məsələyə yanaşmada ixtisaslaşmış idman KİV-lərinin də problemləri mövcuddur. Lakin Zərdabi Mətbuat Mərkəzinin ölkənin 25 qəzet və 9 informasiya agentliyində apardığı monitorinqlər onlarda daha çox həllini gözləyən problemin olduğunu aşkarlayıb”.
|
25.09.12 Məqaləni oxumaq
|
|
|
Azay Quliyev: Ramil Səfərov məsələsini birdəfəlik bağlayın
|
Millət vəkili Azay Quliyev Ramil Səfərovla bağlı mətbuatda gedən müzakirələr və mübahisələrə münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, A.Quliyev bu mövzudakı müzakirələrdən ciddi narahat olduğunu dilə gətirib.
O, Ramil Səfərovun həbs olunduğu gündən indiyə kimi onun hüquqlarını müdafiə edən şəxslərdən biri kimi yox, adi bir vətəndaş olaraq fikir bildirdiyini qeyd edib: “Son günlər Ramil Səfərovla bağlı mətbuatda gedən müzakirələr və mübahisələr məni çox ciddi narahat edir və üzür. Görün biz nəyi müzakirə edirik? Kim Ramilin azad olunması üçün nə qədər iş görüb? Kim Ramilin ailəsinə nə qədər yardım edib? Kim onunla neçə dəfə görüşüb?
|
25.09.12 Məqaləni oxumaq
|
|
|
Əbülfəs Qarayev Vyanaya işgüzar səfərə gedir
|
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Vyanaya gedəcək. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirin səfərinin məqsədi 26 sentyabr tarixində Avstriyanın Vyana şəhərində “Qafqaz və Mərkəzi Asiya-Qlobal iqtisadi çağırışlar şəraitində davamlı inkişafın təşviqi” mövzusunda keçiriləcək Nazirlər Konfransında iştirak etməkdir. Ə.Qarayevin konfransda Azərbaycanda turizm sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər mövzusunda çıxışı və Avstriyanın İqtisadiyyat, Ailə və Gənclər üzrə Federal Naziri Reinhold Miterlenerlə görüşü nəzərdə tutulub.
|
25.09.12 Məqaləni oxumaq
|
|
|
Milli Məclis qəbul etdiyi qanunların monitorinqini aparır
|
Azərbaycan Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsi qəbul olunan qanunların monitorinqini aparır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
O qeyd edib ki, monitorinq başa çatdıqdan sonra gərəkli layihələr işlənəcək və rəy alınması üçün müvafiq qurumlara göndəriləcək.
|
25.09.12 Məqaləni oxumaq
|
|
|
|