Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2012
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Prezident Qobustan qəsəbəsində orta məktəbin açılışında iştirak edib
    Prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Prezident İlham Əliyevin 2011-ci il aprelin 6-da imzaladığı sərəncamla qəsəbədə 800 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün iki milyon manat vəsait ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Prezidentinə məlumat verib ki, ümumi sahəsi 2,5 hektar olan məktəbin üçmərtəbəli binasında hər cür şərait yaradılıb. Məktəbdə 48 sinif otağı vardır. Burada, həmçinin 96 yerlik akt zalı, kitabxana, hərbi vətənpərvərlik otağı, fizika, kimya, biologiya və digər fənlərin tədrisi üçün laboratoriya və kabinetlərlə yanaşı, diş həkimi, psixoloq otaqları da fəaliyyət göstərir. Məktəbin həyətində geniş abadlıq işləri aparılmış, futbol, voleybol və basketbol meydançaları yaradılıb. Dövlət başçısı məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib.
    25.09.12 Məqaləni oxumaq
     
    Prezident Ələt qəsəbəsində yenidən qurulan poliklinikanın açılışında iştirak edib
    Prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yenidən qurulan 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib. Ötən il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə dövlətimizin başçısı paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün ötən il aprelin 4-də Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində olmuşdu. Dövlət başçısı Ələt qəsəbəsində olarkən sakinlər poliklinikanın yenidən qurulması barədə xahiş etmişdilər. Prezident İlham Əliyevin 2011-ci il aprelin 6-da imzaladığı sərəncamla Qaradağ Rayon İcra Hakimiyyətinə altı milyon manat, o cümlədən Ələt qəsəbəsində 32 saylı şəhər poliklinikasının yenidən qurulması üçün bir milyon manat vəsait ayrılmışdı.
    25.09.12 Məqaləni oxumaq
     
    Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
    Ombudsmanın Milli Preventiv Mexanizm Qrupu tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçirilib. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Başçəkmə zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, saxlanma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb. 9 saylı CÇM-də aparılan son kadr dəyişikliyindən sonra saxlanma şəraiti təkmilləşdirilib. CÇM-də qəbul edilən 20-dək məhkum saxlanma şəraiti, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyib, aparılan islahatları təqdir ediblər. MPM Qrupunun əvvəlki baş çəkməsindən sonra müəssisədə yeni hamam tikilib, sanitar qovşaqların sayı 16-dan 40-a çatdırılıb, yataqxanalarda təmir işləri aparılıb, məhkumların asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb.
    25.09.12 Məqaləni oxumaq
     
    “Əl-Qaidə”nin yüksək rütbəlilərindən biri öldürülüb
    Pakistanda ABŞ-ın pilotsuz təyyarəsinin zərbələri nəticəsində “Əl-Qaidə”nin yüksək rütbəlilərindən biri və 4 yaraqlı öldürülüb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən kəşfiyyat rəsmilərinin məlumatına görə, Əbu Kaşa əl-Iraqi Şimali Vəziristanda öldürülüb. Əfqanıstanla sərhəddə olan Şimali Vəziristanda “Əl-Qaidə” ilə əlaqəli yaraqlıların düşərgələrinin olduğu ehtimal edilir.
    25.09.12 Məqaləni oxumaq
     
    Mədinədə Peyğəmbər məscidi genişləndirilir
    Səudiyyə Ərəbistanı kralı Abdulla Mədinədə yerləşən Məscid əl-Nəbavinin ərazisinin genişləndirilməsi layihəsinin reallaşması barədə qərar qəbul edib. “KƏLAMİNFO” “Agence France-Presse”ə istinadən xəbər verir ki, genişlənmə nəticəsində məscidə 1,6 min. insanın daxil olmasına imkan yaranacaq. Yəni onun ərazisi üç dəfə böyüyəcək. Layihənin nə vaxt reallaşacağı bəlli deyil. Ancaq o bəllidir ki, yeni torpaqların əldə olunmasına 6,6 mlrd. dollar sərf olunacaq. Bu məscid Məkkədəki Məscid əl-Haramdan sonra müsəlmanların ən müqəddəs yeridir. Məscid əl-Nəbavinin yerləşdiyi ilk məscid hələ Məhəmməd Peyğəmbərin (s) zamanında, 622-ci ildə tikilib. Məscidin ərazisində peyğəmbərin qəbri də yerləşir. 2012-ci ilin əvvəlində krallıq Kəbənin yerləşdiyi Məscid əl-Haram məscidinin genişlənməsinə qərar verib. Bu layihə isə 21,33 mlrd. dollarlıqdır. Onun genişlənməsindən sonra ora gələnlərin sayı 1,5 mln. nəfərə çatacaq.
    25.09.12 Məqaləni oxumaq
     
    Müdafiə sənayesi naziri İsrail səfirini qəbul edib
    Bu gün müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycana yeni təyin olunan səfiri Rafael Harpazı qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya MSN-dən veriblər. Görüşdə Y.Camalov Azərbaycanla İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə geniş məlumat verib. R.Harpaz səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
    25.09.12 Məqaləni oxumaq
     
    İran nümayəndə heyətinin 20 üzvünü ABŞ-a buraxmadılar
    ABŞ hakimiyyət orqanları BMT Baş Assambleyasında iştirak etmək istəyən 160 İran nümayəndə heyəti üzvünün 20-nə viza verməkdən imtina edib. “KƏLAMİNFO” “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, ABŞ-a iki nazirə gəlmək də qadağan edilib. Bu nazirlərin adları açıqlanmasa da, bəlli olub ki, nümayəndə heyətinə XİN rəhbəri Əli Əkbər Salehi, yollar və şəhər inşası naziri Əli Nikzad, kənd təsərrüfatı naziri Sadik Xəliliyan, eləcə də səhiyyə naziri Mərziyə Vahid Dastgerdi daxil idi.
    25.09.12 Məqaləni oxumaq
     
    Azərbaycanda “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi hazırlanır
    Azərbaycan Milli Məclisində “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi hazırlanır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. O qeyd edib ki, belə bir məsələ ilə əlaqədar mütəmadi olaraq həm millət vəkilləri, həm də vətəndaş cəmiyyəti təsisatları tərəfindən təkliflər səslənir. Onun sözlərinə görə, parlamentin Sosial siyasət komitəsi bu təklifləri nəzərə alaraq yeni qanun layihəsi üzərində işləyir: “Ailə cəmiyyətin əsasını təşkil edir. Xüsusilə yeni nikaha girən gənc ailələrin bünövrəsi möhkəm təməllər üzərində qurulmalıdır. Bunun üçün bir sıra amillərlə yanaşı gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi də vacib şərtlərdən biridir. Bu mənada sözügedən məsələnin həlli zəruridir”.
    25.09.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: Hərbi qüvvələrin bölgədə güc nümayişi Azərbaycanın regional sülh prinsiplərinə uyğun gəlmir
    İstər NATO, istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri, istərsə də digər hərbi qüvvələrin bölgədə manevr edərək öz gücünü nümayiş etdirməsi Azərbaycanın regional sülh prinsiplərinə uyğun gəlmir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS TV-nin Hesabat proqramına müsahibəsində deyib. Ə.Həsənov bildirib ki, biz onu da anlayırıq ki, mövcud olan təşkilat sınaq və təlim keçirməlidir: “Əsas məsələ odur ki, Azərbaycan bu gün bitərəf ölkələr blokunda təmsil olunaraq, hərbi təhlükəsizlik məsələlərini müstəqil şəkildə, tərəfsiz təmin etməyə çalışır. Amma eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri və onun əsas üzvü olan Rusiya, həm NATO və onun üzvləri ilə milli təhlükəsizlik sahəsində ya əməkdaşlıq qurur, ya qurmaqdadır, ya da qurmağa çalışır. Ona görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəqib kimi deyil, tərəfdaş kimi baxırıq”.
    25.09.12 Məqaləni oxumaq
     
    SAM-ın nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olacaq
    Sentyabrın 24-25-i tarixlərində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində rəsmi səfərdə olacaq. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. Səfər zamanı SAM və İtaliyanın aparıcı beyin mərkəzlərindən biri olan Beynəlxalq Siyasi Araşdırma İnstitutu (ISPI) tərəfindən "Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar” mövzusunda həyata keçirilən birgə layihə çərçivəsində müzakirələrin aparılması və ümumi tövsiyələrin hazırlanması planlaşdırılır. Görüşdə G.Paşayeva, iqtisadi təhlil və qloballaşdırma məsələləri şöbəsinin müdiri vəzifəsini icra edən Vüsal Qasımlı və aparıcı elmi işçilər - Gülmira Rzayeva və Kamal Makili-Əliyev iştirak edəcəklər. Səhəri gün Milanın Katolik universitetində SAM-ın ekspertlərinin iştirakı ilə Azərbaycanın xarici siyasətinə həsr edilmiş seminar təşkil ediləcək.
    25.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « Sen.2012
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930