Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Əbülfəs Qarayev Vyanada avstriyalı həmkarı ilə görüşüb
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Vyanada Avstriyanın iqtisadiyyat, ailə və gənclər üzrə federal naziri Reinhold Miterlenerlə görüşüb. “KƏLAMİNFO”nun məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Nazir bildirib ki, Avstriya ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar mövcuddur və Avstriyanın bir çox şirkətləri ölkəmizdə turizm infrastrukturunun qurulmasında yaxından iştirak edir. Qusar rayonunda qış-yay dağ-idman turist kompleksinin inşasında Avstriya şirkətlərinin iştirakını xüsusilə vurğulayan nazir Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm və asudə vaxt menecmenti üzrə bakalavr proqramına dair əməkdaşlıq sazişinin imzalandığını və bu istiqamətdə əlaqələrin inkişaf etdirildiyini nəzərə çatdırıb. Avstriyalı nazir isə Azərbaycanla turizm sahəsində əlaqələrin inkişafını vacibliyini qeyd edərək bu sahədə intensiv görüşlərin əhəmiyyətini vurğulayıb. Görüşdə iki ölkə arasında turizm sahəsində sazişin imzalanması və işçi qrupun yaradılması barədə razılıq əldə olunub.
    27.09.12 Məqaləni oxumaq
     
    Hökumətin qarşısında növbəti 10 ildə ÜDM-in 2 dəfə artırılması məqsədi qoyulub
    “Son 8 ilin nəticələrinə görə, Azərbaycan dünyada orta gəlirli ölkələr siyahısına düşüb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən “Körpülərin salınması” adlı beynəlxalq konfransda İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev bildirib. O qeyd edib ki, makroiqtisadi göstəricilərə görə Azərbaycan sağlam təməllərə malikdir: “Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Ümumi investisiya qoyuluşunda qeyri-neft investisiya qoyuluşları 60 faizi keçib. Azərbaycan gələcəkdə də qeyri-neft sektorunun inkişafını hədəf kimi seçib”. Onun sözlərinə görə, hökumətin qarşısında növbəti 10 ildə ÜDM-in 2 dəfə artırılması və bu artımın qeyri-neft sektorunun hesabına olması məqsədi qoyulub.
    27.09.12 Məqaləni oxumaq
     
    Obama Məhəmməd peyğəmbər haqda filmin Amerikaya təhqir olduğunu deyib
    ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasında etdiyi çıxışı zamanı Yaxın Şərqdə baş qaldıran zorakılıqlar və İranın nüvə proqramı məsələlərindən danışıb. Prezident çıxışında Məhəmməd Peyğəmbəri təhqir edən filmin nümayişindən sonra müsəlman dünyasında baş qaldıran zorakılıqları və bu səbəbdən Benqazidə ABŞ səfiri Kristofer Stivens və digər diplomatların qətlini qınayıb.

    “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, ABŞ dövlət başçısı BMT nümayəndələrinə "hücumların BMT-nin ideallarına edildiyini" deyib və ABŞ diplomatik korpuslarına hücumları pisləyərək, ABŞ-ın İranın nüvə proqramının dayandırması yolunda əlindən gələni edəcəyinə vəd verib. O, İranla mübahisələrin diplomatik yolla həllinə hələ vaxt olduğunu, lakin bu vaxtın məhdudiyyətsiz olmadığını deyib.
    27.09.12 Məqaləni oxumaq
     
    ASAN-Xidmət mərkəzləri 9 dövlət qurumunun 23 xidmətini özündə birləşdirəcək
    Tezliklə Azərbaycanda fəaliyyət göstərəcək ASAN-Xidmət mərkəzləri özündə 9 dövlət qurumunun 23 xidmətini özündə birləşdirəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

    O qeyd edib ki, adı çəkilən mərkəzlərin fəaliyyətinin şəffaflığının qorunması əsas şərtlərdən biri olacaq: “Vətəndaş artıq bir-birindən kilometrlərlə aralı olan dövlət orqanlarına bir bina içərisində baş vura biləcək. Vətəndaşlar mərkəzdə olan informasiya köşkünə yaxınlaşacaq və oradan istənilən dövlət orqanına müraciət etməyi, növbəyə yazılmağı həyata keçirəcək”. İ.Kərimov bildirib ki, ASAN-Xidmət mərkəzlərində vətəndaşla dövlət qulluqçusu arasında heç bir ödəniş həyata keçirilməyəcək və bütün ödənişlər elektron qaydada bank vasitəsilə ödəniləcək. Mərkəzlər həftənin bütün günləri (istirahət günləri də daxil olmaqla) fasiləsiz, saat 20.00-dək fəaliyyət göstərəcək.
    27.09.12 Məqaləni oxumaq
     
    Medianın gücü onun məsuliyyətindədir
    Bu gün Bakıda keçirilən “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” adlı beynəlxalq konfrans öz işini davam etdirib. “KƏLAMİNFO” xəbər verir ki, konfransın ikinci günü panellərlə davam edib.

    Böyük Britaniya Milli Jurnalistlər İttifaqının eksperti Arjuman Vajid bildirib ki, Azərbaycan mediası Qərb mətbuatının səhvlərindən öyrənərək bunu təkrarlamamağa çalışmalıdır. Ekspert “Etik media mühitinin inkişafında jurnalist ittifaqlarının rolu” mövzusunda etdiyi təqdimatda Britaniyada jurnalist həmkarlar təşkilatlarının bayağı, qeyri-etik şəkillərlə və  məlumatlarla oxucu cəlb edilməsi ilə apardığı mübarizədən danışıb. A.Vajid deyib ki, medianın gücü onun məsuliyyətində, onun cəmiyyəti məlumatlandırması, ölkədəki cari durumun qiymətləndirməsindədir: “Medianın vəzifəsi həm qərar qəbul edən yuxarı idarəçilik orqanlarını cəmiyyətin problemləri barədə məlumatlandırmaq, həmçinin ölkənin bir hissəsində baş verən hadisələrlə digər hissədəki insanları məlumatlandırmaqdır”. O həmçinin bildirib ki, jurnalistlərin davranışlarını yoxlayarkən onların iş mühiti, onlara qarşı olunan təzyiqlərə fikir vermək lazımdır: “Jurnalistlərin azadlığa, kommersiya təzyiqindən qorunmağa ehtiyacı var”.
    26.09.12 Məqaləni oxumaq
     
    “Facebook”da prezidenti təhqir edib həbs olundu
    Türkiyə prezidenti Abdulla Gülü təhqir etdiyi üçün 52 yaşlı Əli Camal Ağırman barəsində məhkəmə 1 il 3 aylıq həbs qərarı çıxarıb. «KƏLAMİNFO» «Anadolu» agentliyinə istinadən xəbər verir ki, o, «Facebook» sosial şəbəkəsində prezidentin ünvanına təhqirlər yağdırıb. O bildirib ki, atdığı addımın cinayət olduğunu bilməyib və bu səbəbdən də azad olunmasını tələb edib. Lakin məhkəmə onu prezidenti təhqir etdiyi üçün həbs edib. Ağırmanı həmçinin baş nazir Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün də ittiham edirlər.
    26.09.12 Məqaləni oxumaq
     
    Suriya hakimiyyəti üsyançılara qarşı seksual zorakılıqlardan istifadə edir
    Suriya hakimiyyəti həbsdə olan üsyançılara qarşı seksual zorakılıqlardan istifadə edir. “KƏLAMİNFO” CNN-ə istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq müdafiə təşkilatı “Human rights Watch” bildirib. Keçmiş məhbuslar bildiriblər ki, həbsdə olan üsyançılara işgəncə verilir, onlar zorlanırlar. Bu həm kişilərə, həm də qadınlara qarşı törədilir.
    BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay bildirib ki, Suriya hökumətinə qarşı olan ittihamlar Beynəlxalq Cinayət Məhkəməsində araşdırılmalıdır.
    26.09.12 Məqaləni oxumaq
     
    “Təmiz Şəhər” ASC tullantıların idarə olunması sahəsində gəncləri maarifləndirir
    “Təmiz Şəhər” ASC “Təbiət Dostları” Gənclər İctimai Birliyinin “Yaşıl Həftə - 2012” kampaniyasında iştirak edib. ASC-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Təmiz Şəhər” ASC-nin  Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov “Yaşıl İçki” tədbirində tullantıların idarə olunması mövzusunda gəncləri məlumatlandırıb. “Tullantıların idarə edilməsi” mövzusuna həsr edilmiş görüşdə iştirakçılara tullantıların zərərsizləşdirilmə üsulları, ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlər və gənclərin bu sahədə rolundan bəhs edilib. Həmçinin, “Təmiz Şəhər” ASC-nin Balaxanı poliqonunun təkmilləşdirilməsi və müasir standartlara uyğun qurulması sahəsində gördüyü işlər, artıq sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun iş mexanizmi və ilin sonunda istismara veriləcək Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında geniş məlumat verilib.
    “Təmiz Şəhər” ASC-nin nümayəndəsi həmçinin tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və gəncləri ətraf mühitin mühafizəsi sahəsində daha aktiv fəaliyyətə çağırıb.
    26.09.12 Məqaləni oxumaq
     
    Arjuman Vajid: “Dünya mətbuatının gündəmində artıq Dağlıq Qarabağ problemi yoxdur”
    “Bu gün dünya ictimaiyyətinin, mətbuatının gündəmində artıq Dağlıq Qarabağ problemi yoxdur. Artıq dünya gündəmində əsas məsələ Suriya, ondan əvvəl Liviya və ondan da əvvəl İraq olub”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda keçirilən “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” adlı beynəlxalq konfransda Böyük Britaniya Milli Jurnalistlər İttifaqının eksperti Arjuman Vajid bildirib.

    O qeyd edib ki, baxmayaraq ki, Dağlıq Qarabağı o da əsl faciə, problem kimi qəbul edir, artıq Dağlıq Qarabağ əvvəlki kimi dünya ictimaiyyətinin gündəm mövzusu deyil: “Azərbaycanla yanaşı Pakistanda da belə problemlər var, amma orada da yerli mətbuatın səsinə dünyadan o qədər cavab gəlmir. Çünki dünyanın diqqəti indi ərəb ölkələrindədir. Biz dünya jurnalistlərini təəssüf ki, maddi təminat problemlərimiz maraqlandırır, ona görə də biz daha çox bu kimi mövzuları ön plana çəkirik. Elə mənim iki gün sonra Londonda iştirak edəcəyim konfransda da əsasən bu mövzu olacaq, ikinci yerdə də yəqin ki ərəb ölkələrində baş verənlər, orada jurnalistlərin yaşadığı təhlükələr olacaq”.
    26.09.12 Məqaləni oxumaq
     
    “ASAN Xidmət” mərkəzlərində həyata keçiriləcək xidmətlər açıqlandı
    Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən bir sıra xidmətlər həyata keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Agentliyin sədri İnam Kərimov bildirib.
    26.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Sen.2012
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930