Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2012
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    Mübariz Əhmədoğlu: “ABŞ münaqişəni Serj Sarkisyan vasitəsilə başlamaq istəyir”
    “Faktiki olaraq indiki şəraitdə Suriya erməniləri bu ölkədə ABŞ-ın maraqlarına xidmət edirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Suriya xristian icmasının Bəşər Əsədi dəstəkləyən bəyanatını erməni icmasının təkzib etməsi də bunu göstərir: “Digər tərəfdən, ABŞ-ın Serj Sarkisyana xüsusi münasibəti heç kimə sirr deyil. ABŞ-ın fikrincə, Sarkisyan Ermənistanı Rusiyadan qaçıra bilən yeganə şəxsdir. ABŞ sonu Rusiyanın Qafqaz regionundan sıxışdırılıb çıxarılması ilə nəticələnəcək münaqişəni Serj Sarkisyan vasitəsilə başlamaq istəyir”.
    05.09.12 Məqaləni oxumaq
     
    Konqresmen Dan Börton Azərbaycanda səfərdədir
    ABŞ konqresmeni Dan Börton Azərbaycanda səfərdədir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-ın Bakıdakı səfirliyindən veriblər. Börtonun Bakıda bir sıra görüşlər keçirməsi gözlənilir. Qeyd edək ki, Dan Börton İndiana ştatının 5-ci seçki dairəsindən ABŞ Nümayəndələr Palatasına seçilib. O, Respublikaçılar Partiyasının üzvüdür.
    05.09.12 Məqaləni oxumaq
     
    RİTN: Azərbaycan Prezidentinin saytı işlək vəziyyətdədir
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haker hücumlarına münasibət bildirib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, son bir neçə gündə ermənilər tərəfindən müxtəlif texnoloji üsullarla Azərbaycanın dövlət orqanlarının, informasiya agentliklərinin, əyləncə saytlarının fəaliyyətinə əngəllər yaratmağa, onu dayandırmağa, həmçinin məzmununa müdaxilə etməyə cəhdlər göstərilir. Ermənilər törətdikləri bu qeyri-qanuni əməlləri öz kütləvi informasiya vasitələrində açıq-aşkar etiraf edir və qürrələnirlər. Hətta yalan məlumat yayaraq ölkə başçısının saytına müdaxilə olunduğunu da bildirirlər. Lakin qeyd edirik ki, bu, aşkar yalandır və Azərbaycan Respublikası Prezidentinin saytı tamamilə işlək vəziyyətdədir və olunan bütün həmlələr dəf edilib. Az sayda digər qurumların saytlarına baş vermiş müdaxilələr isə qısa bir zamanda aradan qaldırılıb və edilən həmlələrin qarşısının alınması üçün tədbirlər görülüb.
    05.09.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat Pakistana gedir
    Bu gün Milli Məclisin deputatı İlham Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) Parlament Forumunun yaradılması ilə əlaqədar keçiriləcək müzakirələrdə iştirak etmək üçün Pakistana gedib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. İslamabad şəhərində keçiriləcək toplantıya 10 müsəlman dövlətinin - Türkiyə, İran, Əfqanıstan, Pakistan, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın nümayəndələri qatılacaq. Deputatımız müzakirələrdə fəal iştirak edəcək, yeni yaradılacaq Parlament Forumu ilə bağlı fikirlərini bildirəcək.
    04.09.12 Məqaləni oxumaq
     
    Azərbaycanın İordaniyaya təyin olunmuş səfiri etimadnaməsini Kral II Abdullaha təqdim edib
    Azərbaycanın İordaniya Haşimilər Krallığına yeni təyin olunmuş səfiri Sabir Ağabəyov Basman sarayında etimadnaməsini Kral II Abdullaha təqdim edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevin iordaniyalı həmkarına səmimi salamlarını çatdıran səfir hər iki ölkə başçısı arasındakı səmimi dostluq münasibətləri sayəsində Azərbaycan-İordaniya əlaqələrinin sürətlə inkişaf etməsindən danışıb. Öz növbəsində, Azərbaycan prezidenti və yaxın dostu İlham Əliyevə səmimi salamlarının və xoş arzularının çatdırılmasını xahiş edən Kral II Abdullah ölkəmizin yeni səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı S.Ağabəyov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) cari il oktyabrın 16-da Bakıda keçiriləcək 12-ci sammitində iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən İordaniya Kralına ünvanlanmış dəvət məktubunu Kral II Abdullaha təqdim edib. Görüşdə səfirliyin müşaviri Hüseyn Rəhimli, Kral Divanının rəhbəri Riyad Əbu Kərəki və İordaniyanın xarici işlər naziri Nasir Cudeh iştirak ediblər.
    04.09.12 Məqaləni oxumaq
     
    ABŞ İsrailin İrana qarşı hücumlarına müdaxilə etməyəcək
    Ağ Evin bildirdiyinə görə, İsrail və ABŞ İranı nüvə silahı proqramından çəkindirmək səylərini davam etdirəcək. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Cey Karni bunları İsrail qəzetində çıxan məlumata münasibət bildirərkən deyib. Qəzet yazıb ki, İsrail İrana hücum etsə,Vaşinqton buna müdaxilə etməyəcək. “Yediot Ahronot” qəzeti ABŞ-ın İrana iki avropalı diplomat vasitəsi ilə mesaj yolladığını yazıb. Məlumatda deyilir ki, İran Amerikanın İran körfəzindəki maraqlarına hücum etmədiyi təqdirdə İsrailin Tehranın nüvə obyekrlətinə qarşı hücumları Amerika tərəfindən dəstəklənməyəcək. Karni prezident Obamanın mübahisələrin diplomatiya yolu ilə həllinə hələ də vaxt olduğuna inandığını deyib. Lakin o bildirib ki, bu imkan daimi deyil.
    04.09.12 Məqaləni oxumaq
     
    Bakı Ali Neft Məktəbinə abituriyentlər yüksək maraq göstəriblər
    ARDNŞ-in yeni yaradılan Bakı Ali Neft Məktəbinə (BANM) abituriyentlər yüksək maraq göstəriblər. Bunu keçirdiyi mətbuat konfransında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib. O qeyd edib ki, respublika üzrə I qrupda test imtahanlarında 600-dən çox bal toplayan 234 abituriyentin 115-i BANM-ə qəbul olub. Ümumiyyətlə, ali məktəb üzrə elan edilən hər müsabiqə yerinə 13 abituriyent ərizə verib. Qəbul olanlardan 23-ü rus, 98-i Azərbaycan bölməsinin tələbələridir. Tələbələr içərisində 31 nəfəri qızlardır. Onun sözlərinə görə, orta məktəbi medalla bitirən 138 nəfərdən 11-i bu məktəbin tələbəsi adına layiq görülüb. Dövlət sifarişi ilə “Neft-qaz mühəndisliyi” ixtisası üzrə elan edilən 45 yerin 44-ü , “Kimya mühəndisliyi” ixtisası üzrə 52 yerin hamısı BANM-nin tələbələridir. Ali məktəbə daxil olanların sırasında Bakı (78 nəfər), Sumqayıt (8 nəfər), Naxçıvan (6 nəfər) şəhərlərinin və bir çox rayonların (Şirvan-4, Ağdaş-3, Quba-2) məktəb və liseylərinin məzunları olub.
    04.09.12 Məqaləni oxumaq
     
    Ermənistan hökuməti Avropa Məhkəməsinin üç sualına cavab verməli olacaq
    Sentyabrın 11-nə kimi Ermənistan hökuməti Avropa Məhkəməsinin Ermənistanda 2008-ci il fevralın 19-da keçirilən prezident seçkiləri ilə bağlı üç sualına cavab verməli olacaq. “KƏLAMİNFO” xəbər verir ki, “Aykakan Jamanak” qəzeti yazır ki, birinci məsələ prezidentliyə namizəd olmuş Levon Ter-Petrosyanın azadlığının məhdudlaşdırılması ilə bağlıdır. İkinci məsələ martın 1-də keçirilən mitinqin dağıdılmasının qanuni olub-olmaması ilə bağlıdır. Üçüncü məsələ Petrosyanın ev dustağı edilməsi ilə bağlıdır. “Yəni Avropa Məhkəməsi sırf 2008-ci il 1 mart hadisələrini araşdıracaq” - deyə nəşrdə göstərilib.
    04.09.12 Məqaləni oxumaq
     
    TQDK bir qrup tələbəyə əlavə vaxt verdi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəbə qəbul olan bir qrup tələbəyə qeydiyyatdan keçmək üçün əlavə vaxt verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Qeydiyyatdan keçməyən bütün abituriyenlərə möhtlət verilməyəcək. Yalnız üzrlü səbəbdən daxil olduqları universitetlərdə qeydiyyatdan keçməyən abituriyentlər sentyabrın 5-dək qeydiyyatdan keçə bilərlər. Cari tədris ili üçün ali məktəblərə I mərhələdə qəbul olmuş abituriyentlərin 96,6 faizi qeydiyyatdan keçib.
    04.09.12 Məqaləni oxumaq
     
    SAM-ın eksperti Koreyada məruzə ilə çıxış edəcək
    SAM-ın əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlı Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun prezidenti Vuk Çaenin dəvətilə sentyabr ayının 6-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində səfərdə olacaq. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, V.Qasımlı Seulda "Koreya və Mərkəzi Asiya ölkələri arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi və iqtisadi əməkdaşlığın gələcək perspektivləri" mövzusunda məruzə ilə çıxış edəcək. SAM ekspertinin məruzəsi Azərbaycan-Koreya iqtisadi əməkdaşlığına həsr olunacaq. Qeyd edək ki, Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun təşəbbüsü ilə sözügedən konfrans hər il keçirilir. Konfransda Orta Asiya və Koreyanın əsas beyin mərkəzlərinin rəhbərləri iştirak edirlər. Bu ildən Azərbaycan ilk dəfə olaraq konfransda təmsil olunacaq.
    04.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « Sen.2012
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930