|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
Zakir Qaralov: Bəzi qüvvələrin qərəzli və ucuz sensasiya yaratmaq cəhdləri Azərbaycanın inkişafına heç bir maneə ola bilməz
|
“Dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında əldə edilmiş və dünya birliyi dövlətləri tərəfindən də birmənalı şəkildə qəbul edilən köklü islahatlar və onların real nəticələri, dayanıqlı ictimai siyasi sabitliyin bərqərar olduğu demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşdırılması, ölkənin yüksələn xətt üzrə mütərəqqi inkişafı müxalifətyönümlü bəzi destruktiv qüvvələri ciddi narahat edir və onların xəyallarını heçə endirir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
|
20.09.12 Məqaləni oxumaq
|
|
|
BMT-nin baş katibi dünya liderlərini qınadı
|
BMT-nin baş katibi Pan Ki Mun 67-ci sessiyadan əvvəl mətbuat nümayəndələri ilə görüşüb. Munun gündəliyindəki əsas məsələlər müsəlmanları təhqir edən film və Suriya olub. Baş katib iki il əvvəlki karikatura böhranını xatırladaraq yenə də eyni şeyin edildiyini deyib və bunun utancverici, tərbiyəsizcəsinə bir davranış olduğunu vurğulayıb: “Yenə insanların dəyərlərinə, inanclarına hücum edərək provokasiyaya çəkməyə çalışırlar. Dünyadakı bütün insanların, icmaların, xalqların inanclarına, dəyərlərinə, mədəniyyət və tarixinə hər kəs dərindən hörmət etməlidir”. Mun müsəlmanları təhqir edən filmə reaksiya verməyənləri də qınayıb. BMT-nin 193 üzvünün olduğunu xatırladan Ban Ki Mun: "Bir haqsızlıq, hörmətsizlik, qeyri-tolerantlıq olunca bütün dünya liderləri reaksiya verib birlikdə olduqlarını göstərməlidirlər” deyib.
|
20.09.12 Məqaləni oxumaq
|
|
|
Gürcüstanda həbsxana qalmaqalı sakitləşdirilir
|
Gürcüstan hakimiyyət orqanları cəzaların icra edilməsi departamentinə, eləcə də 8 saylı Qldan həbsxanasına yeni rəhbər təyin ediblər. “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, bunu Gürcüstan hökumətinin aparat rəhbəri Şota Utişvili bildirib: “Cəzaların icra edilməsi departamentinin rəhbəri Qiorqi Lordkipianidze təyin edilib. Eləcə də 8 saylı həbsxanaya da rəis təyin edilib”. Qeyd edək ki, qalmaqallı həbsxananın rəhbəri artıq həbsdədir.
|
20.09.12 Məqaləni oxumaq
|
|
|
Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
|
Sentyabrın 19-20-si tarixlərində AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Cavid Qasımov Kayseri şəhərində yerləşən Nuh Naci Yazgan Universiteti tərəfindən təşkil edilən “Qadınların əxilikdə rolu” II Beynəlxalq simpoziumunda iştirak edib. Məlumatı “KƏLAMİNFO”ya Şərqşünaslıq İnstitutundan veriblər.
|
20.09.12 Məqaləni oxumaq
|
|
|
Böyük Britaniya Parlamentinin üzvü: “Ermənistanın hədələri Cənubi Qafqazda mövcud gərginliyi daha da artıra bilər”
|
“Ermənistan hökumətinin Ramil Səfərov məsələsi ilə bağlı sonuncu müharibə hədələri Cənubi Qafqazda mövcud gərginliyi daha da artıra bilər”. Avropa Azərbaycan Cəmiyyətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu bəyanatla Böyük Britaniya Parlamentinin İcmalar və Yerli Hökumət komitəsinin üzvü, deputat Bob Bləkmən çıxış edib. Bəyanatda bildirilir ki, regionda vəziyyəti alovlandırmaq istəyənlər Səfərovun azad olunması məsələsindən sui-istifadə edirlər: “Lakin biz yadda saxlamalıyıq ki, Ramil Səfərovun ekstradisiyası Avropa Birliyi qanunvericiliyi çərçivəsində həyata keçirilib. Münaqişənin daha da alovlanmasından hər bir cəhdlə qaçmaq lazımdır və hər iki tərəf birgə masa arxasına keçməli, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə əsasən, sülh danışıqlarına başlamalıdır”.
|
20.09.12 Məqaləni oxumaq
|
|
|
Peşə bayramı günündə 96 neftçiyə yeni mənzil verilib
|
Neftçilər günü münasibəti ilə Bakının Badamdar qəsəbəsində, Əziz Nəzərov küçəsi 76 ünvanında ev növbəsinə dayanmış neftçilər üçün tikilmiş iki bloklu 96 mənzilli yaşayış binası istifadəyə verilib. ARDNŞ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri binaya gələrək, mənzillərdə yaradılmış şəraitlə tanış olublar. R.Abdullayevə məlumat verilib ki, binanın tikintisini ARDNŞ-nin də təsisçisi olduğu “Neftçi” Mənzil Tikinti Kooperativi həyata keçirib. Bina 13 mərtəbədən və 96 mənzildən ibarətdir. Mənzillərdən 60-ı 3 otaqlı, 36-sı isə iki otaqlıdır. Mənzillər tam təmir olunmuş və mətbəx mebeli ilə təmin edilib. Qarşıdakı illərdə Bibiheybətdə 1200 neftçi ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni şəhərcik salınacağını bildirən ARDNŞ prezidenti R.Abdullayev evlə təmin olunan neftçilərə mənzillərin açarlarını təqdim edib.
|
20.09.12 Məqaləni oxumaq
|
|
|
Əhalinin sosial müdafiəsi mərkəzlərinin əksəriyyəti elektron imza ilə təmin edilib
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrində də müvafiq əməkdaşların elektron imza ilə təmin edilməsi işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatı üzrə artıq 11 nəfər (rəhbərlik, şöbə müdirləri və sektor müdirləri) elektron imza sertifikatı ilə təmin olunub.
|
20.09.12 Məqaləni oxumaq
|
|
|
Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq
|
Azərbaycanın Misirdəki səfirliyi və Afrika İttifaqı yanında müşahidə missiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 23-29 sentyabr tarixlərində Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Misirdəki səfirliyimizdən veriblər. Bu səfərdə Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Cənubi Afrika Respublikası, Qabon, Ruanda, Zimbabve, Mozambik, Zambiya, Liberiya, Nigeriya, Qambiya və Qabonun nümayəndələrindən ibarət 19 nəfər iştirak edəcək.
|
20.09.12 Məqaləni oxumaq
|
|
|
“Avropa Parlamentinin qətnaməsi münasibətlərin ruhuna uyğun deyil”
|
“Ermənistanda separatizm, terrorizm dövlət siyasəti olsa da, çox təəssüf ki, bu siyasəti açıq-aşkar həyata keçirən dövlətə qarşı nə Avropa Şurası, nə də Avropa Parlamenti heç bir reaksiya verir. Ancaq Azərbaycan beynəlxalq konvensiyaya və ölkə qanunvericiliyinə uyğun olaraq Ramil Səfərovu əfv etməsi nədənsə birdən-birə Avropa Parlamentində qıcıq yaratdı”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirib.
|
19.09.12 Məqaləni oxumaq
|
|
|
Bahar Muradova: “Jirinovski, liberallıq heç də simasızlıq demək deyil”
|
«Görünən odur ki, Jirinovski erməni oliqarxlarını Ermənistan ordusunun güclənməsi üçün yardımları artırmağa çağırarkən özünü də unutmayıb». “KƏLAMİNFO” xəbər verir ki, bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova özünün «Facebook» səhifəsində bildirib.
B.Muradova qeyd edir ki, çünki o, elə növbəti fikirlərində onları xəsislikdə ittiham edir və eləcə də erməni xalqına hər zaman dəstək olduğunu və bundan sonra da olacağını bəyan etməklə yanaşı, özünü də yaddan çıxarmamalarını və dəstək vermələrini xahiş edir. «Burada xoruzun quyruğu aydın görünür. "Cənab" kloun siyasətçi (P.S. həmkarım Z.Əsgərova təşəkkür edirəm), yoxsa Qudkovdan sonra sizin də maliyyə mənbələrinizin nəzarət altına alınacağından qorxursunuz? Odur ki, indidən qaranlıq gələcəyinizə erməni oliqarxlarının çirkli pul yardımları ilə işıq salmaq istəyirsiniz?
|
19.09.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|