|
Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
Polyaklar ölkəmizdə öz izləri ilə infotura çıxacaq
|
“Azərbaycanda polyak izləri” axtarılacaq. “KƏLAMİNFO”nun xəbərinə görə, ölkəmizdə bu istiqamətdə infotur həyata keçirmək məqsədilə Polşanın turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 10 nəfərlik heyət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycana səfər edib. Səfərin məqsədi Azərbaycanın turizm imkanlarını ilk dəfə olaraq Polşadan olan turizm şirkətləri və kütləvi informasiya vasitələrinə tanıtmaqdan ibarətdir.
İnfotur çərçivəsində paytaxt Bakı ilə yanaşı, İsmayıllı və Qəbələ rayonlarına da səfərlər təşkil olunacaq.
|
11.09.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda 9-cu sinif şagirdləri üçün keçirilən payız imtahanının nəticələri açıqlandı
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9-cu siniflər üzrə sentyabrın 9-da keçirilmiş payız imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Payız imtahanında iyun ayında keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyənlər və ya imtahanda iştirak edib, bir və ya iki fəndən müvəffəq qiymət ala bilməyən 9-cu sinif şagirdləri iştirak ediblər. Payız imtahanında 28000-dən çox şagirdin iştirak edib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı (30 riyaziyyat, 30 Azərbaycan dili) təqdim edilib. Bundan əlavə şagirdlərə təqdim edilmiş mövzu üzrə yazı işi də yerinə yetirilib. Ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alıblar. Nəticələr TQDK-nın rəsmi internet saytında (http://tqdk.gov.az/ortamekteb2012net9_p/) yerləşdirilib. Şagirdlər 7727 nömrəsinə SMS göndərməklə də öz nəticələrini öyrənə bilərlər.
|
11.09.12 Məqaləni oxumaq
|
|
|
ADP namizədini irəli sürməyə tələsmir
|
Azərbaycan Demokrat Partiyası (ADP) qarşıdan gələn president seçkilərində hansı formada iştirak etməsi ilə bağlı hələ qərar verməyib. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında partiya sədri Sərdar Cəlaloğlu bildirib. O qeyd edib ki, çox güman ki, ADP Azərbaycanda bu məsələ ilə bağlı ən son qərar verən partiya olacaq: “Hələ ki partiyada hamı öz mövqeyini bildirməyib, hamı öz mövqeyini bildirəndən sonra partiya olaraq bu barədə qərar verəcəyik. Biz elə hesab edirik ki, tələsik öz namizədini irəli sürmək, hansısa qərarlar vermək müxalifətin bir araya gəlməsində ən çox əngəl olan məsələlərdən biridir”.
S.Cəlaloğlu deyir ki, əgər doğrudan da müxalifətin bir araya gəlmək şansı tükənəcəksə, o zaman ADP öz mövqeyini ortaya qoyacaq: “Amma istənilən halda bu və ya digər formada prezident seçkilərində iştirak edəcəyik”.
Qeyd edək ki, 2013-cü il oktyabrın 16-da Azərbaycanda növbəti prezident seçkiləridir.
|
11.09.12 Məqaləni oxumaq
|
|
|
Şahmar Mövsümov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb
|
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib. ARDNF-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib.
Görüşün sonunda Ş.Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.
|
11.09.12 Məqaləni oxumaq
|
|
|
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək
|
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 12-də Azərbaycanın Göygöl rayonunun Ömər dağ keçidindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Xristo Xristov keçirəcəklər.
|
11.09.12 Məqaləni oxumaq
|
|
|
Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət yenidən gərginləşib
|
Cəbhədə vəziyyət yenidən gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk və Berd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan kəndində, Füzuli rayonunun işğal olunmuş Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub.
Düşmən cavab atəşi ilə susdurulub.
|
11.09.12 Məqaləni oxumaq
|
|
|
Avropalı deputatlar Ermənistanın mövqeyinə etiraz edirlər
|
Almaniya Bundestaqının və Böyük Britaniya Lordlar Palatasının üzvləri rəsmi İrəvanın azərbaycanlı zabit Ramil Səfərovun əfv olunması ilə bağlı tutduğu mövqeni kəskin pisləyiblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Avropa Azərbaycan Cəmiyyətindən veriblər.
Almaniya Bundestaqının deputatı, Xristian Demokrat Partiyasının üzvü Olav Gutting Ramil Səfərovun Azərbaycana qaytarılması ilə əlaqədar Ermənistanın mövqeyinə etirazını bildirib. O.Gutting hesab edir ki, ekstradisiyanın Avropa hüquq müstəvisində qanuniliyinə heç bir şübhə yoxdur: “Odur ki, Ermənistan hökumətini, eləcə də erməni diasporunu tərəfdaşımız olan Macarıstana qarşı tənqid tonunu azaltmağa səsləyirik. Ermənistan tərəfinin Macarıstanın beynəlxalq hüququ pozmasına dair iddialarının, sadəcə yanlış və səbatsız olduğu sübut oluna bilər. Macarıstan səfirlikləri qarşısında nümayişlərə çağırış növbəti iğtişaşlara təhrik edəcək ki, bu da nə etibarın artırılmasına, nə də Ramil Səfərovun Azərbaycana ekstradisiyasının obyektiv qiymətləndirilməsinə nail olmaq üçün əlverişli yoldur. Odu daha da alovlandırmaq əvəzinə, Ermənistan bu ekstradisiyanın qanuniliyini tanımalı və danışıqlar masasına yenidən qayıtmalıdır”.
|
11.09.12 Məqaləni oxumaq
|
|
|
Sumqayıtın yeni simvolu necə olacaq?
|
Avqustun 21-də Sumqayıtın giriş hissəsindəki simvol söküldü. Söhbət üzərində göyərçin qanadları olan 15 ədəd üst-üstə qoyulmuş və aşağıdan yuxarıya doğru spiral şəklində burulan daş plitələrdən ibarət 13 metrlik abidədən gedir. Abidənin sökülməsinə səbəb onun betondan hazırlandığı, artıq keyfiyyətini itirdiyi və yenilənmiş versiyası ilə əvəz olunmasının vacibliyi göstərildi.
“KƏLAMİNFO” verdiyi xəbərə görə, yenisi ilə əvəzlənən simvol artıq hazırdır və hazırda tamamlama işləri görülür. Yeni simvol Sumqayıt Texnologiyalar Parkında hazırlanıb, üzəri isə xromdandır. İşçilərin verdiyi məlumata görə, işlər demək olar ki, yekunlaşıb. Bəzi yerlərdə qaynaq işləri aparılır. Uzunluğu 18-20 m olan simvola 3 daş əlavə olaraq artırılıb. Burada 12 işçi, 1 texnika fəaliyyət göstərir.
|
11.09.12 Məqaləni oxumaq
|
|
|
Samir Şərifov və Elmar Rüstəmov İsveçrə qrupunun illik görüşündə iştirak ediblər
|
Maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov İsveçrənin Montro şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında (DB) Azərbaycan Respublikasının təmsil olunduğu İsveçrə qrupunun illik görüşündə iştirak ediblər. Maliyyə Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, İsveçrə qrupunun yaranmasının 20 illiyi münasibəti ilə keçirilən geniş iclasda qrupda təmsil olunan ölkələr- İsveçrə, Azərbaycan, Polşa, Serbiya, Qazaxıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib. Eyni zamanda, nümayəndə heyəti “Maliyyə böhranının uzunmüddətli nəticələri” adlı seminarda da iştirak edib.
|
11.09.12 Məqaləni oxumaq
|
|
|
Obamanın kortejini müşayiət edən polis serjantı həlak olub
|
ABŞ-ın Florida ştatında prezident Barak Obamanın kortejini müşayiət edən bir polis serjantı həlak olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, polis məmurunun motosikleti mikroavtobusla toqquşub. Qəza Obamanın Floridada çıxdığı turunun ikinci günündə olub. Ağ Ev sözçüsü Cey Qarni Obamanın qəzanı görmədiyini, ancaq hadisə ilə bağlı məlumatlandırıldığını qeyd edib.
|
11.09.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|