“Turizm haqqında” qanun layihəsinə bəzi əlavələr edilib
|
Azərbaycanda turizmin inkişafı və normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi mütəxəssislərimiz tərəfindən hazırlanıb və ictimai müzakirəyə təqdim olunub. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, layihə beynəlxalq turizm qanunlarına uyğunlaşdırılması məqsədilə tərcümə edilərək BMT-nin Ümumdünya Turizm Təşkilatına göndərilib: “ÜTT-nin ekspertlərinin rəyini nəzərə alaraq layihəyə müvafiq əlavələr olunub. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, yerli hüquqşünaslarla birgə yeni qanunla bağlı işin tamamlanması məqsədilə Ümumdünya Turizm Təşkilatının ekspertlərinin Azərbaycana dəvət olunması nəzərdə tutulub”.
|
29.09.12 Məqaləni oxumaq
|
|
|
Asim Mollazadə ABŞ səfirinin müşaviri ilə görüşüb
|
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ səfirinin siyasi işlər üzrə müşaviri Fanta Orla görüşüb. DİP-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi durum, Azərbaycan-ABŞ münasibətləri, regiondakı vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları müzakirə olunub.
A.Mollazadə Fanda Ora partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
|
29.09.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov BƏƏ və Dominikanın xarici işlər nazirləri ilə görüşüb
|
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Dominikanın axrici işlər nazirləri ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
E.Məmmədyarovun BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed Əl Nahyan ilə görüşündə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti məmnunluqla qeyd olunub və gələcəkdə daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
|
29.09.12 Məqaləni oxumaq
|
|
|
Gülər Əhmədovayla bağlı yayılan videomaterial üzrə cinayət işi açılıb
|
Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən “KƏLAMİNFO”a verilən məlumata görə, qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
|
29.09.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov həmsədrlərlə danışıqlardakı durğunluğu müzakirə edib
|
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Nazirlikdən “KƏLAMİNFO”a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən Ermənistan Respublikasının silahlı qüvvələrinin hələ də çıxarılmaması nəticəsində rəsmi Yerevanın birbaşa günahı ucbatından yaranmış durğunluq vəziyyəti müzakirə edilib.
Nazir Elmar Məmmədyarov Ermənistan tərəfinin status-kvonu saxlaması üçün bütün hiylə və bəhanələrə əl atdığını bildirib. Həmsədrlər öz ölkələrinin prezidentlərinin verdiyi bəyanatları bir daha təsdiq edərək, hazırkı status-kvonun qəbul edilməz olduğunu vurğulayıblar.
|
28.09.12 Məqaləni oxumaq
|
|
|
Yaqub Mahmudov elmi ezamiyyətdə olub
|
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov və institutun bir qrup əməkdaşı növbəti elmi ezamiyyətdən qayıdıblar. Tarix İnstitutundan “KƏLAMİNFO”ya verilən məlumata görə, bu günlərdə Şəkiyə səfər edən professor Yaqub Mahmudov Mirzə Fətəli Axundzadənin 200 illik yübileyi ilə əlaqədar beynəlxalq elmi simpoziumda və Şəkinin 2700 illiyinə həsr olunan bayram tədbirlərində iştirak edib.
Səfər Y.Mahmudov tədbirlərdə Azərbaycan tarixində Mirzə Fətəli Axundzadənin rolu, Şəkinin tarixi və qədim mədəniyyəti haqqında məruzələrlə çıxış edib. Y.Mahmudov çıxışında bildirib ki, Şəki tarixən Azərbaycanın şimalı-qərbində dövlətçiliyimizin dayağı, mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəz olub.
|
28.09.12 Məqaləni oxumaq
|
|
|
Madriddə parlament binası qarşısında etiraz aksiyaları davam edir
|
İspaniyanın paytaxtı Madriddə parlament binası qarşısında etiraz aksiyaları davam edir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, rəsmi məlumata görə, gecə etiraz aksiyasında 2500 adam iştirak edib.
Srağagün polis aksiyaçılara qarşı sərt tədbirlər görmüş, nəticədə 27-si polis olmaqla 64 nəfər yaralanmışdı. Çoxlu sayda saxlanılan olub. Aksiyaçılar hökumətin yeni kəskin iqtisadi tədbirlər planına, iş yerlərinin ixtisarlarına etiraz edirlər.
|
28.09.12 Məqaləni oxumaq
|
|
|
ATİ-də Beynəlxalq Turizm Gününə həsr olunmuş tədbir keçirilib
|
Azərbaycan Turizm İnstitutunda (ATİ) Beynəlxalq Turizm gününə həsr olunan “Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu” mövzusunda konfrans keçirilib. İnstitutdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbir həmçinin 2013-cü ilin mayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq formuna hazırlıq məqsədilə baş tutub. Konfransda ATİ-nin rektoru Cəfər Cəfərov və Dialoq Avrasiya Platformunun (DAP) Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı çıxışlarında davamlı turizmdə hər kəsin bir öhdəliyi olduğunu xüsusi qeyd ediblər.
Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu mövzusuna həsr olunan konfransda BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəsinin müavini Vəfa Səfərli, Çağ Ögretim işlətmələri idarə heyətinin sədri Dr.Enver Özerin, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri Seyit Ahmet Arslan, ATİ-nin dekanı Nəsirulla Nəsirli, İnstitutun dosenti Minaxanım Əsədova məruzə ilə çıxış ediblər.
|
28.09.12 Məqaləni oxumaq
|
|
|
Ermənistanın xarici işlər naziri həmsədrlərlə görüşüb
|
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. “KƏLAMİNFO” “Novosti Armeniya”ya istinadla verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair məsələlər müzakirə olunub. Görüş zamanı həmsədrlər ölkələrinin münaqişənin sülh yolu ilə həllinə dair mövqelərini bir daha bildiriblər.
|
28.09.12 Məqaləni oxumaq
|
|
|
Suriya qaçqınlarının sayı 700 min nəfərə çata bilər
|
İlin sonunadək Suriya qaçqınlarının sayı 700 min nəfərə çata bilər. Bunu BMT-nin qaçqınlar üzrə idarəsinin ali komissarı deyib. “KƏLAMİNFO” “Röyters”ə istinadən xəbər verir ki, o, hazırda İordaniya, İraq, Livan və Türkiyədə 300 minədək qaçqın olduğunu bildirib.
BMT-nin baş katibi Pan Qi Mun isə xəbərdarlıq edib ki, əgər həll yolu tapılmasa, Suriya böhranı böyük regional münaqişəyə çevrilə bilər. Qeyd edilib ki, Rusiya ilə Çin indiyədək Təhlükəsizlik Şurasında Suriya ilə bağlı 3 qətnamə layihəsinə veto qoyublar.
|
27.09.12 Məqaləni oxumaq
|
|
|
|