Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2012
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    “Qarabağ dərsləri” adlı kitabın təqdimatı keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ dərsləri” adlı kitabın təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, kitabın təqdimatında “İnam” Plüralizm Mərkəzinin həmsədri İlahə Rafaelqızı bildirib ki, təmsil olunduğu qurum QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə layihə həyata keçirib. Onun sözlərinə görə, layihənin ilk mərhələsində Ağdam və Xocavənd məktəbliləri arasında “Qarabağ mənim xəyallarımda” adı müsabiqə elan edilib. Müsabiqədə beş məktəbdən 104 şagirdin iştirak etdiyini diqqətə çatdıran qeyd edən İ.Rafaelqızı bildirib ki, jurnalistlərdən ibarət münsiflər heyəti şagirdlər arasından 12 nəfərin yazısını seçib. Layihənin ikinci mərhələsində isə Qarabağ mövzusundan yazan jurnalistlərə yazı sifariş verilib. İ.Rafaelqızı deyib ki, bütün yazılar sonda “Qarabağ dərsləri” adlı kitabda toplanıb.
    03.09.12 Məqaləni oxumaq
     
    Bakı Ali Neft Məktəbi loqotipinin hazırlanması üzrə müsabiqə elan edir
    Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi (BANM) öz loqotipinin hazırlanması üzrə müsabiqə elan edir. ARDNŞ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, hazırlanacaq loqotipdə BANM-in Azərbaycan ali təhsil sisteminə yenilik gətirməsi, ölkənin zəngin neft sənayesi təcrübəsinə əsaslanan və müasir dünya standartlarına cavab verəcək şəffaf və yüksək keyfiyyətli təhsil vermək niyyətləri öz əksini tapmalıdır. Loqotiplə bərabər, həm ali məktəbin internet saytının, digər tanıtım materiallarının, həm də rəsmi sənədlərinin dizaynında istifadə ediləcək və yuxarıda qeyd edilən şərtlərə əsaslanan rəsmi rənglərin də versiyaları təqdim edilməlidir.
    03.09.12 Məqaləni oxumaq
     
    Asim Mollazadə beynəlxalq İqtisadi Forumda Azərbaycanı təmsil edəcək
    Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Krınisa şəhərində keçiriləcək XXII İqtisadi Forumda iştirak etmək üçün Polşaya gedib. DİP-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, A.Mollazadə forumda “Şərq tərəfdaşlığı, Şərq Tərəfdaşlığı regionundakı münaqişələrin həllinə necə kömək edə bilər?” və “Türkiyə və Orta Şərq, yoxsa Türkiyə və Avropa Birliyi” mövzularında çıxış edəcək. Birinci mövzu ilə bağlı son 20 ildə Şərq Tərəfdaşlığı ölkələrindəki, həmçinin Cənubi Qafqazdakı ağrılı münaqişələr, hər il bu münaqişələrdə ölənlərin sayının artması və onlardan tez-tez beynəlxalq siyasətdə alət kimi istifadə olunması, bu münaqişələrin həlli yollarının tapılması, BMT ilə ATƏT-in əməkdaşlığının bu regionda sabitliyin möhkəmləndirilməsinə necə təsir göstərəcəyi, sülhün təmin olunması üçün hansı mexanizmlərdən istifadə olunması ətrafında fikir mübadiləsi aparılacaq.
    03.09.12 Məqaləni oxumaq
     
    İqbal Ağazadə: “Bizim xüsusi təkliflərimiz olacaq”
    “Əgər iqtidarla müxalifətin dialoqu baş tutarsa, bizim partiyanın xüsusi təklifləri olacaq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirib. O qeyd edib ki, bu dialoq vacibdir və Azərbaycan cəmiyyətinin həll edə bilmədiyi bütün məsələlər bu dialoqda müzakirəyə çıxarılmalıdır. Onun sözlərinə görə iqtidar-müxalifət dialoqunda müzakirəyə çıxarılacaq məsələləri kateqoriyalara bölmək düzgün deyil: “Burada müzakirə ediləcək məsələlərə qeyri-ümummilli və ya ümummilli məsələ kimi yanaşmaq dialoq təklifinin reallaşmasına müsbət təsir göstərməyə bilər”. O bildirib ki, Azərbaycanda ümummilli məsələ tək Qarabağ problemi deyil.
    03.09.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı jurnalistlər Suriya hakimiyyətinə müraciət etdi
    Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi Suriyada həbs edilən Türkiyədən olan fotomüxbir (TRT) Cüneyt Ünalın dərhal azad buraxılması çağırışı ilə bağlı bəyanat verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya təşkilatdan veriblər. Bəyanatda bildirilir ki, təxminən on gün müddətində Cüneyt Ünaldan heç bir xəbər olmayıb, bunun ardından isə jurnalist telekanallara çıxarılaraq danışdırılıb.
    03.09.12 Məqaləni oxumaq
     
    Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov vəfat edib
    Ötən gecə Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov uzun sürən xəstəlikdən sonra 64 yaşında vəfat edib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb. Onun dəfni Tacikistanda baş tutacaq və bununla əlaqədar olaraq onun cənazəsi tezliklə Düşənbəyə göndəriləcək. Z. Vazirov insult keçirmişdi və Bakıdakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. O 1948-ci ildə anadan olub. 2005-2007-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycana səfir göndərilib.
    03.09.12 Məqaləni oxumaq
     
    Məcburi köçkünlər üçün Abşeronda 180 hektar torpaq sahəsi ayrılıb
    Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Abşeron rayonu, Qobu bələdiyyəsinin mülkiyyətində olan ərazidən 180 hektar torpaq sahəsi ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı baş nazir Artur Rasi-zadə sərəncam imzalayıb. Sərəncama əsasən, həmin həə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilərək, yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilib. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Abşeron rayonu, Qobu bələdiyyəsinin Abşeron Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifləri qəbul edilib.
    03.09.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Ramil Səfərovun azadlığa çıxması qətiyyətin, cəsarətin və ədalətin təntənəsidir”
    «Prezident İlham Əliyevin Ramil Səfərovun əfv edilməsi haqqında sərəncamını mən qətiyyətin, cəsarətin və ədalətin təntənəsi adlandırmaq istəyirəm. Hesab edirəm ki, bütün Azərbaycan xalqı bu fikirdədir”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri yap.org.az saytına açıqlamasında YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov deyib. YAP-ın sədr müavini qeyd edib ki, Ramilin azadlığa çıxması Qarabağın azadlığının müjdəsi olacaq. “Çünki Ramil Səfərovun taleyi ilə Qarabağın taleyində bir oxşarlıq var: həm Qarabağ, həm də Ramil təxribatın qurbanları olublar. Biri işğal olub düşmən tapdağı altındadır, digəri isə neçə il idi azadlıqdan mərhum olmuşdu. Ramil azadlığa qovuşdu, növbədə Qarabağın azadlığıdır. İnşallah, bir gün də hörmətli Prezident və Ali Baş Komandan İlham Əliyev Qarabağın azadlığını bəyan edəcək. Buna hamı inanır, bunu hamı gözləyir. Haqsızlığın biri tarixin arxivinə göndərildi, digəri də inanıram elə bu cür aradan qaldırılacaq. Əlbəttə, Ramil Səfərovun azadlığa buraxılması dövlətimizin sülhsevər siyasətinin, beynəlxalq aləmdə hörmət və nüfuzunun yüksəlməsinin aydın ifadə olunan nəticəsidir. Azərbaycan xalqı və dövləti bütün dünyada sülhsevərliyi ilə tanınır, bütün xalqlara, dinlərə, mədəniyyətlərə hörmətlə yanaşır.
    01.09.12 Məqaləni oxumaq
     
    Prezident Ramil Səfərovun əfv edilməsi haqda sərəncam imzaladı
    Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Azərbaycana gətirilib və dərhal əfvi ilə bağlı sərəncam verilib. “KƏLAMİNFO” bu barədə rəsmi dövlət mətbuatına istinadən xəbər verir. Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
    01.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Sen.2012
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930