Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2012
    Səhifələr : #  10 11 12 13 14 15 16 17 18  #
    Təhsil naziri: “Şəxsən mən də bu işə qarışmıram”
    “Məbəd kimi baxdığımız məktəbə hər adamı göndərməyə mənəvi haqqımız yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib. Nazir xatırladıb ki, bu il 16 mindən çox müəllim işə qəbul olmaq üçün ərizə verib və 3 minə yaxın müəllim isə işə qəbul olub: “Bu gün biz məktəbə göndərdiyimiz müəllimi kompyuter vasitəsilə və ədalətli seçirik. Şəxsən mən də bu işə qarışmıram. Komissiya və proqram var. Müəllim olmaq istəyən hər kəs internet vasitəsilə imtahan verir. Yer tuta bilməyən hazırlaşsın və növbəti ildə imtahan versin”. Kadr problemini tam aradan qaldırmağın hələ mümkün olmadığını diqqətə çatdıran M.Mərdanov bildirib elə insanlar olub ki, qəbul olduqları yerə getməyiblər: “Çünki onları həmin yerlər qane etmir. Kadr probleminin həlli bir-iki ilin işi deyil, ancaq bu istiqamətdə iş davam edir”.
    10.09.12 Məqaləni oxumaq
     
    Şagirdlərin köçürülməsinin qarşısını almaq üçün daha ciddi addımlar atılacaq
    Orta ümumtəhsil müəssisələrində şagirdlərin bir məktəbdən digərinə köçürülməsinin qarşısını almaq üçün növbəti dərs ilində daha ciddi addımlar atmaq lazımdır. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.
    10.09.12 Məqaləni oxumaq
     
    Nailə Rzaquliyeva: “Əsas devizimiz təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi olacaq”
    “Bizi qarşıda çox mühüm işlər gözləyir. 2012-2013-cü dərs ilində əsas devizimiz təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva paytaxtın təhsil işçilərinin sentyabr konfransındakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu məqsədə çatmaq, cəmiyyətə yüksək təhsilli insanlar yetişdirmək müəllimlərin əsas vəzifəsi və mənəvi borcu olaraq qalır. “Ona görə də bu gün müzakirə edilən hər bir məsələ məktəbdə, pedaqoji kollektivlərdə təhlil edilməli, qabaqcıl təcrübəyə əsaslanan təlim metodlarının tətbiqinə şərait yaradılmalıdır. Məktəblərimizdə bu işləri həyata keçirəcək kadr potensialı var”.
    10.09.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Ötən tədris ilinin nəticələrini müsbət qiymətləndirirəm”
    “Ötən tədris ilinin nəticələrini müsbət qiymətləndirirəm. Ölkə başçısının rəhbərliyi altında aparılan təhsil islahatları göz qabağındadır. ” KƏLAMİNFO” xəbər verir ki, bu barədə danışan təhsil naziri Misir Mərdanov deyib ki, təhsil sahəsində görülən böyük işlərdən biri məktəb tikintisidir və bu il 160-dan çox məktəb tikilib, şagirdlərin istifadəsinə veriləcək. Nazir növbəti uğuru məktəblərdə İKT-nin tətbiq və bunun getdikcə genişlənməsində görür: “Müəllim və şagirdlərin İKT-dən istifadə bacarığı xeyli yüksəlib. 1200-dən çox məktəb geniş zolaqlı İKT şəbəkəsinə qoşulub. Azərbaycanın ümumtəhsil müəssislərində fəaliyyət göstərən 150 min müəllimin böyük əksəriyyəti İKT bacarığına yiyələnir”.
    10.09.12 Məqaləni oxumaq
     
    Sərdar Cəlaloğlu: “AXCP və Müsavat daim fərdi maraqları əsas götürür”
    “Hadisələr göstərir ki, 20 ildir Azərbaycan müxalifətində ayrı-ayrı siyasi liderlər, xüsusilə AXCP və Müsavat rəhbərliyi nəinki seçkilərdə, bütün proseslərdə milli maraqlarla ölkə maraqları fonunda ancaq fərdi və firqə maraqları əsas götürürlər”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
    10.09.12 Məqaləni oxumaq
     
    Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib
    Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 şikayəti müzakirə ediblər. Məlumatı “KƏLAMİNFO”ya MŞ-dən veriblər. Əvvəlcə Milli Məclisin deputatı Gülər Əhmədovanın “Bizim yol” qəzetinin 13 iyul 2012-ci il tarixli sayında gedən məqalə ilə bağlı müraciətinə baxılıb. Komissiya deputatın MŞ-yə məktubunda ifadəsini tapan və narazılıq doğuran məqamları araşdıraraq müvafiq rəy qəbul edib. Rəydə həmin yazının “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısızlıqla təqdim olunduğu, xüsusilə balansın gözlənilmədiyi, araşdırmanın nəzərə çarpmadığı, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn bir nümunənin səhifəyə çıxarıldığı cavabdeh tərəfin nəzərinə çatdırılıb.
    08.09.12 Məqaləni oxumaq
     
    Prezident İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiq edilməsi haqqında fərman imzalayıb
    Azərbaycan prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiq edilməsi haqqında fərman imzalayıb. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliyə əsasən, nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması, nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılması və nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər yüz əlli manat miqdarında cərimə edilir.
    08.09.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: “ASALA-nın bəyanatına münasibət bildirsinlər”
    “ATƏT-in Minsk qrupunun fəaliyyətinin qənaətbəxş olmaması Azərbaycan ictimaiyyətini həmişə narahat edib və bu gün də etməkdədir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. Minsk qrupunun həmsədrlərinin son bəyanatında Ramil Səfərovun azadlığa çıxması ilə bağlı fikirlərə gəlincə, B.Muradova bildirib ki, həmsədrlərin tərəf nümayiş etdirməsi yenilik deyil. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində həmsədrlərin məsələyə obyektiv yanaşmaması ilə əlaqədar narahatlıq var. Onun sözlərinə görə, Azərbaycan əraziləri addım-addım işğal olunsa da, azərbaycanlılar hərbi təcavüz nəticəsində öz torpaqlarından çıxarılıb və həyatları təhlükədə olanda da dünya birliyi, beynəlxalq təşkilatlar səslərini çıxarmadı: “20 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır, günahsız insanlar həlak olur, Ermənistanın təcavüzkar siyasəti davam etməkdədir, amma buna münasibət bildirilmir.
    08.09.12 Məqaləni oxumaq
     
    Xələf Xələfov Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb
    Bu gün Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə bağlı Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabeni qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Qəbulda Səfir Şusuki Vatanabe 2012-ci ilin ölkələrimiz üçün çox əlamətdar il olduğunu qeyd edib və ölkələrimiz arasında mövcud olan münasibətlərdən məmnunluğunu bildirib. X.Xələfov Azərbaycan və Yaponiya arasındakı münasibətlərin hazırkı yüksək səviyyəsindən razılıq ifadə edib və Yaponiyanın ölkəmizin xarici siyasətində prioritet ölkələrdən olduğunu söyləyib. İki ölkə arasındakı əməkdaşlığın bütün sahələrdə, o cümlədən mədəniyyət, təhsil və iqtisadi sahədə uğurla davam etdirildiyini qarşı tərəfin diqqətinə çatdıran X. Xələfov bunun əsasında yüksək səviyyəli siyasi dialoqun olduğunu vurğulayıb.
    07.09.12 Məqaləni oxumaq
     
    19 ölkənin ATƏT-də daimi nümayəndəsi Azərbaycan və Ermənistana toplaşır
    ATƏT-ə üzv olan ölkələrdən 19-nun bu qurumdakı daimi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ATƏT-in Bakı ofisindən veriblər. Səfirlər sentyabrın 10-u və 11-də Bakıda olacaq. Onlar hökumət nümayəndələri, siyasi partiya və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcəklər. Səfərin məqsədi regionla yaxından tanış olmaq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaqdır.
    07.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  10 11 12 13 14 15 16 17 18  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Sen.2012
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930