Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2012
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    SAM əməkdaşı Vyanada keçirilən beynəlxalq konfransda iştirak edib
    Vyanada Avstriyanın Enerji Nazirliyi tərəfində təşkil olunan 6-cı “Avropa qaz təchizatı və infrastruktur” adlı beynəlxalq konfrans keçirilib. Konfransda enerji sahəsində tanınmış ekspertlər, qaz şirkətlərinin rəhbərləri, Avropa enerji infrastrukturunun nümayəndələri, boru kəmər operatorları və b. iştirak ediblər. Tədbirdə əsasən Avropa bazarının qazla təchizat, təchizat və tələb təhlükəsizliyi məsələləri, həmçinin Cənub Qaz Dəhlizinə daxil olan layihələrin son inkişaf durumu müzakirə olunub. Azərbaycanı tədbirdə Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayeva təmsil edib. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, ekspert çıxışında “Cənub dəhlizi”nin inkişafı haqda danışaraq son hadisələri təhlil edib.
    17.09.12 Məqaləni oxumaq
     
    Rasim Ağayev: “Jirinovski kimi bir dəlidən də doğru xəbər var”
    “Əgər Ermənistanın prezidenti səviyyəsində Azərbaycan terrorla hədələnirsə və Rusiya Dövlət Dumasının vitse-spikeri V.Jirinovski səviyyəsində buna dəstək nümayiş olunursa, deməli, bizə qarşı dövlət səviyyəsində terror aktı gözlənilir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. O qeyd edir ki, ermənilər Ramil Səfərovla bağlı, ümumiyyətlə, bu məsələ ilə əlaqədar dünya azərbaycanlılarına qarşı terror aktlarına əl atsalar, bu, qlobal xaos yaradacaq və ilk andan ermənilər özləri siyasi cəhətdən uduzacaqlar: “Fikrimcə, bütün bunlara qarşı Azərbaycan hökuməti ölkə daxili üçün deyil, ilk növbədə beynəlxalq ictimaiyyətə istiqamətli öz təbliğatını qurmalıdır. Hamıya məlumdur ki, ermənilər tarixən terrorla məşğul olublar və hər zaman azərbaycanlıları qırıblar”.
    17.09.12 Məqaləni oxumaq
     
    Əli Həsənov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
    Bu gün Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Riçard Morninqstarı qəbul edib. “KƏLAMİNFO”nun verdiyi məlumata görə, görüşdə ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təhlükəsizlik məsələləri, demokratiya, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqları, siyasi plüralizm, azad cəmiyyət, QHT-lər və bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.
    17.09.12 Məqaləni oxumaq
     
    Ölkə qanunvericiliyinin tələblərini pozan 83 əcnəbi aşkar edilib
    Sentyabrın 10-15-i tarixlərində Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər həyata keçirib. DMX-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 83 əcnəbi aşkar edilib. Həmin şəxslər barəsində AR inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.
    17.09.12 Məqaləni oxumaq
     
    “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik ediləcək
    Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə komitə sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, dəyişikliklərə əsasən, qanunun 18.65.5 maddəsində nəzərdə tutulan sürücülük vəsiqəsinin verilməsi ilə yanaşı, dəyişdirilməsi zamanı da 15 manat dövlət rüsumunun tutulması nəzərdə tutulur. Müzakirələrdən sonra dəyişiklik parlamentin plenar iclasına tövsiyə olunub.
    17.09.12 Məqaləni oxumaq
     
    Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda konfrans keçiriləcək
    Noyabrın 19-dan 21-dək Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutundan veriblər. Radiasiya Problemləri İnstitutunun dəstəyi ilə keçiriləcək konfransda 100-ə yaxın məruzə dinləniləcək.
    17.09.12 Məqaləni oxumaq
     
    İqtisadi siyasət komitəsinin payız sessiyası çərçivəsində görüləcək işləri müzakirə olunub
    Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında payız sessiyası çərçivəsində görüləcək işlər müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, komitənin gündəliyi barədə komitə sədri Ziyad Səmədzadə məlumat verib. Z.Səmədzadə bildirib ki, payız sessiyası gərgin iş qrafiki ilə seçilir: “Belə ki, sessiya müddətində əvvəlcə 2013-cü ilin büdcə paketi müzakirə olunacaq. Bundan başqa, komitə bir sıra qanun layihələrini parlamentin plenar iclasına təqdim edəcək. Bunlar “Təhsil krediti haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətləndirmə haqqında” və “Kənd təsərrüfatının kooperasiyası haqqında” qanun layihələri və Rəqabət Məcəlləsidir”. Müzakirələrdən sonra komitənin iş qrafiki təsdiq olunub.
    17.09.12 Məqaləni oxumaq
     
    2011-ci ildə ABŞ-da hər 7 adamdan 1-i yoxsulluq içərisində yaşayıb
    2011-ci ildə ABŞ-da hər 7 adamdan 1-nin yoxsulluq içərisində yaşadığı qeydə alınıb. Əhalinin siyahıyaalınma bürosunun hesabatına görə, yoxsulluq dedikdə 4 nəfərlik ailənin illik gəlirin 23 min dollar olduğu nəzərdə tutulur. Araşdırmalardan məlum olub ki, 2010-cu illə müqayisədə bu göstərici 15 faiz azdır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, yoxsulluq səviyyəsinin artmasına səbəb bir neçə milyon insanın yarımştat işlərdə çalışması səbəb olub. Ekspertlər işsizliyin bunun əsas amili olduğunu deyir. Belə ki, ABŞ-da yeni iş yerlərinin açılması və iqtisadiyyatın dirçəlişi olduqca yavaş gedir. Əhalinin siyahıyaalınma bürosunun hesabatına görə, tibbi sığortaya malik olan insanların sayı 49 milyon nəfər təşkil edir. Özəl sığorta şirkətlərində müştərilərin sayı eyni qaldığı halda hökumətin səhiyyə proqramlarından istifadə edənlərin sayı artıb.
    14.09.12 Məqaləni oxumaq
     
    Fazil Mustafa: “Prezident seçkilərində partiyaların birgə iştirakı uğursuz nəticə verəcək”
    “Nəinki qarşıdan gələn prezident seçkiləri ərəfəsində, ümumiyyətlə, heç bir vaxt təmsil etdiyim partiya heç bir qrupa, birliyə qoşulmayacaq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib. O qeyd edib ki, Azərbaycan müxalif düşərgəsində qruplaşma heç vaxt müsbət nəticə vermir: “Çünki qruplaşan partiyalar qrup daxilində belə öz gücünə arxalanır, öz mənafeyini güdür ki, bu da ümumi halda gözlənilən nəticəni vermir. Buna baxmayaraq, parlament seçkiləri ərəfəsində partiyaların blok şəklində, qrup şəklində birləşməsi və seçkilərdə iştirak etməsi normaldır. Ancaq prezident seçkiləri fərqlidir və hesab edirəm hər bir partiya çalışıb öz namizədi ilə seçki mübarizəsinə qoşulmağa nail olmalıdır. Çünki burada söhbət partiyanın təbliğatı və partiya rəhbərinin seçkilərdə əhali ilə təmasından gedir”. F.Mustafa deyir ki, bu gün müxalif düşərgədə belə bir düşüncə var ki, hər kəs bir yerdə olanda daha güclü ola bilər: “Lakin faktiki olaraq bir yerdə olanda bəzən partiyalar daha zəif qabiliyyət ortaya qoyurlar, daha uğursuz nəticə göstərirlər”.
    14.09.12 Məqaləni oxumaq
     
    Azərbaycanda bu gün 461 nəfər prokurorluq orqanlarında işləmək üçün imtahan verir
    Bu gün Azərbaycanda prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. İmtahanı TQDK Baş Prokurorluqla birgə aparır. İşə qəbulla bağlı ərizə qəbulu Baş Prokurorluq tərəfindən aparılıb. Azərbaycan Respublikası Prokurorluğunda 100 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 461 nəfərin namizədliyi qeydə alınıb. Saat 10-da başlayan imtahan 3 saat davam edəcək. İmtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq. İxtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir.
    14.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Sen.2012
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930