Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2012
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    ABŞ-ın 16,015 trln. dollar dövlət borcu var
    ABŞ-ın dövlət borcu 16,015 trln. dollar təşkil edib. Bu, Amerikanın bütün tarixi boyu rekord rəqəm olub. «KƏLAMİNFO» xəbər verir ki, bunu «The Wall Street Journal» ABŞ Maliyyə Nazirliyinə istinadən yayıb. Xərclərin aşağı salınması və dövlət borcunun ixtisarı hazırda Respublikaçılar Partiyasının seçkiqabağı proqramının əsas bəndlərindən biridir. Onlar Barak Obamanın səhiyyə sahəsindəki islahatlarını kəskin tənqid edirlər. Demokratlar isə respublikaçıları vergiləri qaldırmağa imkan verməməkdə günahlandırırlar.
    06.09.12 Məqaləni oxumaq
     
    TQDK-dan əlavə şans
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar barədə elan verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Elanda bildirilir ki, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti sentyabr ayının 7-si saat 17:00-dək uzadılıb. Göstərilən müddətədək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.
    06.09.12 Məqaləni oxumaq
     
    Prezident orta təhsil ocaqlarının təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
    Prezident İlham Əliyev bu gün Bakının Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib. Dövlət başçısı sinif otaqlarında yaradılan şəraitlə yaxından tanış olub. Ətraf ərazilərdə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin yeni sinif otaqlarına olan tələbatı nəzərə alınaraq təhsil burada 36 əlavə sinif otağı üçün nəzərdə tutulub, 660 şagird yerlik, üçmərtəbəli yeni tədris korpusu da inşa olunub.
    06.09.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Ermənistan hələ də sivil beynəlxalq münasibətlərə uyuşmur”
    “Erməni terror siyasətinin tarixi əsrin əvvəllərinə gedib çıxır. Ermənilər daima öz məqsədlərinə nail olmaq, xüsusilə qonşu xalqlarla münasibətlərini araşdırmaq, ərazi, əhali və digər məsələləri həll etmək üçün terror üsulundan mütəmadi olaraq istifadə ediblər”. Bunu “KƏLAMİNFO”ya müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ASALA terror təşkilatının Azərbaycanın xaricdəki diplomatik korpuslarını terrorla hədələməsinə münasibət bildirərkən deyib. “Bu gün də bu fakt göstərdi ki, onların bu təşkilatları heç də yox olmayıb, heç də keçmiş deyil, sadəcə olaraq məqam gözləyirlər, əllərinə fürsət düşən kimi bundan istifadə edirlər” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi ermənilərin vicdanına yazılacaq onlarla belə hadisənin olduğunu söyləyib.
    06.09.12 Məqaləni oxumaq
     
    Xanımı Obamanı “etibarlı adam” adlandırdı
    ABŞ-ın birinci xanımı Mişel Obama ərinin Ağ Evdə növbəti hakimiyyət müddətini dəstəklədiyini bildirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Demokratlar Partiyasının Şimali Karolina ştatında keçirilən qurultayında etdiyi çıxışında o, prezident Barak Obamanı ölkənin zəif iqtisadiyyatını canlandıra bilən “etibarlı adam” kimi yüksək qiymətləndirib.
    05.09.12 Məqaləni oxumaq
     
    BDU ilə Anadolu Universiteti arasında əlaqələr genişlənir
    Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Anadolu Universitetinin nümayəndə heyətini qəbul edib. BDU-nun mətbuat və informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Anadolu Universitetinin rektoru, professor Davut Aydın, rektor müavini professor Mustafa Cavcar, Aviasiya və Kosmos Elmləri dekanı, professor Mehmet Şerif Kavsaoğlu, Azərbaycan Türkiyə İş adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğın, Türkiyə səfirliyinin II katibi Bahar Doğan iştirak ediblər. Akademik A.Məhərrəmov Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən, qloballaşan dünyada hər iki ölkənin birgə addımlamasından bəhs edib. Rektor həmçinin BDU-nun Türkiyənin bir çox universiteti ilə əlaqəsinin olduğunu, Ankara Universitetinin hüquqşünas hazırlığı ilə bağlı ikili diplom verəcəklərini qonaqların diqqətinə çatdırıb.
    05.09.12 Məqaləni oxumaq
     
    Azərbaycan XİN: “Hər hansı bir təxribata görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək”
    “ASALA” terror təşkilatı tərəfindən Azərbaycan vətəndaşlarına, diplomatlarına qarşı törədiləcək hər hansı bir təxribata görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
    05.09.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “İranın bu jesti münasibətlərə müsbət təsirini göstərəcək”
    “Mən düşünürəm ki, istənilən halda İranın bu ölkədə həbs olunan azərbaycanlı şairləri azadlığa buraxması jesti iki ölkə arasındakı münasibətlərə öz müsbət təsirini göstərəcək. Biz dəfələrlə İran tərəfinə açıq və ya yaxud diplomatik vasitələrlə çatdırmışıq ki, iki ölkə arasındakı münasibətlərdə belə hallar yolverilməzdir”. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
    05.09.12 Məqaləni oxumaq
     
    PA şöbə müdiri: “Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması işğal faktının təsdiqi olacaq”
    “Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması ilə özünü tam ifşa edəcək və bu onların bu günə kimi yayınmağa çalışdığı işğal faktının təsdiqi olacaq”. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
    05.09.12 Məqaləni oxumaq
     
    NATO-nun baş katibi: “Türkiyəni qorumaq üçün hər cür tədbir görməyə hazırıq”
    NATO-nun baş katibi Anders Foq Rasmussen beynəlxalq birliyin Suriya ilə bağlı güclü mesaj verməsinin vacibliyini vurğulayıb. “KƏLAMİNFO” “Rosbalt”a istinadən xəbər verir ki, Brüsseldə açıqlama verən Rasmussen beynəlxalq birliyin tək səs olmasının əhəmiyyətini qeyd edib. Siyasi həllə ehtiyac olduğunu bildirən baş katib beynəlxalq birliyin Suriya xalqının legitim tələblərinə cavab verən güclü bir mesaj verməli olduğunu söyləyib. Suriyadakı prosesləri yaxından izlədiklərini söyləyən Rasmussen “Müttəfiqimiz Türkiyə Suriyanın sərhəd qonşusudur. NATO üzvü olan Türkiyəni qorumaq və müdafiə etmək üçün hər cür tədbir görməyə hazırıq” deyib.
    05.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Sen.2012
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930