Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2012
    Səhifələr : 1 2 3 4 5  #
    Qulu Novruzov: “Bizim ali məktəblər öz imkanlarını əcnəbilərə təqdim etməyə hazırdır”
    “Müharibə şəraitində olan Azərbaycanda təhsil büdcəsinin hərbi büdcə ilə eyni olması ölkədə təhsilə verilən diqqətin göstəricisidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda keçirilən “Körpülərin salınması” adlı beynəlxalq konfransda Azərbaycan təhsil nazirinin müavini Qulu Novruzov bildirib. O qeyd edib ki, Azərbaycanda hazırda təhsillə bağlı 16 dövlət proqramı həyata keçirilir: “Minlərlə azərbaycanlı gənc bu proqramlar çərçivəsində xaricə təhsil almağa göndəriləcək”. Nazir müavini deyib ki, hazırda da azərbaycanlı gənclər dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilir və bu, daha da genişləndiriləcək: “Azərbaycan Avropa ölkələrindən olan gənclərin bizim ali məktəblərdə təhsil almasında maraqlıdır. Bizim ali məktəblər öz imkanlarını əcnəbilərə təqdim etməyə hazırdır”.
    30.09.12 Məqaləni oxumaq
     
    Din xadimləri treninqə cəlb olunur
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə Azərbaycanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri (imam və axundlar), ilahiyyatçılar, həmçinin ictimaiyyətin fəalları üçün 1-2 oktyabr tarixlərində Oğuz şəhərində “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq keçirəcək. Məlumatı “KƏLAMİNFO”ya DQİDK-nin mətbuat xidmətindən veriblər. Dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçiriləcək seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, ölkə ictimaiyyəti, elmi dairələrin nümayəndələri iştirak edəcəklər. Seminar-treninqdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə 100-dən artıq nümayəndənin iştirakı və tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.
    30.09.12 Məqaləni oxumaq
     
    Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan CXP lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, baş nazir Kılıçdaroğludan “öz ölkəsini, öz ölkənin mənafelərini qoruya bilməyən adama xain deyilir” sözlərinə görə 100 min lirə təzminat tələb edir. Ərdoğanın vəkilləri Əli Özkara, Müammər Camaloğlu və Bürhanəddin Sevəncanın hazırladığı iddia ərizəsində Kılıçdaroğlunun sentyabrın 27-də partiyasının “Birgə Çalışma Toplantısı”ndakı çıxışında Ərdoğanı təhqir etdiyini bildiriblər. Vəkillər Kılıçdaroğlunun tənqid və ifadə azadlığı sərhədlərini aşdığını qeyd ediblər: “Türk hüququnda ən ağır cinayət vətənə xəyanətdir. Qarşı tərəfin də xain kəlməsini vətənə xəyanət mənasında işlətdiyi açıq şəkildə ortadadır. Bu sözlərin bugünkü hüquq qaydaları qarşısında ağır cinayət ehtiva etdiyi çox açıqdır. Bu sözlərlə müdafiə etdiyimiz şəxs vətənə xainlikdə ittiham olunub. Bu da şərəf və ləyaqətə hücumdur”.
    30.09.12 Məqaləni oxumaq
     
    Bu il Azərbaycana gələn turistlərin sayında 7 faizdən çox artım olub
    Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı artmaqdadır. 2012-ci ilin ilk 6 ayının statistik göstəricilərinə əsasən belə obyektlərin sayı 506, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 31.850 təşkil edib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, hazırda mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 327, turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 210 turizm şirkəti fəaliyyət göstərir: “Bir sıra turizm şirkətləri mövcud bazarda rəqabətə davam gətirmədiyi üçün şirkətləri fəaliyyətini dayandırmış və ya lisenziyalarının müddətinin bitməsinə baxmayaraq, fəaliyyəti davam etdirmək üçün nazirliyə müraciət etməyib”.
    30.09.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib
    “Yeni Azərbaycan Partiyası, partiyanın üzvü Gülər Əhmədovanın qeydiyyatı ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevlə birgə videogörüntüləri vasitəsi ilə üzə çıxmış əməllərindən dərin təəssüf hissi keçirir.” “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov səsləndirib. Ə.Əhmədov qeyd edib ki, birmənalı şəkildə, bu hərəkətlər Yeni Azərbaycan Partiyasının prinsip və dəyərləri ilə qətiyyən bir araya sığmır: “Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni zamanda o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirmişdir. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi məhz belədir” - deyə YAP-ın Sədr müavini bildirib.
    30.09.12 Məqaləni oxumaq
     
    “Körpülərin salınması” adlı beynəlxalq konfrans sona çatıb
    Bu gün Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə keçirilən “Körpülərin salınması” adlı beynəlxalq konfrans sona çatıb. “KƏLAMİNFO” xəbər verir ki, yekunda çıxış edən İNEA-nın rəhbəri Qramke Yurgen bildirib ki, konfrans ciddi nəticələr verəcək və o, bu tədbirin keçirilməsi üçün Azərbaycan dövlətinə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan bu gün Şərqlə Qərb arasında körpüdür və Azərbaycanın inkişafı bu körpünün möhkəmlənməsi deməkdir. AVCİYA sədri, deputat Elxan Süleymanov isə tədbirdə iştirak edən xarici qonaqlara təşəkkür edib: “Belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin Avropa üçün etibarlı tərəfdaş olmasını göstərir. Bu konfransın yekunu olaraq biz əldə olunan müvafiq əməkdaşlıq razılıqlarını müzakirə edəcəyik. Nəzərə alsaq ki, iki gündə müxtəlif sahələrdə birgə fəaliyyətdən bəhs etdik, əminəm ki, ciddi nəticələr ortada olacaq”.
    30.09.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Ketrin Eştonla nədən danışıb?
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eştonla görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, eləcə də beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    30.09.12 Məqaləni oxumaq
     
    Klinton Yaponiya və Çini sakit olmağa çağırıb
    ABŞ dövlət katibi Hillari Klinton Şərqi Çin Dənizindəki mübahisəli adalar ucbatından münasibətlərində gərginlik yaranan Yaponiya və Çini sakit olmağa çağırıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, BMT toplantıları çərçivəsində Nyu-Yorkda olan Klinton Çinin xarici işlər naziri Yanq Jieşi ilə görüşüb. Görüşlə bağlı mətbuata məlumat verən bir amerikalı diplomat Klintonun iki tərəfi də sakitliyə çağırdığını söyləyib: “Yaponiya və Çin sakit sularda dialoq qurmalıdır. İki tərəfin də birlikdə çalışıb təzyiqi düşürmək üçün lazımi imkanları, bacarığı və təmkini var”.
    29.09.12 Məqaləni oxumaq
     
    62 saylı məktəb-litseydən şagirdin şəhadətnaməsinin verilməməsinə aydınlıq gətirilib
    Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri 62 saylı məktəb-litsey haqqında yazılar yer alıb. Bildirilir ki, məktəb-liseyin 9-cu sinfini bitirmiş Hüseynov Nurlan Ağayar oğlunun atası Hüseynov Ağayar Allahverdi oğlu övladının şəhadətnaməsini ala bilmədiyindən şikayətlənir. “KƏLAMİNFO” adıçəkilən məktəbin direktoru Mətanət Cabbarova ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirib. Direktor bildirib ki, “Təhsil haqqında” qanuna uyğun olaraq 9-cu sinfi bitirmiş hər bir şagirdə şəhadətnamə hər hansı bir təhsil müəssisəsində oxuyacağı təqdirdə təqdim oluna bilər: “Mütləq olaraq ən azından peşə məktəbində təhsilini davam etdirməlidir. Əks halda, 11 illik təhsil icbari olduğundan, şagird təhsilini oxuduğu və yaxud digər orta ümumtəhsil məktəblərinin birində davam etdirməlidir.
    29.09.12 Məqaləni oxumaq
     
    Turizm şirkətlərində dempinq halları aşkarlanıb
    Yay turizm mövsümündə aparılan müvafiq monitorinqlər zamanı bəzi turizm şirkətlərində dempinq (qiymətlərin süni şəkildə salınması) halları aşkarlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, həmin şirkətlərin adları yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq: “Bu il biz bu problemi öz aramızda həll etdik, amma növbəti ildən belə faktlar barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”. Ə.Qarayev bildirib ki, bu şirkətlər arasında lisenziya ilə fəaliyyət göstərəni də var.
    29.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Sen.2012
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930