Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2012
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Zakir Qaralov: Bəzi qüvvələrin qərəzli və ucuz sensasiya yaratmaq cəhdləri Azərbaycanın inkişafına heç bir maneə ola bilməz
    “Dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında əldə edilmiş və dünya birliyi dövlətləri tərəfindən də birmənalı şəkildə qəbul edilən köklü islahatlar və onların real nəticələri, dayanıqlı ictimai siyasi sabitliyin bərqərar olduğu demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşdırılması, ölkənin yüksələn xətt üzrə mütərəqqi inkişafı müxalifətyönümlü bəzi destruktiv qüvvələri ciddi narahat edir və onların xəyallarını heçə endirir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
    20.09.12 Məqaləni oxumaq
     
    BMT-nin baş katibi dünya liderlərini qınadı
    BMT-nin baş katibi Pan Ki Mun 67-ci sessiyadan əvvəl mətbuat nümayəndələri ilə görüşüb. Munun gündəliyindəki əsas məsələlər müsəlmanları təhqir edən film və Suriya olub. Baş katib iki il əvvəlki karikatura böhranını xatırladaraq yenə də eyni şeyin edildiyini deyib və bunun utancverici, tərbiyəsizcəsinə bir davranış olduğunu vurğulayıb: “Yenə insanların dəyərlərinə, inanclarına hücum edərək provokasiyaya çəkməyə çalışırlar. Dünyadakı bütün insanların, icmaların, xalqların inanclarına, dəyərlərinə, mədəniyyət və tarixinə hər kəs dərindən hörmət etməlidir”.
    Mun müsəlmanları təhqir edən filmə reaksiya verməyənləri də qınayıb. BMT-nin 193 üzvünün olduğunu xatırladan Ban Ki Mun: "Bir haqsızlıq, hörmətsizlik, qeyri-tolerantlıq olunca bütün dünya liderləri reaksiya verib birlikdə olduqlarını göstərməlidirlər” deyib.
    20.09.12 Məqaləni oxumaq
     
    Gürcüstanda həbsxana qalmaqalı sakitləşdirilir
    Gürcüstan hakimiyyət orqanları cəzaların icra edilməsi departamentinə, eləcə də 8 saylı Qldan həbsxanasına yeni rəhbər təyin ediblər. “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, bunu Gürcüstan hökumətinin aparat rəhbəri Şota Utişvili bildirib: “Cəzaların icra edilməsi departamentinin rəhbəri Qiorqi Lordkipianidze təyin edilib. Eləcə də 8 saylı həbsxanaya da rəis təyin edilib”.
    Qeyd edək ki, qalmaqallı həbsxananın rəhbəri artıq həbsdədir.
    20.09.12 Məqaləni oxumaq
     
    Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
    Sentyabrın 19-20-si tarixlərində AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Cavid Qasımov Kayseri şəhərində yerləşən Nuh Naci Yazgan Universiteti tərəfindən təşkil edilən “Qadınların əxilikdə rolu” II Beynəlxalq simpoziumunda iştirak edib. Məlumatı “KƏLAMİNFO”ya Şərqşünaslıq İnstitutundan veriblər.
    20.09.12 Məqaləni oxumaq
     
    Böyük Britaniya Parlamentinin üzvü: “Ermənistanın hədələri Cənubi Qafqazda mövcud gərginliyi daha da artıra bilər”
    “Ermənistan hökumətinin Ramil Səfərov məsələsi ilə bağlı sonuncu müharibə hədələri Cənubi Qafqazda mövcud gərginliyi daha da artıra bilər”. Avropa Azərbaycan Cəmiyyətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu bəyanatla Böyük Britaniya Parlamentinin İcmalar və Yerli Hökumət komitəsinin üzvü, deputat Bob Bləkmən çıxış edib.
    Bəyanatda bildirilir ki, regionda vəziyyəti alovlandırmaq istəyənlər Səfərovun azad olunması məsələsindən sui-istifadə edirlər: “Lakin biz yadda saxlamalıyıq ki, Ramil Səfərovun ekstradisiyası Avropa Birliyi qanunvericiliyi çərçivəsində həyata keçirilib. Münaqişənin daha da alovlanmasından hər bir cəhdlə qaçmaq lazımdır və hər iki tərəf birgə masa arxasına keçməli, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə əsasən, sülh danışıqlarına başlamalıdır”.
    20.09.12 Məqaləni oxumaq
     
    Peşə bayramı günündə 96 neftçiyə yeni mənzil verilib
    Neftçilər günü münasibəti ilə Bakının Badamdar qəsəbəsində, Əziz Nəzərov küçəsi 76 ünvanında ev növbəsinə dayanmış neftçilər üçün tikilmiş iki bloklu 96 mənzilli yaşayış binası istifadəyə verilib. ARDNŞ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri binaya gələrək, mənzillərdə yaradılmış şəraitlə tanış olublar. R.Abdullayevə məlumat verilib ki, binanın tikintisini ARDNŞ-nin də təsisçisi olduğu “Neftçi” Mənzil Tikinti Kooperativi həyata keçirib. Bina 13 mərtəbədən və 96 mənzildən ibarətdir. Mənzillərdən 60-ı 3 otaqlı, 36-sı isə iki otaqlıdır. Mənzillər tam təmir olunmuş və mətbəx mebeli ilə təmin edilib.
    Qarşıdakı illərdə Bibiheybətdə 1200 neftçi ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni şəhərcik salınacağını bildirən ARDNŞ prezidenti R.Abdullayev evlə təmin olunan neftçilərə mənzillərin açarlarını təqdim edib.
    20.09.12 Məqaləni oxumaq
     
    Əhalinin sosial müdafiəsi mərkəzlərinin əksəriyyəti elektron imza ilə təmin edilib
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrində də müvafiq əməkdaşların elektron imza ilə təmin edilməsi işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatı üzrə artıq 11 nəfər (rəhbərlik, şöbə müdirləri və sektor müdirləri) elektron imza sertifikatı ilə təmin olunub.
    20.09.12 Məqaləni oxumaq
     
    Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq
    Azərbaycanın Misirdəki səfirliyi və Afrika İttifaqı yanında müşahidə missiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 23-29 sentyabr tarixlərində Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Misirdəki səfirliyimizdən veriblər.
    Bu səfərdə Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Cənubi Afrika Respublikası, Qabon, Ruanda, Zimbabve, Mozambik, Zambiya, Liberiya, Nigeriya, Qambiya və Qabonun nümayəndələrindən ibarət 19 nəfər iştirak edəcək.
    20.09.12 Məqaləni oxumaq
     
    “Avropa Parlamentinin qətnaməsi münasibətlərin ruhuna uyğun deyil”
    “Ermənistanda separatizm, terrorizm dövlət siyasəti olsa da, çox təəssüf ki, bu siyasəti açıq-aşkar həyata keçirən dövlətə qarşı nə Avropa Şurası, nə də Avropa Parlamenti heç bir reaksiya verir. Ancaq Azərbaycan beynəlxalq konvensiyaya və ölkə qanunvericiliyinə uyğun olaraq Ramil Səfərovu əfv etməsi nədənsə birdən-birə Avropa Parlamentində qıcıq yaratdı”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirib.
    19.09.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Jirinovski, liberallıq heç də simasızlıq demək deyil”
    «Görünən odur ki, Jirinovski erməni oliqarxlarını Ermənistan ordusunun güclənməsi üçün yardımları artırmağa çağırarkən özünü də unutmayıb». “KƏLAMİNFO” xəbər verir ki, bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova özünün «Facebook» səhifəsində bildirib. B.Muradova qeyd edir ki, çünki o, elə növbəti fikirlərində onları xəsislikdə ittiham edir və eləcə də erməni xalqına hər zaman dəstək olduğunu və bundan sonra da olacağını bəyan etməklə yanaşı, özünü də yaddan çıxarmamalarını və dəstək vermələrini xahiş edir. «Burada xoruzun quyruğu aydın görünür. "Cənab" kloun siyasətçi (P.S. həmkarım Z.Əsgərova təşəkkür edirəm), yoxsa Qudkovdan sonra sizin də maliyyə mənbələrinizin nəzarət altına alınacağından qorxursunuz? Odur ki, indidən qaranlıq gələcəyinizə erməni oliqarxlarının çirkli pul yardımları ilə işıq salmaq istəyirsiniz?
    19.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Sen.2012
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930