Barak Obama-pivə ustası
|
Barak Obamanın prezident, senator, Nobel Sülh Mükafatı laureatı siyahısına daha bir titul əlavə olunub-pivə ustası. Ötən il pivəbişirmə qurğusu alan ABŞ dövlət başçısı evlərində pivə bişirən Ağ Ev işçilərinin yardımı ilə bir neçə yeni pivə resepti hazırlayıb. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, “Ale The Chief” bloqunda yer alan reseptlərə böyük maraq göstərilir. 12 mindən artıq insan reseptlər üçün müraciət edib.
|
04.09.12 Məqaləni oxumaq
|
|
|
Bu il ali təhsili bitirən vətəndaşlar da dövlət qulluğuna qəbulda iştirak edəcək
|
Dövlət qulluğuna qəbula dair 2012-ci il 7, 14, 17 avqust tarixlərdə elan edilən müsabiqələrlə bağlı daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2012-ci ildə ali təhsil müəssisələrini bitirib hazırda diplom əldə etməyən vətəndaşların müsabiqədə iştirakının təmin edilməsi barədə qərar qəbul edilib. “KƏLAMİNFO” DQMK-yə istinadən xəbər verir ki, bununla bağlı olaraq Komissiyanın internet saytının “onlayn müraciət forması” bölməsindən istifadə edilərək elektron müraciət forması doldurularkən “ali təhsil” bölməsinin “2012-ci ilin məzunuyam” hissəsi aktiv edilməli və "Yadda saxla" düyməsi tıklanmalıdır ("Göndər" düyməsini tıklamaq lazım deyil!). Kağız daşıyıcılar vasitəsilə müraciət edən vətəndaşlar isə müraciət formasının ali təhsil ilə bağlı diplom məlumatlarına aid olan bölməsini boş saxlamalıdırlar.
|
04.09.12 Məqaləni oxumaq
|
|
|
Milli Məclisdə vətəndaşların qəbulu başlayıb
|
Azərbaycan Milli Məclisinin aparatında vətəndaşların qəbulu bərpa edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Avqustun 30-da deputatların məzuniyyəti bitdikdən sonra vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi sentyabr ayı üçün vətəndaşların qəbul günlərini açıqlayıb. İlk qəbul günü sentyabrın 7-dən başlayır. MM sədrinin birinci müavin Ziyafət Əsgərov vətəndaşları sentyabrın 24-də qəbul edəcək. Digər müavinlərdən Bahar Muradovanın qəbul günü sentyabrın 17-də, Valeh Ələsgərovun qəbul günü isə sentyabrın 28-dir.
|
04.09.12 Məqaləni oxumaq
|
|
|
Kompyuter oyunları üzrə 7-ci Azərbaycan milli çempionatının final mərhələsi keçirilib
|
Gənclər və İdman Nazirliyi (GİN) və Kompyuter Oyunları Milli Assosiasiyası (KOMA) tərəfindən 28-30 avqust tarixlərində kompyuter oyunları üzrə 7-ci Azərbaycan milli çempionatının final mərhələsi keçirilib. Bu barədə bizim elektron xəbər xidmətinə adıçəkilən assosiasiyanın prezidenti Ramil Əliyev məlumat verib. Onun sözlərinə görə, çempionatın 1-ci seçmə mərhələsi iyun ayında respublikanın bütün rayon və şəhərlərində, zona mərhələsi isə iyul ayında müvafiq 9 bölgədə keçirilib: В«Ümumilikdə çempionatda 2500 nəfər iştirak edib. Onlar 5 oyun növü üzrə mübarizə aparıblar.
Zona mərhələsində qalib gəlmiş iştirakçılar Bakıdakı düzənlənən final mərhələsinə vəsiqə qazanmışdılar. Finalda da qalib gələn iştirakçılar Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırıldılar. Bundan əlavə, qaliblər Koreyada keçiriləcək Dünya çempionatına və eləcə də Çində düzənlənəcək Beynəlxalq Kompyuter Oyunları çempionatına vəsiqə qazanıblarВ».
|
03.09.12 Məqaləni oxumaq
|
|
|
Pakistanda xristian qızı şəriət qanunlarını pozmağa vadar etməkdə şübhəli bilinən dini xadim həbs edilib
|
Pakistanda xristian qızı şəriət qanunlarını pozmağa vadar etməkdə şübhəli bilinən dini xadim həbs edilib. İnsident bir neçə həftə bundan əvvəl İslamabad ətrafındakı kəndlərdən birində baş verib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, sakinlər deyir ki, imam Xalid Cishi Quranın səhifələrini cıraraq qızın çantasına yığırmış və onlar bunu öz gözləri ilə görüblər. Pakistanda şəriət qanunlarını pozanları ölüm və ya ömürlük həbs gözləyir. İmamın həbsi qızın azad edilməsinə səbəb ola bilər.
Bu məsələ Pakistanda böyük müzakirələrə səbəb olub. Qızın əqli cəhətdən az inkişaf etməsi məsələni daha da kəskinləşdirib.
|
03.09.12 Məqaləni oxumaq
|
|
|
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Türkiyədədir
|
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Devid Petreus Türkiyədədir. Devid Petreus ABŞ Hava Qüvvələrinə məxsus hərbi təyyarəylə İstanbula gəlib. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, MKİ rəhbərinin İstanbuldakı proqramıyla bağlı açıqlama verilməyib. Petreusun gündəliyində Suriyadakı son proseslər və PKK terror təşkilatının olduğu bildirilir.
|
03.09.12 Məqaləni oxumaq
|
|
|
Xorvatiyanın keçmiş baş nazirinə qarşı yeni ittiham irəli sürülüb
|
Xorvatiyanın keçmiş baş naziri İvo Sanaderə qarşı yeni ittiham irəli sürülüb. O, korrupsiya yolu ilə təxminən 3 milyon dolları mənimsəməkdə ittiham olunur. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Sanader 3 nəfərlə birlikdə hökumət fondlarından istifadə edərək bazar qiymətindən ucuz daşınmaz əmlak alıb.
Bu, ona qarşı irəli sürülən 5-ci ittihamdır. 59 yaşlı Sanader 2003-2009-cu illərdə baş nazir olub. Prokurorluq deyir ki, o bu, müddət ərzində əyri yollarla 15 milyon dollar əldə edib. Sanader bütün ittihamları rədd edir.
|
03.09.12 Məqaləni oxumaq
|
|
|
Türkiyədə PKK terrorçuları ilə atışmada 9 əsgər şəhid olub
|
PKK terrorçuları Türkiyənin Şırnak vilayətinin Beytüşşəbah rayonunda hərbi şəhərciyə və polis postlarına basqın ediblər. Hücum zamanı qumbaraatanlardan və avtomat silahlardan istifadə edilib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçularla baş verən atışmada 9 əsgər və polis şəhid olub, 20-dən çox PKK yaraqlısı məhv edilib.
|
03.09.12 Məqaləni oxumaq
|
|
|
TQDK nəticələri yaxın günlərdə elan edəcək
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisastəhsili müəssisələrinə qəbul imtahanı keçirib. Qəbul imtahanı Bakı şəhəri ilə yanaşı Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində də keçirilib. Bu barədə məlumatı ”KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahanın gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin normal qaydada imtahan vermələri üçün hər cür şərait yaradılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
|
03.09.12 Məqaləni oxumaq
|
|
|
BDU-nun bir qrup alimi Finlandiyada keçirilən beynəlxalq seminarda iştirak edir
|
Bu günlərdə Finlandiyanın Oulu şəhərində Avropa Birliyinin 7-ci Çərçivə Proqramı üzrə NAPEP layihəsinin (EU FP7-INCO-2010-6 project “Elektronika və fotonika üçün nanotexnologiya platformaları”) iştirakçılarının növbəti seminarına başlanılıb. Seminarda Bakı Dövlət Universitetinin əməkdaşları-layihə rəhbəri Mustafa Muradov, prof. İradə Əliyeva, prof. Sofya Fiqarova, prof. Rəna Qasımova, dos.Hüseyn Məmmədov və aparıcı elmi işçi Qönçə Eyvazova iştirak edirlər. Məlumatı “KƏLAMİNFO”ya BDU-nun mətbuat və informasiya şöbəsindən veriblər. Finlandiyanın Oulu, Macarıstanın Szeged və ABŞ-ın Rice Universitetinin professor-müəllim heyəti və doktorantlarının iştirakı ilə keçirilən seminarda metal nanohissəciklərin, karbon nano-boruların elektrik xassələrinə, nanomaterialların dizayn və istifadəsinə və digər aktual problemlərə həsr olunan mühazirələr dinləniləcək.
Seminar bu gün başa çatır.
|
03.09.12 Məqaləni oxumaq
|
|
|
|