|
Səhifələr : # 7 8 9 10 11 12 13 14 15 #
|
QHT sektorunun inkişafı ilə bağlı Milli Fəaliyyət Proqramı hazırlanır
|
Bu gün Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında hazırlanan “QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın layihəsi tanınmış QHT mütəxəssislərindən ibarət işçi qrup tərəfindən müzakirə edilib. Şuradan “KƏLAMİNFO”ya verilən məlumata görə, müzakirələrdə sədr Azay Quliyev bildirib ki, cari ilin 25 mayında yaradılan işçi qrup Proqramın əsas layihə müddəalarını hazırlayıb və sənəd üzvlər arasında paylanıb. A.Quliyev qeyd edib ki, Proqram layihəsi ölkənin QHT sektorunun bütün mənzərəsini tam əks etdirir və onun növbəti mərhələdə ayrı-ayrı sahələr üzrə işlənərək təkmilləşdirilməsi üçün işçi qrup üzvləri arasında konkret iş bölgüsünün aparılması vacibdir.
“QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın təqdim edilən layihə əsasında işçi qrup üzvləri tərəfindən ayrı-ayrı istiqamətlər üzrə işlənərək təkmilləşdirilməsi məqsədəuyğun sayılıb. Proqramın ilk variantının 30 sentyabrda müzakirəyə təqdim olunması qərara alınıb. Sənəd üzərində iş yekunlaşdıqdan sonra onun ictimai müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.
|
12.09.12 Məqaləni oxumaq
|
|
|
Aleksandr Lukaşeviç: “NATO Gürcüstan müharibəsindən yetərli dərs çıxarmayıb”
|
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç deyib ki, NATO Gürcüstan müharibəsindən yetərli dərs çıxarmayıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, NATO baş katibi Anders Foq Rasmussenin Tbilisidə dediyi “Gürcüstanın evi NATO-dur” açıqlamasına belə münasibət bildirib. Rusiya rəsmisi deyib ki, bu cür bəyanatlar NATO-nun 2008-ci ildəki müharibədən dərs çıxarmadığını və Gürcüstanı yanlış yola çəkməkdə davam etdiyini göstərir. Rusiya iddia edir ki, Gürcüstanın NATO-ya üzvlüyü regionda sabitliyi və qüvvələr nisbətini poza bilər.
|
12.09.12 Məqaləni oxumaq
|
|
|
Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri ötən il ümumilikdə 1671 medal qazanıblar
|
Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri 2011-2012-ci dərs ilində respublika birincilik və çempionatlarında 315 qızıl, 235 gümüş, 1121 bürünc olmaqla, ümumilikdə 1671 medal qazanıblar. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, idman məktəblərinin yetirmələri milli yığma komandaların tərkibində Avropa, dünya birinciliklərində və beynəlxalq turnirlərdə 62 qızıl, 47 gümüş, 92 bürünc medal əldə ediblər.
Onu da qeyd edək ki, ölkə üzrə fəaliyyət göstərən 375 məktəbdənkənar təhsil müəssisəsində maraq və qabiliyyətlərinə uyğun olaraq 226537 şagird müxtəlif dərnəklərə cəlb olunub.
|
12.09.12 Məqaləni oxumaq
|
|
|
Lavrov və Klinton Bakı ilə Yerevan arasında gərginliyi aradan qaldırmağa çalışırlar
|
“Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Hillari Klinton Bakı ilə Yerevan arasında gərginliyi BMT Baş Assambleyasının iclasına qədər aradan qaldırmağa çalışırlar”. “KƏLAMİNFO” ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Dövlət Departamentinin yüksək rütbəli əməkdaşı bildirib.
Qeyd edək ki, Baş Assambleyanın iclası sentyabrın 18-də start götürəcək.
|
12.09.12 Məqaləni oxumaq
|
|
|
Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxanda səfərdədir
|
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərində səfərdədir. “KƏLAMİNFO” Həştərxan Qubernatorluğunun rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Ə.Həsənov Həştərxanın qubernatoru Aleksandr Jilkin ilə görüşüb. Görüşdə tərəflər Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda tikiləcək bir neçə obyektin açılışı məsələlərini müzakirə ediblər. Bunlar arasında Rusiya Azərbaycan Dostluq Körpüsünün və “Arzu” uşaq şəhərciyinin açılış mərasimi sabah baş tutacaq. Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya üzrə nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın da iştirakı gözlənilir.
|
12.09.12 Məqaləni oxumaq
|
|
|
Mübariz Qurbanlı: “Azərbaycan öz təhlükəsizliyini qorumağa qadirdir”
|
«ASALA erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Vaxtilə Türkiyə qarşı yaradılmış bu terror təşkilatı xeyli zamandır fəaliyyət göstərmirdi. İndi ASALA hansısa qüvvələr tərəfindən yenidən dirildilib». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bəzi dairələr ASALA-nı regionda alətə çevirmək istəyirlər. Onun sözlərinə görə, amma bu gün dünya dəyişir, terrorun hamı üçün təhlükə olduğu dərk olunur.
|
12.09.12 Məqaləni oxumaq
|
|
|
Rasim Ağayev: “Vaxt gələcək Ermənistan özü yalvaracaq”
|
“Ermənistanın Macarıstanla əlaqələr kəsməsi bu dövlətin növbəti ciddi səhvlərindən biridir. Ona görə də bir müddət sonra Ermənistan özü Macarıstanla diplomatik əlaqələri bərpa etmək üçün yalvaracaq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib.
Politoloq deyir ki, Ermənistanın belə “özündən çıxması” yersizdir, çünki Macarıstan qanunvericiliyi Avropa standartlarına tam olaraq uyğundur: “Bilirsiniz ki, Norveçdə Breyvik 77 nəfəri qətlə yetirdiyinə görə cəmi 21 il aldı, Ramil Səfərov isə onun millətini, ölkəsini, bayrağını təhqir edən şəxsi öldürdüyünə görə ömürlük həbs cəzası almışdı. Breyvik hadisəsindən sonra Avropa Birliyi ölkələri öz qanunvericiliyinə yenidən nəzər yetirdi.
|
12.09.12 Məqaləni oxumaq
|
|
|
Media qurumları və xəbər saytlarının monitorinqinə başlanıb
|
Azərbaycan Dil Qurumu İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu gündən mətbuatın monitorinqinə başlayır. İB-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinq sentyabrın 17-dək davam edəcək.
Dilçi alimlər və mütəxəsislərin iştirakı ilə keçirilən monitorinqə aparıcı media qurumları və xəbər saytları cəlb olunub. Monitorinqin nəticələrinə əsasən, Azərbaycan dil normalarını əməl etmə baxımından media qurumlarının reytinqi açıqlanacaq. Nəticələr sentyabrın 20-dən sonra elan olunacaq.
|
12.09.12 Məqaləni oxumaq
|
|
|
Prezident Qəbələ rayonunda səfərdədir
|
Prezident İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ rayonuna gəlib. “KƏLAMİNFO” xəbər verir ki, bu gün dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.
|
12.09.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 7 8 9 10 11 12 13 14 15 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|