Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2012
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər verilir
    Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Milli arxiv fondu” haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, dəyişiklik barədə məlumat verən komitə sədri Nizami Cəfərov bildirib ki, bu, dəyişiklik Milli Məclisə Azərbaycan Prezidentinin imzası ilə daxil olub. Dəyişikliyə əsasən fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər verilir. Qanunun 8 maddəsində əlavə olaraq göstərilir ki, milli təhlükəsizlik, sərhəd xidməti, mirqasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər orqanları və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə yanaşı, fövqəladə hallar orqanlarında da arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçiriləcək. Müzakirələr zamanı deputat Rəfael Hüseynov bildirib ki, bu qanuna gələcəkdə də əlavə dəyişiklər edilməsi vacibdir: “Yəni həmin arxivlərdə elmi-tədqiqat işlərinin aparılması üçün qanunda dəyişikliklər edilməlidir”. Müzakirələrdən sonra dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu.
    19.09.12 Məqaləni oxumaq
     
    Milli Məclisin Mədəniyyət komitəsinin gündəliyi müzakirə olunub
    Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında payız sessiyasının gündəliyi müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, gündəlik barədə komitə sədri Nizami Cəfərov məlumat verib. O qeyd edib ki, komitənin payız sessiyası çərçivəsində gündəliyinə “Mədəniyyət haqqında” (ikinci oxunuş), “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” (birinci oxunuş) qanun layihələri daxil edilib. Bundan başqa, komitə “Aşıq sənəti haqqında” qanun layihəsini də müzakirə etməyi planlaşdırır.
    19.09.12 Məqaləni oxumaq
     
    İtaliya parlamentində Xocalı soyqırımı haqqında təqdimat olub
    İtaliyanın Azad Xalq Partiyasından olan deputat Del Tenno Maurizio 8 avqust 2012-ci il tarixində Xocalı faciəsinin tanınması ilə əlaqədar ölkə parlamentində təqdimat keçirib. Həmin təqdimat parlamentin 40-dək deputatı tərəfindən müdafiə olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat İtaliya parlamentinin deputatı Del Tenno Maurizionun YAP-ın sədr müavini Əli Əhmədova göndərdiyi məktubda öz əksini tapıb. Verilən məlumata görə, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupu rəhbərliyinin apardığı işlər nəticəsində qeyd olunan təqdimatı dəstəkləyən deputatların sayı getdikcə artmaqdadır. Qeyd edək ki, bu ilin mart ayının 12-14-də Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Azad Xalq Partiyasının rəhbəri, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ilə Milan şəhərində görüşü keçirilib. Məhz həmin görüşdə Azad Xalq Partiyasının sədri partiyasından olan nümayəndələrə İtaliya parlamentində Xocalı faciəsinin tanınması istiqamətində fəaliyyət göstərməyi tapşırıb. Qeyd olunan təqdimat da məhz həmin göstərişin məntiqi davamıdır.
    19.09.12 Məqaləni oxumaq
     
    İranla İsrailə hədiyyə vermədi
    Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) illik yığıncağında maraqlı hadisə baş verib. “KƏLAMİNFO” xəbər verir ki, İran agentliyinə üzv olan 155 ölkəyə bir qutu şam fıstığı və sentrifuqa şəklində lazer oyuncağı hədiyyə edib. Ancaq dünya ictimaiyyətini İranın nüvə proqramına qarşı “qırmızı xətt” çəkməyə çağıran İsrailə hədiyyə verilməyib.
    18.09.12 Məqaləni oxumaq
     
    Məcburi köçkün gənclər üçün sayt yaradılacaq
    Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin virtual informasiya mərkəzi” adlı layihənin icrasına başlayıb. İB-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihədə məqsəd məcburi köçkün gənclər üçün virtual mərkəz kimi informasiya xarakterli sayt yaratmaq və işğal olunan ərazilərdən olan gəncləri bu saytın vasitəsilə bir yerə toplamaq, onları bir-birinə tanıtmaqdır. Bu saytda xaricdə təhsil alan, idmanda nailiyyəti olan, ictimai aktivliyi ilə seçilən, elmdə uğurlar qazanan, vətənin bütövlüyü uğrunda qəhrəmanlıq göstərən məcburi köçkün gənclər haqqında mütəmadi informasiyalar veriləcək.
    18.09.12 Məqaləni oxumaq
     
    Azərbaycan və Fransa prezidentləri Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılışına qatılıblar
    Bu gün Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa Prezidenti Fransua Olland mərasimdə iştirak ediblər. Dövlət başçısını və xanımını Fransa Prezidenti Fransua Olland qarşılayıb. Tədbirdə çıxış edən Luvr muzeyinin baş direktoru Anri Luerett bildirib ki, Fransa bütün mədəniyyətlərin, o cümlədən İslam incəsənətinin qorunub saxlanmasına böyük diqqət göstərir. Bu baxımdan Luvr muzeyi hazırda mədəniyyətlərarası dialoqun əldə olunmasında mühüm rol oynayır. Yeni zallar isə İslam sivilizasiyasının mühüm cəhətləri ilə tanış olmaq imkanı yaradır.
    18.09.12 Məqaləni oxumaq
     
    ABŞ və Yaponiya anlaşdı
    ABŞ və Yaponiya raket-müdafiə sistemləri ilə bağlı məsələdə razılığa gəlib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Leon Panetta amerikalı və yapon rəsmilərin Yaponiyada qurulacaq ikinci raket-müdafiə sistemi ilə bağlı məsələdə razılaşdığını bildirib. Yapon rəsmilər də radar sisteminin Çinə qarşı olmadığını, Şimali Koreya təhdidinə qarşı bölgənin qorunması məqsədi daşıdığını söyləyiblər.
    18.09.12 Məqaləni oxumaq
     
    Rəqabət Məcəlləsi bu il qəbul oluna bilər
    Bu il Azərbaycanda Rəqabət Məcəlləsinin hazırlanıb başa çatdırılması gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mili Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. O qeyd edib ki, bu məcəllə Azərbaycanın iqtisadi inkişafı üçün zəruridir və qəbul edildiyi təqdirdə rəqabət sahəsində ciddi yeniliklərə səbəb olacaq: “Mən bu haqda müvafiq qurumlarla, o cümlədən iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə də danışmışam. Qərara almışıq ki, bu sessiyada məcəllə üzərində müzakirələri gücləndirək və bu il hazırlayıb başa çatdıraq”. Məcəllə komitənin payız sessiyasının gündəliyinə də salınıb.
    18.09.12 Məqaləni oxumaq
     
    Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Bakıdadır
    Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri İsmayıl Alpər Coşqun Bakıya gəlib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Türkiyənin Azərbaycandakı səfirliyindən veriblər. Səfir etimadnaməsini Azərbaycan prezidentinə təqdim etdikdən sonra rəsmən fəaliyyətə başlayacaq. Qeyd edək ki, bu ilin aprel ayında Türkiyə prezidenti Abdulla Gül İsmayıl Alpər Coşqunun Azərbaycanda səfir təyin edilməsi barədə sərəncam imzalayıb.
    18.09.12 Məqaləni oxumaq
     
    Prezident Fransaya işgüzar səfərə yola düşüb
    Prezident İlham Əliyev bu gün Fransaya işgüzar səfərə yola düşüb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
    18.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « Sen.2012
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930