|
Prezident Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb
|
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. “KƏLAMİNFO” xəbər verir ki, fərmanla “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnamə”si, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu” və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları” təsdiq edilib Dövlət Agentliyinin işçilərinin say həddi 120 ştat vahidi müəyyənləşdirilib.
Dövlət orqanlarına “ASAN xidmət” mərkəzlərində nəzərdə tutulan xidmətlərin həyata keçirilməsi tapşırılıb.
|
07.09.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan məktəblərin sayı 1200-ə çatdırılıb
|
2011-2012-ci tədris ilində elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi və İKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatdırılıb. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Bir şagird - bir kompyuter” layihəsi çərçivəsində 2000 nəfər şagirdə netbuk verilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Distant Təhsil Mərkəzi yaradılıb və müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az təhsil portalı istifadəyə verilib. Daha 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulub.
|
07.09.12 Məqaləni oxumaq
|
|
|
Ərdoğan: “Bütün bölgədə qiyamət qopar”
|
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyada 18 aydır davam edən böhran və İranın nüvə proqramı ilə bağlı açıqlamalar verib. “KƏLAMİNFO” xəbər verir ki, Ərdoğan İstanbulda CNN televiziyasının məşhur aparıcısı Kristian Amanpurun suallarını cavablandırıb. Baş nazir hazırda Amerikadan gözlənilən çox şey olduğunu, ancaq Amerikanın hələ bu gözləntiləri yerinə yetirmədiyini söyləyib. Ərdoğan amerikalıların bunun səbəbi haqda hər hansı açıqlama vermədiyini bildirib və “bəlkə də səbəb Amerikadakı seçkilərdir” deyib.
Türkiyə hökumətinin rəhbəri eyni zamanda Vaşinqtona Suriya rejiminə qarşı olduğunu açıqladığı üçün minnətdar olduqlarını söyləyib. Baş nazir qeyd edib ki, yalnız Türkiyə üçün deyil, bütün bölgə və dünya üçün ən böyük təhlükə kütləvi qırğın silahlarından və kimyəvi silahlardan istifadə olunmasıdır.
İsrailin İrana hücum ehtimalıyla bağlı suala cavabında isə Ərdoğan buna inanmadığını deyib: “İsrailin böyük hücum təşkil edəcəyinə inanmıram. Bu, zəif ehtimaldır. Əks təqdirdə bütün bölgədə qiyamət qopar”.
|
07.09.12 Məqaləni oxumaq
|
|
|
Cəza çəkməkdən azad edilən gənclərin məşğulluğunun artırılması istiqamətində iş aparılacaq
|
“Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə “İkinci Şans” layihəsinin icrasına başlayıb. İB-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu layihə çərçivəsində ölkəmizdə ilk dəfə olaraq penitensiar müəssisələrdən azad edilən gənclərin məşğulluğunun artması istiqamətinə tutarlı və kompleks işlər aparacaq.
Qeyd edilib ki, penitensiar müəssisələrdən azadlığa buraxılan gənclər bir çox hallarda cəmiyyətə inteqrasiya prosesində rastlaşdıqları çoxsaylı problemlər səbəbindən yenidən cinayət törədərək təkrarən məhkumluq həyatı yaşamalı olurlar. “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin apardığı araşdırmalara görə, əvvəllər məhkumluğu olan gənclərin azadlıqda rastlaşdıqları ən ciddi problem məşğulluqdur: “Məhz bu səbəbdən birliyin növbəti layihəsi sırf bu istiqamətə yönəlib”.
|
07.09.12 Məqaləni oxumaq
|
|
|
Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır
|
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, atışmalar əsasən Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Ağdam rayonunun Mərzili, Cəvahirli, Şıxlar; Goranboy rayonunun Tapqaraqoyunlu; Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Xocavənd, Goranboy, Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb. Düşmən cavab atəşi ilə susdurulub.
|
07.09.12 Məqaləni oxumaq
|
|
|
Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair nəşrlər çap edilib
|
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə koalisiya şəklində hazırladıqları “Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə BMT komitəsinə nativ hesabatın hazırlanması və təqdim edilməsi”, “Qadınlarla bağlı məsələlərin həllində və qərar qəbuletmədə vətəndaş iştirakçılığı ilə bağlı siyasət sənədi” və “Stereotipləri qıraq! Qadın polisləri ilə bağlı miflər” adlı nəşrləri təqdim edib.
|
06.09.12 Məqaləni oxumaq
|
|
|
Litvanın daxili işlər naziri Azərbaycanda səfərdədir
|
Litvanın daxili işlər naziri Arturas Melianas Azərbaycanda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, latviyalı nazir bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər Xiyabanına gələn litvalı qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
|
06.09.12 Məqaləni oxumaq
|
|
|
Toru Kajivara: “Azərbaycanda seysmoloji tədqiqatlar çox yüksək səviyyədə aparılır”
|
Yaponiyanın OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivaranın rəhbərlik etdiyi nümüyəndə heyəti Azərbaycana səfəri çərçivəsində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Bakı stansiyasında olublar. Məlumatı “KƏLAMİNFO”ya AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən veriblər.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli yaponiyalı seysmoloqlara stansiyanın işi barəsində ətraflı məlumat verib. Qonaqlara bildirilib ki, mərkəzin hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən 31 telemetrik peyk rabitəsi ilə işləyən stansiyalarından gələn siqnallar Bakı stansiyasında toplanılır və emal edilir.
|
06.09.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycan və ABŞ arasında İKT sektorunda əməkdaşlıq perspektivləri müzakirə olunacaq
|
Sentyabrın 10-da Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək. Amerika-Azərbaycan Ticarət Palatasından “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə hökumət və informasiya texnologiyalarının özəl sektoru arasında dialoqun qurulması və münasibətlərin inkişafına yardım məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Tərəflər arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək.
|
06.09.12 Məqaləni oxumaq
|
|
|
|