|
Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
“Dindarlar sülhün carçılarıdır” mövzusunda konfrans keçirilib
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Sülh aylığı” çərçivəsində sülh və insan hüquqlarının təbliği, din sahəsində dözümlülüyün, dinlərarası dialoqun gücləndirilməsi, ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin möhkəmləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib. DQİDK-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Kürdəmir şəhərində din xadimləri və ağsaqqalların iştirakı ilə “Dindarlar sülhün carçılarıdır” mövzusunda konfrans keçirilib. Tədbirdə dinlərin əsasını təşkil edən sülh və ədalət prinsiplərinin insanlar arasında təbliğindən, eyni zamanda, dinin terror və hər cür zorakılıq təzahürlərindən uzaq olması barəsində maarifləndirmə işində dindarların verə biləcəyi töhfələrdən geniş söhbət açılıb. Dövlət Komitəsi eyni mövzuda Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə rayon ictimaiyyətinin iştirakı ilə Heydər Əliyev İdarəçilik Universitetində “Dəyirmi masa”, Ağcabədi rayonunda ağsaqqallar və ziyalıların iştirakı ilə seminar-treninq, Quba rayonunda isə dindarların iştirakı ilə seminar keçirib.
|
14.09.12 Məqaləni oxumaq
|
|
|
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xan sarayında olublar
|
Bu gün Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan Şəki Xan sarayı ilə tanış olublar. “KƏLAMİNFO” xəbər verir ki, Mehriban Əliyevaya və Əminə Ərdoğana gül dəstələri təqdim olunub.
Əvvəlcə Şəki Xan sarayının önündə xatirə şəkli çəkdirilib. Sarayla tanışlıq zamanı məlumat verilib ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, “Yuxarı başвЂќ Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təqribən 1762-ci ildə tikilmişdir. İnşaat texnologiyasına görə Xan sarayının dünyada bənzəri yoxdur. Tikinti zamanı mismar və yapışqandan istifadə olunmayıb.
|
14.09.12 Məqaləni oxumaq
|
|
|
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Dəməşqə gedir
|
Bu gün BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi Dəməşqə gedir. Bu onun Suriyaya ilk səfəridir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, sabah onun prezident Bəşər Əsədlə görüşəcəyi gözlənilir. Əsas müzakirə Suriyadakı daxili münaqişə olacaq. Brahimi bildirib ki, bu, fövqəladə və mürəkkəb məsələdir.
Suriyada isə müxtəlif şəhərlərdə hökumət qoşunları ilə üsyançılar arasında döyüşlər davam edir. İdlib şəhərindəki döyüşlərdə 20 hərbçinin öldürüldüyü bildirilir. Hələbdə isə beynəlxalq aeroportda döyüşlər gedir. Hüquq müdafiəçilərinin məlumatına görə, dünən gedən döyüşlərdə 80-dən çox adam ölüb.
|
13.09.12 Məqaləni oxumaq
|
|
|
Liviyadakı ABŞ konsulluğuna hücumda yerli gözətçilər də ölüb
|
Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna edilmiş hücumda 4 ABŞ diplomatının ölümündən başqa, konsulluğun 10-dək yerli gözətçisi ölüb və ya yaralanıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə Liviyanın BMT-dəki daimi nümayəndəsinin müavini İbrahim Dabbashi məlumat verib.
Hücum zamanı ABŞ-ın bu ölkədəki səfiri Kristofer Stiven və səfirliyin digər 3 əməkdaşı ölüb. Hücuma səbəb Birləşmiş Ştatlarda Məhəmməd peyğəmbər barədə çəkilmiş film olub.
|
13.09.12 Məqaləni oxumaq
|
|
|
Yaponiyanın xarici işlər naziri Elmar Məmmədyarova təbrik məktubu göndərib
|
Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlaqədar Yaponiyanın xarici işlər naziri Koiçiro Qemba Azərbaycanlı həmkarı Elmar Məmmədyarova təbrik məktubu göndərib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, təbrik məktubunda iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə mövcud münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb və bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Azərbaycanı Yaponiyanın Cənubi Qafqazda ən əsas partnyoru adlandıran Yaponiya xarici işlər naziri siyasi və iqtisadi sahədə yaxın əməkdaşlıq münasibətlərinin mövcudluğundan məmnunluğunu qeyd edib.
Həmçinin cari ilin mart ayında Yaponiyada baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın dövlət başçısının başsağlığı mesajına və göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.
|
13.09.12 Məqaləni oxumaq
|
|
|
Elman Abdullayev: “Dünya ictimaiyyəti terror təhdidlərinə təcili reaksiya verməlidir”
|
“Azərbaycan terrorla aktiv mübarizə apardığı bir vaxtda erməni terror təşkilatı Azərbaycan və Türkiyə diplomatlarına qarşı açıq terror təhdidləri ilə çıxış edir. Az öncə ASALA, indi isə Nor ASALA təşkilatının hədələri buna bariz misaldır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
O qeyd edib ki, bu təhdidlər cəzasız qalmamalıdır və dünya ictimaiyyəti təcili buna reaksiya verməli, konkret mövqelərini ortaya qoymalı, erməni terrorizminə qarşı birgə səy göstərməlidir: “Azərbaycan terrora qarşı mübarizəsini bundan sonra da davam etdirəcək. Əgər Ermənistan terror yolunu seçibsə, Azərbaycan da terrora qarşı mübarizə metodunu seçib”.
|
13.09.12 Məqaləni oxumaq
|
|
|
Diplomatlarımızı hədələyən ASALA-nın yeni variantıdır
|
Nor ASALA (yeni ASALA) adlı erməni təşkilatı tərəfindən Azərbaycanın xaricdəki bir sıra diplomatik nümayəndəliklərinə terror hədəsi ilə dolu məktublar daxil olub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
Məktubda azərbaycanlı zabit Ramil Səfərovun əfv olunmasına, eyni zamanda guya tarix boyu “erməni soyqırımı”na cavab olaraq türk və azərbaycanlı diplomatlar hədəf götürülüb. O da qeyd olunur ki, bu təşkilat erməni terror təşkilatı ASALA-nın yeni variantıdır və Livanda yaranan bu təşkilat İranın dəstəyi ilə formalaşıb.
Məktub 11 bənddən ibarətdir və hər bənd ayrı-ayrı hədələrə əsaslanıb.
|
13.09.12 Məqaləni oxumaq
|
|
|
Mədəniyyət və Turizm Nazirliyi əhaliyə xəbərdarlıq edir
|
Turizm mövsümündə biletlərin satışı ilə məşğul olan şirkətlərin fəaliyyətində qeydə alınmış şikayətlər və dələduzluq halları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi monitorinq aparıb. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu faktlar turizm fəaliyyətinə lisenziyası olmayan və fəaliyyətlərini qanunvericiliyə zidd şəkildə həyata keçirən şirkətlərdə aşkar edilib. Nazirlik bu cür xoşagəlməz halların qarşısını almaq üçün turizm xidmətlərindən istifadə edən vətəndaşları xəbərdar edir ki, turizm şirkətlərindən turizm fəaliyyəti üçün qüvvədə olan lisenziyanın təqdim edilməsini tələb etsinlər.
Qeyd edək ki, vətəndaşlar bu istiqamətdə neqativ faktlar aşkar etdikdə, nazirliyin 147 qaynar xəttinə müraciət edə və yaxud nazirliyin saytına (www.mct.gov.az) müvafiq məlumatları göndərə bilərlər.
Xatırladaq ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin istehlakçıların hüquqlarının qorunması və bu hüquqların pozulması hallarının aşkar edilməsi məqsədilə monitorinqlər davam edir.
|
13.09.12 Məqaləni oxumaq
|
|
|
Leyla Əliyeva Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün açılışında iştirak edib
|
Bu gün Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva iştirak edib.
Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri açılış mərasimində iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin Həştərxanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə güllər qoyublar. Körpünün inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib. Ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin rəmzinə çevrilən körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib. Piyadalar üçün Dostluq körpüsü Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Körpünün sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri – Qız qalası və Həştərxan Kremli əks olunub.
|
13.09.12 Məqaləni oxumaq
|
|
|
|
|
Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|