|
Səhifələr : # 6 7 8 9 10 11 12 13 14 #
“İRƏLİ” İB “XXI əsrin liderləri” beynəlxalq yay düşərgəsinə yollanacaq
|
Rusiyanın Rostov şəhərində Rusiya Gənclər İttifaqı tərəfindən “XXI əsrin liderləri” yay düşərgəsi keçiriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, Azərbaycanı bu tədbirdə “İRƏLİ” İctimai Birliyinin üzvlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, düşərgənin keçirilməsində əsas məqsəd dünyanın gənc liderlərini gənclərlə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparmaq, eyni zamanda yeni əməkdaşlıqların qurulmasıdır.
Düşərgə müddətində gənclərə müxtəlif mövzularda seminar, təlim və praktiki çalışmalar keçiriləcək.
Yay düşərgəsi 5-11 avqust 2012-ci il tarixində keçiriləcək.
|
03.08.12 Məqaləni oxumaq
|
|
|
Putin: “NATO öz məqsədinə nail olanadək Əfqanıstanda qalmalıdır”
|
“NATO öz məqsədinə nail olanadək Əfqanıstanda qalmalıdır”. Bunu Rusiya prezidenti Vladimir Putin Ulyanovska səfəri zamanı deyib. Onun sözlərinə görə, Əfqanıstandakı əməliyyatlarda iştirak edən ölkələrin buranı necə tərk etmək haqqında fikirləşməsi kədər doğurur. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o təklif edib ki, NATO ölkələri öhdələrinə götürmüş yükü sona çatdırsınlar.
NATO bayrağı altında Əfqanıstanda olan ölkələrin əksəriyyətinin 2014-cü ilin sonuna qədər buranı tərk etməsi gözlənilir.
|
03.08.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda son 6 ayda 5,4 min boşanma halı qeydə alınıb
|
Bu ilin 6 ayı ərzində Azərbaycanda 40,4 min nikah və 5,4 min boşanma halı qeydə alınıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Dövlət Statistika Komitəsindən veriblər.
Ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfəri hesabı ilə nikah və boşanmaların sayı eyni səviyyədə (8,9 faiz və 1,2 faiz) qalıb.
|
03.08.12 Məqaləni oxumaq
|
|
|
Mübariz Əhmədoğlu: “Moskva Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyindən uzaqlaşır”
|
“Artıq vaxt keçdikcə Rusiya Ermənistanın ikibaşlı oyunlarının antirusiya xarakterini daha çox anlayır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Onun fikrincə, Ermənistan Moskvanın əlində alət olsa da, buna baxmayaraq, son zamanlar Rusiya İrəvana qarşı təzyiqlərini bütün formalarda gücləndirir. M.Əhmədoğlu deyir ki, Rusiya Ermənistanı MDB məkanında təklif etdiyi inteqrativ layihələrə üzvlüyə açıq şəkildə təhrik edir, Ermənistan iqtisadiyyatının daha çox seqmentlərini öz təsiri altına almağa başlayır: “Bu gün Rusiya hərbiçiləri Ermənistanın daxilində xeyli aktivləşib. Moskva Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyindən uzaqlaşır. Ermənipərəst Rusiya politoloqları Qarabağ məsələsində Ermənistanın xeyrinə hər cür şərh verməklə yanaşı, indiki dövrdə Ermənistanın Rusiyadan uzaqlaşmasının onun üçün təhlükəli olacağını da bildirirlər”.
|
03.08.12 Məqaləni oxumaq
|
|
|
Mədəniyyət və Turizm Nazirliyi yaxın günlərdə e-hökumət portalına tam inteqrasiya olunacaq
|
Mədəniyyət və Turizm Nazirliyi (MTN) üçün server otağı tikilərək istifadəyə verilib. Bu, “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulmaq, serverlərin saxlanılması, xidmətlərin göstərilməsi, daxili informasiyanın qorunması üçün istifadə olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqramlar təminatı şöbəsinin müdiri Qabil Abbasov “İCTnews”a bildirib. Q.Abbasov qeyd edib ki, təmsil etdiyi nazirlik bir neçə “elektron imza” alıb. Eyni zamanda 20-dək “e-imza”nın alınması üçün sifariş verib. Nazirliyin yeni elektron xidmətlər saytını (e-services.mct.gov.az) yaratdığını önə çəkən Q.Abbasovun sözlərinə görə, burada turizm sahəsi üzrə 12 elektron xidmət göstərilir: “Hazırda vətəndaşlar heç bir maneə ilə üzləşmədən bu xidmətlərdən istifadə edə bilərlər. Onu da qeyd edim ki, mədəniyyət sahəsi üzrə də elektron xidmətlər hazırlanır və yaxın zamanlarda onlar da sayta yüklənəcək”.
|
03.08.12 Məqaləni oxumaq
|
|
|
Putin qeyri-rəsmi səfərlə Londona gedib
|
Rusiya prezidenti Vladimir Putin bu gün qeyri-rəsmi səfərlə Londona yola düşüb. O, Rusiya Olimpiya yığmasının cüdo yarışlarına qatılmaq qərarına gəlib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Putin kişilər və qadınlar arasında 100 kq. çəki dərəcəsində yarışacaq Rusiya idmançılarının mübarizəsinə baxacaq.
Qeyd edək ki, Putin cüdo üzrə qara kəmər ustasıdır və Sankt-Peterburqun çempionu olub. O, hətta bu idman üzrə bir neçə videokurs hazırlayıb.
|
02.08.12 Məqaləni oxumaq
|
|
|
Rusiya və Ermənistan prezidentləri Moskvada görüşəcək
|
Rusiya və Ermənistan prezidentləri Vladimir Putin ilə Serj Sarkisyan avqustun 8-də Moskvada görüşəcək. “KƏLAMİNFO RİA “Novosti”yə istinadən xəbər verir ki, tərəflərin görüşü zamanı ikitərəfli siyasi, humanitar və ticari-iqtisadi sahələrdə əməkdaşlığın əsas məsələləri müzakirə ediləcək. Bundan başqa, görüşdə Rusiya və Ermənistanın Avrasiya inteqrasiya prosesləri, MDB və KTMT, eləcə də gündəmin aktual beynəlxalq və regional mövzuları və Qafqazdakı vəziyyətə dair fikir mübadiləsi aparılacaq.
|
02.08.12 Məqaləni oxumaq
|
|
|
Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi açılıb
|
Bu gün Mingəçevirdə Gənclər üçün Təhsil Mərkəzinin yeni Regional Ofisi açılıb. Mərkəzin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, ofisin rəhbəri Tural Kərimov yeni məkanın açılması zərurətindən danışarkən bildirib ki, yeni məkan əsasən gənclərin tələbatını ödəmək üçün yaradılıb və burada gənclərin asudə vaxtının səmərəli keçməsi üçün hər bir şərait mövcuddur.
Mərkəzin təsisçisi Vüsal Quliyev isə Mingəçevir şəhərində gənclərin daha da fəal olmasında maraqlı olduqlarını və belə ofislərinin ölkənin bir çox şəhərlərində yaradılacağını dilə gətirib.
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramiz Əliyev isə gənclərə hər zaman dəstək olacaqlarını vurğulayıb.
Yeni Regional Ofisdə gənclər üçün kompüter, internet, xarici dil kursları, maraq kursları, idman, mədəniyyət, musiqi və s. klubları fəaliyyət göstərir.
|
02.08.12 Məqaləni oxumaq
|
|
|
“Avropa İttifaqının Azərbaycan ilə bağlı mövqeyində kifayət qədər dəyişiklik var”
|
“Əvvəlki illərdən fərqli olaraq indi Avropa İttifaqı Azərbaycanla münasibətlərə daha çox xüsusi önəm verir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Aİ prezidenti H.V.Pompeyin Bakıda olarkən verdiyi bəyanatlar İttifaqın Azərbaycan ilə bağlı mövqeyində kifayət qədər dəyişikliyin olduğunu göstərir və bu dəyişiklik müsbət tərəfədir: “Bu təkcə zaman faktoru ilə deyil, həm də Azərbaycan tərəfinin apardığı iş ilə bağlıdır. Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyindəki dəyişiklik də Azərbaycanın xeyrinədir”.
|
02.08.12 Məqaləni oxumaq
|
|
|
Putin ölkəni xarici təsirdən qorumaq istəyir
|
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, hakimiyyət qeyri-kommersiya şirkətləri barədə qanunla ölkəni xarici təsirdən qorumaq istəyir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, qanunda xaricdən qrant alan və siyasətlə məşğul olan bu cür təşkilatların xarici agent hesab edilməsi nəzərdə tutulur. Böhtana görə cinayət işinin bərpasına gəldikdə isə Putin siyasətçilərin bundan jurnalistlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmasını şübhə altında qoyub.
Hüquq müdafiəçiləri hər iki qanunu tənqidlə qarşılayıb.
|
02.08.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 6 7 8 9 10 11 12 13 14 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|