Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2012
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Putin Kofi Annanın istefa verməsindən təəssüflənir
    Rusiya prezidenti Vladimir Putin BMT və Ərəb Liqası Dövlətlərinin Suriya üzrə xüsusi təmsilçisi Kofi Annanın istefa verməsindən təəssüfləndiyini söyləyib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, Annanı təcrübəli bir diplomat və çox dürüst bir insan olduğunu və bu səbəbdən onun BMT və Ərəb Liqası Dövlətlərinin Suriya üzrə xüsusi təmsilçisi vəzifəsindən istefa verməsinə kədərləndiyini deyib: “Ümid edirəm ki, beynəlxalq ictimaiyyət Suriyada vəziyyəti idarə etmək üçün çalışmalarını davam etdirəcək”.
    04.08.12 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Valideynlərdən tələb edirəm: belə etməyin...”
    “Təəssüf ki, hələ də ali məktəblərə qəbul zamanı əksər valideynlər ixtisas seçimini abituriyentlərə diktə edirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, əksər hallarda imtahanlarda yüksək bal toplayan abituriyentlərin valideynləri uşaqlarına ixtisas seçimi zamanı mane olurlar: “Biz demirik ki, ixtisas seçimində valideynin müdaxiləsi qadağandır, amma bu, məsləhət formasında olmalıdır, diktə formasında yox. Çünki o balı toplayan abituriyent özüdür, ixtisas seçimində də son qərarı özü verməlidir. Çünki gələcəkdə seçdiyi ixtisası istehsalatda o özü istifadə edəcək, valideyni yox. Əgər abituriyent məcburi ixtisasa cəlb olunubsa, ondan həmin ixtisasda gələcəkdə hansı peşəkarlığı gözləmək olar? Əgər abituriyent özünü xarici dil ixtisasında görmək istəyirsə, ondan məcburi necə hüquqşünas ola bilər? Ona görə də valideynlərdən tələb edirəm: belə etməyin, abituriyentlərə seçim azadlığı verin”.
    04.08.12 Məqaləni oxumaq
     
    “Gənc məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsi start götürüb
    Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi “Cəzaçəkmə müəssisələrindən azad olan gənc məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına start verib. Mərkəzdən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd maarifləndirmə işinin aparılması ilə azadlığa çıxmağa hazırlaşan gənclərin öz hüquqlarını bilməsinə, azadlıqda olduqda özlərinin sosial problemlərinin həll olunmasına və müxtəlif xidmətlərdən istifadə etməsinə kömək etməkdir. Layihə Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə bu sahədə ixtisaslaşmış ictimai təşkilatlarla, “Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi” ilə sıx əməkdaşlıq etmək niyyətindədir.
    04.08.12 Məqaləni oxumaq
     
    Türkiyədə Azərbaycan diasporu ilə bağlı forum keçiriləcək
    Türkiyənin Bodrum şəhərində “Xairici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda forum keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, dünyanın müxtəlif ölkələrində yaşayan 200-dək soydaşımız iştirak edəcək. Formda baş tutacaq görüşlərdə və müxtəlif panellər üzrə müzakirələrdə Rusiyada, Türkiyədə, Ukraynada, Gürcüstanda, ABŞ-da və digər ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyası problemləri, bu ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılacaq.
    04.08.12 Məqaləni oxumaq
     
    Ermənistan Baş prokurorluğu qarşısında etiraz aksiyası keçirilib
    Bu gün Ermənistan Baş prokurorluğu qarşısında etiraz aksiyası keçirilib. “KƏLAMİNFO” “Tert.am” a istinadən xəbər verir ki, aksiya Erməni Milli Konqresinin fəallarının azad olunması tələbi ilə keçirilib. Aksiya iştirakçıları gənc fəallara qarşı zor tətbiq edənlərin cəzalandırılmasını da tələb ediblər.
    03.08.12 Məqaləni oxumaq
     
    Ukraynada parlament seçkilərinə start verilib
    Ukraynada oktyabr ayının 28-də keçiriləcək parlament seçkilərindən əvvəl 90 günlük kampaniyaya start verilib. Lakin ölkənin ən qabaqcıl müxalifət lideri Yuliya Timoşenko yarışlara qatıla bilməyəcək. 2010-cu ildə prezident seçkilərində məğlub olan Timoşenko həbs cəzası altındadır. İndi onu partiyasının Kiyevdəki qərargahında qızı Yevgeniya əvəz edir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, ailəsini Londonda qoyub Kiyevə gələn Yevgeniya anasının azadlığa buraxılmasına çalışır: “Mənim anam dövlətin nəzarəti altında olan xəstəxanadadır. Həkimlərə daim təzyiq göstərilir. Məni onun həyatı qorxudur”. Rəy sorğularına görə, Timoşenkonun nüfuzu artmaqdadır. Hazırda o, prezident Yanukoviçin əsas rəqibidir. Timoşenkonun tərəfdarları onunla həmrəylik kampaniyasına başlayıb.
    03.08.12 Məqaləni oxumaq
     
    Türkiyə Suriyadan ölkə ərazisinə kürdlərin hücum edə biləcəyindən narahatdır
    Türkiyə rəsmiləri Suriya hökumətinin şimal bölgələrdə nəzarəti əldən itirməsinə nəticəsində kürd üsyançılarının Türkiyə ərazisinə hücumlar həyata keçirə bilməsilə bağlı narahatlıqlarını ifadə edir. “KƏLAMİNFO” “Rosbalt”a istinadən xəbər verir ki, son üç gün ərzində Türkiyənin şərqində toqquşmalar nəticəsində 22 PKK yaraqlısı qətlə yetirilib. Bu səbəbdən rəsmi Ankaranın Suriyada kürd qrupların fəaliyyətini gücləndirə bilməsi ilə bağlı narahatlıqları artır. PKK ilə əlaqəsi olan Suriya Demokratik Birlik Partiyasının Suriya-Türkiyə sərhəddinin 900 kilometrlik ərazisində nəzarəti ələ keçirdiyi bildirilir. Sərhəddin hər iki tərəfində yaşayan çox sayda etnik kürd həm siyasi və iqtisadi cəhətdən, həm də kriminal fəaliyyətlərlə bir-biri ilə bağlıdır.
    03.08.12 Məqaləni oxumaq
     
    Əlillərin bərpa-müalicəsi Bolqarıstanda da təşkil olunacaq
    Avqustun 6-da ilk dəfə olaraq ölkəmizdən 30 nəfər dayaq-hərəkət sistemi xəstəlikləri olan əlil vətəndaş 28 günlük bərpa-müalicə kursu keçmək üçün Bolqarıstanna yola salınacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, daha 55 nəfər əlilliyi olan şəxs isə Ukraynanın Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndəriləcək. Bolqarıstan və Ukraynaya yola salınacaq əlillərlə bu gün keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov əlil şəxslərin sağlamlığının bərpasının, onların tibbi-sosial reabilitasiyasının möhtərəm ölkə rəhbərinin sosial sahə ilə bağlı siyasətində mühüm yer tutduğunu, bu istiqamətdə tədbirlərin ilbəil gücləndiyini bildirib.
    03.08.12 Məqaləni oxumaq
     
    Rezidenturaya sənəd qəbulu avqustun 15-dən 24-ə qədər həyata keçiriləcək
    Cari tədris ili üçün Azərbaycanda rezidentura pilləsi üzrə sənəd qəbulu avqustun 15-dən 24-ə qədər həyata keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, rezidenturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək: “Birinci mərhələ sentyabrın 8-də, ikinci mərhələ isə sentyabrın 9-da olacaq. Rezidentura ilə bağlı bir sınaq imtahanının keçiriləcəyini deyən komissiya sədri bunun məcburi olmadığını deyib”. O bildirib ki, rezidentura ilə bağlı plan yerləri haqqında və digər məlumatlar rezidentura jurnalının 2-ci sayında dərc olunub.
    03.08.12 Məqaləni oxumaq
     
    I və III ixtisas qrupuna daxil olan ixtisaslar üzrə qabiliyyət imtahanları başa çatıb
    Azərbaycanda ali məktəblərin I və III ixtisas qrupuna daxil olan ixtisaslar üzrə qabiliyyət imtahanları başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanlarında iştirak etmək üçün komissiya tərəfindən keçirilmiş seçmə turdan 3225 abituriyent müvəffəqiyyətlə keçərək qeydiyyata alınıb: “Onlardan 1417 nəfəri test imtahanında müvafiq müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanına qatılıb. Qabiliyyət imtahanından 998 nəfər müvəffəq qiymət alaraq ixtisas seçiminə buraxılıb”. TQDK sədri deyib ki, I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanlarında iştirak üçün 1089 abituriyent komissiya tərəfindən keçirilən seçmə turda qeydiyyatdan keçib: “Onlardan da 635 nəfəri test imtahanında müvafiq müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanına qatılıb. 446 nəfər qabiliyyət imtahanını uğurla verərək ixtisas seçiminə buraxılıb”. Onun sözlərinə görə, bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.
    03.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Avq.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031